Forma
Dö, 09.05.2024, 01:59Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Xəbərlər [86]
kaleydeskop [3]
Qısa maraqlı məlumatlar
Texnika [10]
IT aləmindən xəbərlər
Müxtəlif [2]
Elan [4]
Müəllimlər üçün [8]
Bahar [2]
Jurnal, qazet,...
web design [0]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Ana səhifə » 2010 » Sentyabr » 8 » Kibercinayətkarlıqla mübarizə
23:01
Kibercinayətkarlıqla mübarizə

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tərkibində kibercinayətkarlıqla mübarizə üzrə qurumun yaradılması nəzərdə tutulur.
RİTN-in hüquq və kadrlar şöbəsinin rəisi Bəxtiyar Məmmədovun APA-ya verdiyi məlumata görə, hazırda bu mexanizmin yaradılması üzərində işlər aparılır.
Onun dediyinə görə, Azərbaycan bu sahə üzrə qanunvericiliyini Avropa Şurası Konvensiyasının tələblərinə uyğunlaşdırmalıdır: "Respublikanın Cinayət Məcəlləsində müvafiq maddələr var ki, kompüter cinayətkarlığının qarşısının alınmasını nəzərdə tutur. Lakin bu, kibercinayətkarlıqda mübarizə üçün çox azdır, ona görə də kibercinayətkarlıq sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bu məsələ ilə bağlı məlumat mübadiləsinin aparılması zəruridir”.
Qeyd edək ki, bu sahədə cinayətlərin təhqiqatını aparan Milli Təhlükəsizlik Nazirliyi ilə digər dövlət orqanlarının birgə səyi nəticəsində bir çox kredit kartlardan maliyyə vəsaitlərinin oğurlanması, AZAL informasiya sisteminə müdaxilə halları aşkar olunaraq aradan qaldırılıb.
B.Məmmədovun sözlərinə görə, ölkədə İKT sahəsinin sürətli inkişafı nəticəsində belə halların çoxalması müşahidə oluna bilər: "Avropa Şurasında Avropa konvensiyalarının icrası ilə bağlı problemlərin həlli ilə məşqul olan xüsusi PCW komitəsinin tövsiyələrinə uyğun olaraq İnternet provayderlər ilə hüquq-mühafizə orqanları arasında əməkdaşlıq yaradılmalıdır. Kibercinayətkarlığın qarşısının alınması üçün bu əməkdaşlıq ən doğru zəmindir, çünki onların hər hansının dəstəyi olmadığı halda, qarşıda duran problemlərin öhdəsindən gələ bilməzlər. İnternet provayderlərə bütün kontentlərin nəzarətini həyata keçirmək və filtrasiya sistemlərini tətbiq etmək üçün böyük vəsait tələb olunur, hüquq-mühafizə orqanlarının isə servis provayderlərə məxsus olan texniki dəstəyə ehtiyacı var”.
Beynəlxalq ekspertlərin rəyinə görə, kibercinayətkarlıq internet şəbəkəsində törədildiyindən onun sərhədi yoxdur. Bu səbəbdən ölkələr arasında beynəlxalq səviyyədə məlumat mübadiləsinin və əməkdaşlığın yaradılması və gücləndirməsi vacib məqamlardan biridir.
Xatırladaq ki, Azərbaycan Avropa Şurasının "Kibercinayətkarlıq haqqında” Konvensiyasına qoşulması təşəbbüsü ilə 2005-ci ildə çıxış edib. 30 sentyabr 2009-cu il tarixində Azərbaycan prezidenti İlham Əliyev ölkənin bu konvensiyaya qoşulmasını təsdiq edib.
Bölmə: Xəbərlər | Oxunub: 726 | Daxil edib: ztm | Teqlər: kibercinayətkarlıq, mübarizə, Texnologiyala, , Nazirliyi, İnformasiya, Rabitə | Reytinq: 4.0/1
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar

************************

************************
Təqvim
«  Sentyabr 2010  »
BiİkÜçBeAlBa
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: nura(34), FENOMEN(30), bioloq860(41)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player