1-4 dekabr 2014-cü il tarixdə Avropa otelinin Bakı Ball zalında Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Humanitar Pedaqogika Mərkəzinin prezidenti, Rusiya Təhsil Akademiyasının akademiki, yazıçı, psixologiya elmləri doktoru, professor Şalva Aleksandroviç Amonaşvili və Beynəlxalq Humanitar Pedaqogika Mərkəzinin vitse prezidenti, yazıçı, psixoloq, “Basti-Bubu” uşaq bağçasının elmi rəhbəri Paata Şalvoviç Amonaşvilinin iştirakı ilə “Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları” mövzusunda konfrans seminar keçirilmişdir. Zaqatala rayonundan da bir qrup müəllim tədbirdə fəal iştirak etdi və beynəlxalq sertifikat aldı.
Humanist pedaqogika ilə bağlı müəyyən seminarlar keçirmək haqqında Bakı, Sumqayıt və Zaqataladan olan müəllimlərin dəfələrlə etdiyi təklifi və arzusunu nəzərə alaraq Zaqatala Tədris Mərkəzinin direktoru C. Ağayev (CISCO ID #CISCO 10818443) 2015-ci il avqust ayında “Basti-Bubu” uşaq bağçasının elmi rəhbəri Paata Şalvoviç Amonaşvili ilə görüşərək, müəllimlərin arzularını ona çatdırdı. Növbəti söhbətlərdə görüş-seminarın 31 avqust, Şalva Aleksandroviç Amonaşvilinin malikanəsində (usadba) yerləşən Tədris Mərkəzində keçirilməsi planlaşdırıldı və həyata keçirildi.
Biz Tiflisə gedəndə Şalva Aleksandroviçlə görüşəcəyimizə ümid etmirdik. Ancaq həyətə daxil olduqda bizi qarşılayan Amonaşvilini görəndə sevincimizin həddi-hüdudu yox idi. Şalva Aleksandroviç və ailə üzvləri bizi elə mehribanlıqla qarşıladılar ki, o anları ifadə etmək üçün söz tapa bilmirik. O görüş, o seminar hər birimizin həyatında ən xöşbəxt, unudulmaz,… günlərdən biri idi. Səmimi söhbətlər, maraqlı, qiymətli kiçik mühazirələr, müzakirələr, araşdırmalar,… maraqlı, mürəkkəb suallar, bu sualların dolğun cavabları,… Şalva Aleksandroviçin mühazirələri, Paata Şalvoviçin müəllimlərin suallarına verdiyi cavablar, Rusiya Elmlər akademiyasının müxbir üzvü professor Mindeli Levan Elzibaroviç ilə Azərbaycan və Rusiya elmi, təhsilinin tarixi, problemlərinə aid söhbətlər,…
Bu Zaqatala Tədris Mərkəzinin həyata keçirdiyi ilk tədbir deyildi. Hələ 2008-ci ildə ancaq Bakı və Sumqayıt müəllimləri üçün keçirilən “İntel-Gələcək üçün təhsil” kursları aidiyyəti olan yoldaşların dəstəyi ilə Zaqatalada keçirilməyə başlamış, mərkəzlər açılmış, bir neçə il ərzində davamlı olaraq 1000-dən artıq müəllim bu kurslar vasitəsilə İKT-dən istifadə bacarıqlarına yiyələnmişlər. Rayon müəllimlərində XXI əsrin tələb etdiyi kompetensiyaların formalaşmasında və təkmilləşməsində Türkiyədən, Bakıdan, Gəncədən gələn mütəxəssislərin keçirdiyi təlimlərin, kurslar, seminarların və s. tədbirlərin əhəmiyyəti danılmazdır. Zaqatala müəllimləri, tələbələri, şagirdlərinin Bakıda, Gəncədə və s. yerlərdə keçirilən müxtəlif istiqamətli respublika və beynəlxaq səviyyəli konfrans, seminar, təlim, müsabiqə və s. kimi tədbirlərdə fəal iştirak etməsi və qaliblər sırasında olmasında Zaqatala Tədris Mərkəzinin böyük rolu olmuşdur. Buna görə də müxtəlif istiqamətli məhsuldar fəaliyyətinə görə mərkəzin direktoru Ağayev Cavanşir müəllimə dərin minnətdarlığımızı bildirir və gələcək fəaliyyətində tükənməz müvəffəqiyyətlər arzulayırıq!
Cavanşir müəllim, Sizin 50 illik yubileyinizdə rayon ictimaiyyətinin, Bakıdan gələn nümayəndələrin, sizin dəstəyinizlə keçirilən “Eruditı planetı” və s. müsabiqələrin qaliblərinin valideyinlərinin dediyi kimi, ÇOX SAĞ OLUN! Nə yaxşı ki, respublikada öz uğurları ilə seçilən Zaqatala təhsil işçilərinin, müəllimlərin, tələbə və şagirdlərin yanında Sizin kimi vətənpərvər, fədakar,… XXI əsrin tələb etdiyi bacarıqlara malik mütəxəssislər var!
rus dilində
səkillər
səkillər seminar
|