Azərbaycanın təhsil sistemində şok dəyişikliklər
Təhsil Nazirliyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası”nda nəzərdə tutulan əsas hədəflərin həyata
keçirilməsi və bu məqsədlə geniş ictimaiyyətin məlumatlandırılması üçün
təhsilin bütün pillələri - məktəbəqədər, ümumi, ilk-peşə ixtisas, orta
ixtisas, ali təhsil və diplomdan sonrakı təhsillə bağlı hər il növbəti
il üçün prioritetləri elan edəcək. Avropa.info Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində həyata
keçiriləcək islahatların əsas prioritetləri təqdim edir: Azərbaycan
Respublikası Təhsil Nazirliyi tərəfindən ümumi təhsil sistemində aktual
problemlərin həllinə istiqamətlənmiş islahatyönlü tədbirlər planı
hazırlanmışdır. Həmin tədbirlərin keçirilməsində əsas məqsəd məktəblərdə
sağlam və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin
yüksəldilməsi və məktəbin idarə olunmasının müasir tələblər səviyyəsinə
çatdırılmasından ibarətdir. İslahatların çoxməqsədliliyinin
onların eyni vaxtda və keyfiyyətlə həyata keçirilməsinə mənfi təsir
göstərə biləcəyini nəzərə alaraq, bu tədbirlərin bəziləri ilkin
mərhələdə yalnız Bakı şəhərinin məktəblərində keçiriləcəkdir. Bakı
şəhərində ölkə üzrə ümumtəhsil məktəblərinin sayca 8 faizi yerləşsə də,
şagirdlərin sayı baxımından şagird kontingentinin 28 faizi əhatə olunub.
Şagirdlərin sayı, idarəetmə heyətinin və müəllimlərin nisbi
peşəkarlığı, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mövcudluğu
həmin yeniliklərin tətbiqi üçün Bakı şəhərinin seçilməsini
şərtləndirib. Qeyd olunanlara əsasən Təhsil Nazirliyi növbəti tədris ilində aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur: 1.
Məktəb rəhbərlərinin səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə
onlar üçün peşə standartları əsasında təlimlərin keçirilməsi; 2. Keyfiyyət sertifikatı almış məktəb direktorlarının əmək haqqına əlavələrin edilməsi; 3.
Hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi prinsiplərinin tətbiq
edilməsi yolu ilə məktəblərin idarə edilməsində şəffaflığın və
aşkarlığın artırılması; 4. Korrupsiyaya qarşı tədbirlərin sistemli
və davamlı aparılması, korrupsiya halları ilə mübarizə nəticəsində
cəmiyyət və məktəb, cəmiyyət və müəllim arasında sağlam münasibətlərin
bərqərar olunması; 5. Təhsil sahəsində innovativ ideyaların, o
cümlədən "Ən yaxşı ümumtəhsil məktəbi” və "Ən yaxşı müəllim”
müsabiqələrindən qaynaqlanan müasir yanaşma və layihələrin
dəstəklənməsinə şəraitin yaradılması; 6. Dərsliklərin və
müəllimlər üçün metodik vəsaitlərin təkmilləşdirilməsi ilə bağlı onların
müəlliflərinə təlimlərin keçirilməsi; 7. Fənn kurikulumlarının mahiyyətinin valideynlərə çatdırılması üçün maarifləndirmə işlərinin gücləndirilməsi; 8.
Şagirdlərin tədris proqramlarını səmərəli mənimsəməsi məqsədilə ilə
illik dərs müddətinin 2 - 3 həftə artırılması (2014-2015-ci tədris
ilində bütün ölkə ərazisini əhatə etməklə); 9. Yuxarı siniflərdə
şagirdlərin həftəlik dərs yükünün azaldılması, onların meyl və
maraqlarını nəzərə alaraq, məcburi və seçmə fənləri əhatə edən tədris
planlarının tətbiqi; 10. Ümumi təhsil müəssisələrinin dövlət
standartlarına cavab verən qida məhsulları və iaşə xidməti ilə təmin
edilməsinə nail olunması; 11. Məktəblilərin sağlamlığının
qorunmasına və fiziki tərbiyəsinə diqqətin artırılması yolu ilə onların
pis vərdişlərdən çəkindirilməsinə və sağlam böyümələrinə şəraitin
yaradılması
|