Forma
Ba, 01.12.2024, 00:39Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Xəbərlər [86]
kaleydeskop [3]
Qısa maraqlı məlumatlar
Texnika [10]
IT aləmindən xəbərlər
Müxtəlif [2]
Elan [4]
Müəllimlər üçün [8]
Bahar [2]
Jurnal, qazet,...
web design [0]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4331
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Ana səhifə » 2013 » Dekabr » 17 » "Dərslik portalı"nın təqdimat mərasimi
07:25
"Dərslik portalı"nın təqdimat mərasimi
Dekabrın 16-da "Kempinski Badamdar” otelində Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) birgə layihəsi olan «Dərslik portalı»nın təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, TQDK-nın sədri Məleykə Abbaszadə, müstəqil ekspertlər, dərslik müəllifləri, dərsliklərin çap edildiyi nəşriyyat evlərinin rəhbərləri, AMEA-nın mütəxəssisləri və digər müvafiq qurumların əməkdaşları iştirak ediblər. Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 aprel tarixli 611 nömrəli fərmanına əsasən, yaradılmış «Dərslik portalı»nınümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi işinə xidmət etdiyini bildirib. Nazir qeyd edib ki, portalda yerləşdirilmiş rəylərlə bağlı sorğulara Təhsil Nazirliyi tərəfindən dərslik müəllifləri, TQDK tərəfindən isə dərsliklərin monitorinqində iştirak etmiş ekspertlər mütəmadi olaraq aydınlıq gətirəcəklər. Təhsil naziri "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda yeni dərsliklərin yaradılmasına, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunmasına böyük diqqət ayrılması haqqında məlumat verib. Eyni zamanda, müasir tələblər təhsilverənlər qarşısında təkcə dərsliyin məzmununu təhsilalanlara mənimsətməyi deyil, həmçinin və bəlkə də daha vacib - lazımi bilikləri necə və haradan əldə etmək yollarını onlara öyrətməyi tələb edir. Ona görə də dərsliklərlə yanaşı təfəkkürün və şəxsiyyətin inkişafına yönəlmiş, yeni kurikulum və İKT əsasında təhsilverənlər üçün təlim metodologiyaları, metodiki vəsaitlər, didaktik materiallar və digər təlim vasitələrinin hazırlanmasını stimullaşdıran mexanizmlər də yaradılmalıdır. Tərəfimizdən dərsliklərin keyfiyyətini yüksəltmək məqsədi ilə dərslik müəlliflərinə kurikulumun tələblərinin dərindən öyrədilməsinin təşkili nəzərdə tutulmuşdur. Bu işin əsas məqsədi kurikulumun əsas tələblərinin, standart və alt-standartların dərsliyin məzmununa çevrilməsi yollarının öyrədilməsi, dərsliklərin qiymətləndirilməsi meyarlarının izah edilməsindən ibarətdir. Nazir qeyd edib ki, dərsliklərin keyfiyyəti mövzusu və hazırlanması prosesi haqlı olaraq təhsil ictimaiyyətinin və cəmiyyətin bütün təbəqələrinin hər zaman diqqət mərkəzindədir: "Bir çox hallarda demək olar ki, dərslik müəlliflərinin yanaşmaları ilə onları təhlil edən təhsil ictimaiyyətinin nümayəndələri, ekspertləri və valideynlərin yanaşmalarında olan fikir ayrılığı, fərqlilik bu məsələ ətrafında olan qızğın diskussiyalar məqsədlərin fərqli görünməsi anlamına gətirib çıxarır. Əslində reallıq ondan ibarətdir ki, məqsəd eynidir. Təhsil prosesində iştirak edən hər bir valideyn, müəllif və ekspertin bir məqsədi var ki, daha keyfiyyətli dərslik təhsil sisteminə gətirilsin. Biz bu sahədə məsuliyyət daşıyan qurumlar kimi sivil fikir mübadiləsi, təhlil, iş prosesi üçün şərait yaratmalıyıq. Bu baxımdan portal böyük ümidlər yaradır”. Təhsil naziri nəzərə çatdırıb ki, hər zaman dərsliklərin ümumi keyfiyyətinin təkmilləşdirilməsi üçün addımlar atılmalıdır. Bu sahədə birinci məsələ təhsil sistemindən kənarda olan, lakin müvafiq elmi və peşəkar biliklərə malik müəlliflərin müəyyənləşdirilməsi, həvəsləndirilməsidir. Yalnız elmi biliklərə malik olan müəlliflərin bu işlə məşğul olması kifayət etmir. Burada bir çox ixtisaslaşmış mövzular ortaya çıxır. Bunlara uşaq psixologiyası, dərsliklərdə vizual yanaşmalar, müəlliflərin bu gün tətbiq olunan məzmun tələbləri, standartlarla tanışlığı, dərsliklərin təhlili prosesində təhsilalanın, valideynin, müəllimin və ya ekspertin fikri ilə dərslik müəllifinin fikri arasında ziddiyyət təşkil edə bilən məsələlər daxildir. Azərbaycanın ali təhsil müəssisələrində çalışan mütəxəssislərin orta məktəb dərsliklərinin hazırlanması prosesində iştiraka cəlb olunmasının əhəmiyyətinə toxunan nazir bununla bağlı ali məktəblərin rəhbərləri ilə ətraflı müzakirələr aparıldığını bildirib: "Dərsliklərin hazırlanmasında iştirak etməklə, ali təhsil müəssisələrinin müəllimləri, peşəkar işçiləri əlavə gəlir mənbələri əldə edəcəklər”. Daha sonra tədbirdə «Dərslik portalı»nın yaranma zərurəti, mahiyyəti, strukturu, istifadə qaydaları haqqında fikirlər bildirilib və müvafiq müzakirələr aparılıb.
Bölmə: Xəbərlər | Oxunub: 1936 | Daxil edib: Sprinq | Teqlər: Təhsil, TQDK, Kempinski, Badamdar, Tələbə, Mikayıl, Cabbarov | Reytinq: 4.5/2
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar

************************

************************
Təqvim
«  Dekabr 2013  »
BiİkÜçBeAlBa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: Ira(62), meydan(28), blake(22)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player