Forma
Dö, 25.04.2024, 06:41Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Xəbərlər [86]
kaleydeskop [3]
Qısa maraqlı məlumatlar
Texnika [10]
IT aləmindən xəbərlər
Müxtəlif [2]
Elan [4]
Müəllimlər üçün [8]
Bahar [2]
Jurnal, qazet,...
web design [0]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Ana səhifə » 2015 » Sentyabr » 4 » Gürcüstan səfəri
07:00
Gürcüstan səfəri

1-4 dekabr  2014-cü  il  tarixdə  Avropa  otelinin  Bakı  Ball  zalında  Azərbaycan    Respublikasının      Təhsil  Problemləri  İnstitutunun  təşkilatçılığı  ilə  Beynəlxalq  Humanitar  Pedaqogika  Mərkəzinin  prezidenti,  Rusiya  Təhsil  Akademiyasının  akademiki,  yazıçı, psixologiya  elmləri  doktoru,  professor  Şalva  Aleksandroviç  Amonaşvili  və  Beynəlxalq  Humanitar  Pedaqogika  Mərkəzinin  vitse  prezidenti,  yazıçı,  psixoloq,  “Basti-Bubu”  uşaq bağçasının  elmi  rəhbəri     Paata  Şalvoviç  Amonaşvilinin  iştirakı  ilə  “Təhsil  prosesində  uşaqlara  şəxsiyyətyönümlü-humanist  yanaşmanın  əsasları” mövzusunda  konfrans  seminar  keçirilmişdir. Zaqatala  rayonundan da bir  qrup  müəllim  tədbirdə  fəal  iştirak  etdi  və  beynəlxalq  sertifikat  aldı.

Sertifikat

Humanist  pedaqogika  ilə  bağlı  müəyyən seminarlar  keçirmək  haqqında  Bakı,  Sumqayıt  və  Zaqataladan  olan  müəllimlərin dəfələrlə etdiyi təklifi və  arzusunu  nəzərə  alaraq  Zaqatala  Tədris  Mərkəzinin  direktoru  C. Ağayev (CISCO ID #CISCO 10818443) 2015-ci  il  avqust  ayında  “Basti-Bubu”  uşaq bağçasının  elmi  rəhbəri  Paata  Şalvoviç  Amonaşvili  ilə  görüşərək, müəllimlərin  arzularını  ona  çatdırdı.  Növbəti  söhbətlərdə  görüş-seminarın 31  avqust,    Şalva  Aleksandroviç  Amonaşvilinin  malikanəsində (usadba) yerləşən  Tədris  Mərkəzində    keçirilməsi  planlaşdırıldı  və  həyata keçirildi.

Biz  Tiflisə  gedəndə   Şalva  Aleksandroviçlə  görüşəcəyimizə  ümid  etmirdik.  Ancaq  həyətə  daxil  olduqda  bizi  qarşılayan  Amonaşvilini  görəndə  sevincimizin  həddi-hüdudu  yox  idi.    Şalva  Aleksandroviç  və  ailə  üzvləri  bizi  elə  mehribanlıqla  qarşıladılar  ki,  o  anları  ifadə  etmək  üçün  söz  tapa  bilmirik.  O  görüş,  o  seminar  hər  birimizin  həyatında  ən  xöşbəxt,  unudulmaz,… günlərdən  biri  idi.  Səmimi  söhbətlər,  maraqlı,  qiymətli  kiçik  mühazirələr,  müzakirələr,  araşdırmalar,…   maraqlı,  mürəkkəb  suallar,  bu  sualların  dolğun  cavabları,…   Şalva  Aleksandroviçin  mühazirələri,    Paata  Şalvoviçin  müəllimlərin  suallarına  verdiyi  cavablar,  Rusiya   Elmlər akademiyasının müxbir üzvü professor Mindeli Levan Elzibaroviç  ilə  Azərbaycan  və  Rusiya  elmi,  təhsilinin  tarixi,  problemlərinə  aid  söhbətlər,…   

Bu  Zaqatala  Tədris  Mərkəzinin  həyata  keçirdiyi  ilk   tədbir  deyildi.  Hələ 2008-ci  ildə  ancaq  Bakı  və  Sumqayıt  müəllimləri  üçün  keçirilən  “İntel-Gələcək  üçün  təhsil”  kursları  aidiyyəti  olan  yoldaşların  dəstəyi  ilə  Zaqatalada  keçirilməyə  başlamış,  mərkəzlər  açılmış,   bir  neçə  il  ərzində davamlı  olaraq  1000-dən  artıq  müəllim  bu  kurslar  vasitəsilə İKT-dən  istifadə  bacarıqlarına  yiyələnmişlər. Rayon  müəllimlərində  XXI əsrin  tələb  etdiyi  kompetensiyaların  formalaşmasında  və  təkmilləşməsində    Türkiyədən,  Bakıdan,  Gəncədən    gələn  mütəxəssislərin  keçirdiyi  təlimlərin,    kurslar,  seminarların  və s.   tədbirlərin  əhəmiyyəti  danılmazdır. Zaqatala  müəllimləri,  tələbələri,  şagirdlərinin  Bakıda,  Gəncədə  və s. yerlərdə  keçirilən  müxtəlif  istiqamətli  respublika  və  beynəlxaq  səviyyəli  konfrans,  seminar, təlim,  müsabiqə və s.  kimi  tədbirlərdə fəal iştirak  etməsi və  qaliblər  sırasında  olmasında  Zaqatala  Tədris  Mərkəzinin  böyük  rolu  olmuşdur.  Buna  görə  də  müxtəlif  istiqamətli  məhsuldar  fəaliyyətinə  görə  mərkəzin  direktoru  Ağayev  Cavanşir  müəllimə  dərin  minnətdarlığımızı  bildirir  və  gələcək  fəaliyyətində  tükənməz  müvəffəqiyyətlər  arzulayırıq!

Cavanşir  müəllim,  Sizin  50  illik  yubileyinizdə  rayon  ictimaiyyətinin,  Bakıdan  gələn  nümayəndələrin,  sizin  dəstəyinizlə  keçirilən  “Eruditı  planetı”  və s.  müsabiqələrin  qaliblərinin  valideyinlərinin  dediyi  kimi, ÇOX  SAĞ  OLUN!  Nə  yaxşı  ki,  respublikada  öz  uğurları  ilə  seçilən  Zaqatala  təhsil  işçilərinin,  müəllimlərin,  tələbə  və  şagirdlərin  yanında  Sizin  kimi  vətənpərvər,  fədakar,…  XXI əsrin  tələb  etdiyi  bacarıqlara  malik  mütəxəssislər  var!

rus dilində

səkillər

səkillər seminar

 

 

 

 

 

 

Bölmə: Müəllimlər üçün | Oxunub: 2283 | Daxil edib: Sprinq | Reytinq: 5.0/1
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar

************************

************************
Təqvim
«  Sentyabr 2015  »
BiİkÜçBeAlBa
 123456
78910111213
14151617181920
21222324252627
282930
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: arxideya(38)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player