BİSMİLLAHİ RƏHMANİR RƏHİM
Möhtərəm oxucular!
Bütün canlı, cansız aləmlərin yaradıcısı, həm bu dünyamızın, həm də qiyamət gününün sahibi olan Allah Taalanın adına tutaraq kiçik bir kitabçada olan fikirləri sizin nəzərinizə çatdırmağa çalışacağıq. Məlumdur ki, bu gün islam dini 1 milyarddan çox insanın inancıdır. Əqidəmizə görə bu dinin tarixini yaxın bir keçmişlə bağlamaq olmaz. Çünki ilk insandan və ilk peyğəmbərdən -- Hz. Adəmdən bu yana 124 min peyğəmbərin hamısını biz islamda hesab edirik. Allah-- taalanın birliyinə inanan və bu həqiqəti təbliğ edən, Qurani – Kərimdə adları zikr olunan 25 min peyğəmbərin haqq olduğunu təsdiqləyən və bu müqəddəslərin sırasında Məhəmməd Əleyhissəlamın Allahın elçisi və sonuncu peyğəmbəri olduğunu qəbul edən hər bir şəxs isalmda sayılr. Beləliklə, müqəddəs kitabımızın – Quranın öyrətdiyinə əsalanaraq, deyə bilərik ki, Allah -Taalanın biz insanları zəlalətdən doğru yola, zülmətdən işığa, nadanlıqdan urfana, pisliklərdən xeyirxahlığa çıxarmaq üçün nazil etdiyi islam dini Hz. peyğəmbərimizin zamanında təkmil olmuşdur. İslam haqq yoluna çağırışdır. Bu elə bir yoldur ki, böyüklü kiçikli yüzlərlə xalq və millət öz taleyini onda tapmışdır. Əlbəttə, peyğəmbərimizin şəfaəti ilə. Tarixin öz qanunauyğunluqları var. Dünyanın gərdişi ilahi bir nizama bağlıdır. Peyğəmbərlərin hər birinin zühura gəlməsi adətən dünyanı sarpıntılarından xilas etmək zərurətindən doğmuşdur. Artiq elə bir zaman gəlmişdir ki, Ulu peyğəmbərlərin insanlar arasında qoyub getdikləri tədriclə unudulur, cəhalət hər yerdə, hər işdə sürətlə kök salır, mənəvi eybəcərliklər ruhu puçluq qəlblərə hakim kəsilirdi. Dünyanın yeni bir peyğəmbərə ehtiyacı vardı. və Hz. Məhəmmədin peyğəmbərliyə çatmağı ilə nicat gözləyən insanlıq öz arzusuna qovuşdu. Özündən əvvəlki peyğəmbərlərdən daha çox həyatı olan bu insan İlahidən aldığı kamalın və ilhamın qüdrəti ilə bəşər tarixində ən şərəfli və ən parlaq bir səhifə açdı. Onu yaradan Xaliqinin dilindən danışdı, bütün iman əhlini qardaş élan edərək haqq yoluna dönənləri bir ümmət adilə şərəfləndirdi. Nəhayət, 23 il ərzində Allah - Taaalanın adı və yolu ilə ona göndərdiyi müqəddəs ayələr tərtiblə surələrə bölünərək Qurani-Kərimdə cəmləndi, Hz. söylədikləri isə "Hədis”- lərə dönüb küreyi-ərzi dolandı. Budur, 14 əsrdən artıqdırdır ki, peyğəmbər hədisləri qəlblərə hakim kəsilib, bəşər dühasının ən ülvi sərvəti kimi nəsillərin tərbiyəsində Allah kəlamından sonra ən mötəbər qaynaq sayılır. İlk addım olaraq hədis dəryasından cəmi 101 hədis. Ümidvarıq ki, qədirbilən oxucularımızla bundan sonra da dinimiz və peyğəmbərimiz haqqında hazırlanacaq nəşrlərlə görüşəcəyik. Qoy Allah - Taala hamımzı Hz. Məhəmmədə ümmət edib hər iki cahanda Onun yardım və şəfaətinı üstümüzdən əskik eləməsin. AMİN…
Mənbə: http://101 hədis |