Press-reliz: İDC tədqiqat qrupu ilə birgə Beynəlxalq “Business Software Alliance” (BSA) Assosiasiyası kompüter piratçılığı səviyyəsinin tədqiqatlarının yeddinci illik nəticələrini açıqlamışdır. Hesabata əsasən pirat proqram təminatlarının yayılma səviyyəsinə görə ən pis vəziyyət Gürcüstanda müşahidə olunur. Burada proqram təminatlarının 75%-i qeyri-lisenziyalıdır. Qonşu Ermənistan (90%) piratçılığın səviyyəsinə görə 5-ci yerdədir. Azərbaycanda ötən ilki hesabatla müqayisədə müsbət dəyişikliklər baş vermişdir. Ölkədə piratçılıq səviyyəsi 90%-dan 88%-dək aşağı düşmüşdür. Ötən il sözügedən siyahının 6-ci yerində mövqeləşən ölkəmiz hazırda 8-ci yerdədir. Piratçılığın səviyyəsi ən yüksək olan ölkələr Gürcüstan 95% Zimbabve 92% Banqladeş 91% Moldova 91% Ermənistan 90% Yəmən 90% Şri-lanka 89% Azərbaycan 88% Liviya 88% Belarus 87% Ən aşağı piratçılıq səviyyəsi isə ABŞ (20%), Yaponiya (21%), Lüksemburq (22%), Yeni Zelandiya (22%) və s. ölkələrdə müşahidə olunur. Piratçılığın səviyyəsi ən aşağı olan ölkələr ABŞ 20% Yaponiya 21% Lüksemburq 21% Yeni Zelandiya 22% Avstraliya 25% Avstriya 25% Belçika 25% Finlandiya 25% İsveç 25% İsveçrə 25% Ən yüksək piratçılıq səviyyəsi Mərkəzi və Şərqi Avropada (64%), ən aşağısı isə Şimali Amerikada (21%) müşahidə olunur.
|