Forma
Al, 27.04.2024, 02:04Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Xəbərlər [86]
kaleydeskop [3]
Qısa maraqlı məlumatlar
Texnika [10]
IT aləmindən xəbərlər
Müxtəlif [2]
Elan [4]
Müəllimlər üçün [8]
Bahar [2]
Jurnal, qazet,...
web design [0]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Ana səhifə » 2011 » May » 31 » Azərbaycan muğamı İtaliyada
18:42
Azərbaycan muğamı İtaliyada

İtaliyanın Turin şəhərində Şərq İncəsənəti Muzeyində “Darbar” adı altında mühazirə və konsert proqramı keçirilib.

Azərbaycanın zəngin mədəniyyət nümunələrinin Avropada təbliğinin genişləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənən tədbirdə sənətşünas Sənubər Bağırova, xanəndə Qoçaq Əsgərov və onun “Turan” ansamblı iştirak edib.

Nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən verilən məlumata görə, tədbirin birinci günündə AMEA-nın Memarlıq və İncəsənət İnstitutun böyük elmi işçisi, sənətşünaslıq namizədi, YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə eksperti Sənubər Bağırova Azərbaycanın zəngin mədəni irsi, tarixi, musiqisi haqda geniş mühazirə söyləyib. Mühazirə zamanı Əqdəs Bağırzadənin Bakının 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərindəki simasını əhatə edən orijinal foto illüstrasiyalarından, İçəri şəhərin və İslam arxitekturasının nümunələrindən ibarət, muğam, caz və aşıq musiqisi ilə müşayiət olunan slayd-şoular göstərilib.

Konsert proqramında isə “Muğam - Azərbaycanın müqəddəs musiqisi” – Qoçaq Əsgərovun ifalarından ibarət diskin təqdimat mərasimi keçirilib. Sonra Qoçaq Əsgərov və onun “Turan” ansamblı geniş proqramla çıxış edib. Azərbaycan incəsənət ustalarının ifası dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb. Xüsusilə, Qoçaq Əsgərovun ifasında dünya musiqi sərvətinin incisi olan və YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan muğamımız zala toplaşanların qəlbini riqqətə gətirib.

Qeyd edək ki, Azərbaycan ilk dəfədir, İtaliyanın Turin şəhərində keçirilən bu konsert proqramına qatılır. Hər il keçirilən bu tədbirlərdə Şərq dünyasından olan ölkələrdən, xüsusilə Türkiyədən, Pakistandan, Hindistandan, Yaponiyadan olan incəsənət ustaları konsert proqramı ilə çıxış edirlər.
Oxunub: 655 | Daxil edib: GrandPP | Reytinq: 4.0/1
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar

************************

************************
Təqvim
«  May 2011  »
BiİkÜçBeAlBa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: MAMED(27), Mamed_027(27)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player