Forma
Be, 03.05.2024, 02:23Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Elm xadimləri [1]
Qəhrəmanlarımız [1]
İdmançılarımız [10]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Məqalələrin kataloqu


Ana səhifə » Məqalələr » Zaqatalanı dünyaya tanıdanlar » Qəhrəmanlarımız

O həqiqət idi, yoxsa əfsanə7
Epiloq əvəzi
O ƏFSANƏ İDİ YOXSA HƏQİQƏT?
 
Sevil adlı yarıda qırılan ömür kitabına səyahət etmək üçün Sona Qaziyevanın qonağı olduq:
 "...Sevilin gözəl səsi vardı, şerləri könül oxşayırdı, dram dərnəyində bir gün Almaz olurdu, bir gün Pəricahan, bir gün də Sevil.
 Yuri Qaqarinlə ifa etdiyi rəqsi, Fidel Kastronun qardaşı ilə Sevilin görüşünə gəldiyi günü yaxşı xatırlayırıq...
Kopenhagendə ümumdünya konqresində ölkə qadınlarını məhz Sevil təmsil edəcəkdi!
Mərkəzi Komitənin katibi Vəli Axundov Keçici bayrağı şəxsən təqdim etmək üçün Sevilin işlədiyi sahəyə gəlmişdi!...”
 
O HƏQİQƏT  İDİ,  ƏFSANƏYƏ  BƏNZƏR  HƏQİQƏT!
 
Vurğunu olduğu hörükləri, kombaynı qatili olsa belə, əmək qəhrəmanı olan, əməyə də qurban gedən
ŞƏHİD SEVİL ÖLMƏZDİR!
 
 BU  DAĞLARDA,  BU DÜZLƏRDƏ ÖLMƏZ ÖMRÜN  İZİ  VARDIR,
 
DAĞLARIN  DA ÜRƏYİNDƏ  DÜHYA  BOYDA SÖZÜ  VARDIR.
 
DAĞLAR  DEYİR: HƏYAT NƏDİR? O HÜNƏRDİR, O ZƏHMƏTDİR!
 
HƏQİQƏT   VAR   ƏFSANƏDİR,   ƏFSANƏ VAR   HƏQİQƏTDİR!

 

Sevil  haqqında  bir  neçə  təqdimat  hazırlamışıq,  daxil  edəcəyik,  inşallah.
 
Bahar  İsmayılova
 
 

 

Atası Həmzət kişi müharibədən qayıdanda Sevilin 5 yaşı olub: "... Anam məni qonşuların ümidinə qoyub işə gedərmiş. Atam döyüşlərdə ayağının birini itirmişdi. Onunla oynamağı xoşlayırdım. Həmişə deyirdim ki, hamının iki ayağı olduğu halda, niyə səndə təkdi? Sonralar, ağlım kəsəndə bu sualın xəcalətini çəkmişəm (Sevil Qazıyevanın gündəliyindən)". Bu, müharibə acısıydı. Sevilgil də onu dadmışdı. Amma işıqlı gələcəyə həmişə inanmışdı. İnanmışdı ki, yolumuz kommunizmədi. Bu yol da zəhmətdən başlayır, ağır, gərgin zəhmətdən. Elə ona görə də Tursunoyu tez eşitdi. Yolu da Binədəki məktəbdən keçirdi. Təhsil müddəti bir il çəkdi. Bu bir ilin bir ayını istehsalat təcrübəsi keçməliydi. Maşınla pambıq yığımı ən çox Mil düzündə tətbiq olunduğundan qızların doqquzunu - içərilərində Sevil də olmaqla keçmiş Jdanov (Beyləqan) rayonunun 5 saylı sovxozuna göndərdilər. Bu sovxozun adı iki ildən sonra Moskvada açılan Azərbaycan kənd təsərrüfatı sərgisində qızıl hərflərlə yazılacaq (Bu sovxoz xeyli vaxt Sevil Qazıyevanın adını daşıyıb - M.N.)

... Özbək qızı Tursunoyun bu çağırışından sonra həkim olmaq arzunu da unutdu, mətbuata yaxın düşsün deyə, qəbul olunduğu 5 saylı sənət məktəbini də eləcə. Özü bir yana, mütərrib olacaq 3 yaşıdını - Məmləkəti, Solmazı, Diləfruzu da "yoldan elədi". Günlərin birində o qızlar da Sevilə qoşulub Mərkəzi Komitəyə getdilər. "Niyə azərbaycanlı qız maşınla pambıq yığmasın?" Tələb nəzərə alındı. Aradan bir neçə ay keçmiş qəzetlər yazırdı: "Binədəki Kənd Təsərrüfatını Mexanikləşdirmə Məktəbində sürücü-mexanik hazırlayan kurs açılıb...
Kursa ilk yazılanlar da bu dördlük oldu ( onların ardınca 58 qız məktəbə sənəd verdi). Bu qızların hərəsinin öz aləmi vardı. Sevilin də gözəl səsi vardı, şerləri könül oxşayırdı. Sənət məktəbinin nəzdində yaratdığı dram dərnəyində bir gün Almaz olurdu, bir gün Pəricahan, bir gün də çadrasını atan Sevil. İki-üç ay sonra özü də inqilab eləyəcək. Bunu bilir. Amma uzun hörüklərinə əl vurmaq fikri yoxdu. Onlara vurğundu. Əzizləyir, tumarlayır. Amma hələ nə hörüklər qatildi, nə də... cavan ömrü sovet əməyinə qurban gedən SEVİL QAZIYEVA tanınır... Məşhurluğa lap az qalıb... Gəlin bərabər, Sevil adlı yarıda qırılan ömür kitabına səyahət eləyək.

... Mən də indi həmin sovxozdayam. Bir vaxtlar Sevilin yaşadığı evdə. Ev yenə də Sevilindi. Gəlməsə də. Görməsə də. Ancaq... səhv elədim... Sevil hara gedib ki? Bəs bu qırmızı rəflərdə səf-səf düzülən şəkillərin hərəsi bir Sevil deyilmi? Şəkillər o qədər həyati, o qədər canlıdı ki... Hərəsi də bir hadisə, bir maraqlı tarixdi... Şəkillər nə demir? Sevilin uşaqlığı, məktəb illəri, son zəng... Dostları, yoldaşları, sənət məktəbindəki günləri, istehsalat təcrübəsinə gəldiyi vaxtlar, tikiş tikməyi... Bu şəkilsə deyir ki, təcrübəyə gələn tələbə Sevil Qazıyeva 160 ton pambıq toplayıb. Sonra... sahədi, kombayndı, ağappaq pambıqdı... Yarış dostları - Sərdar İmrəliyevdi, Tursunoy Axundovadı... Burda Ümumittifaq Komsomolunun 14 qurultayında çıxış eləyir, burda Pəricahan rolundadı, bu da anası Anaxanımla bacısı Gülşəndi. Kollektiv şəkilərin birinə nəzər salıram. Polad Bülbüloğlunun gəncliyi, KQB üzvü Əzizağa Hüseynov. Bu da Kubanın prezidenti Fidel Kastro, qardaşıyla Sevilin görüşünə gəlib. Hələ Yuri Qaqarindən danışmamışam. Deyirlər, Özbəkistanda qurultay zamanı foyedə milli rəqslər təşkil eləyiblər. Qaqarin Sevillə necə rəqs eləyibsə, yığılanlar heyran qalıb.
Rayon, şəhər sovetinə deputat olduğu vaxtlar, Sərdar İmrəliyevlə birgə Ali Sovetə deputat olduğu anlar, 1962-ci ildə Bakıda keçirilən Yeni il şənliyində Sevil televiziya aparıcısı kimi Nizami Məmmədovla birgə. Yanında Roza Tağıyeva, Cabir Novruz, Söhrab Tahir, Südabə Şəfa... Rəflərin birində isə ona verilən mükafatlar - təltiflər, ordenlər, 1965-ci ildə adına təsil olunan priz, Keçici Bayraq, Qırmızı Əmək Bayrağı Ordeni... Haqqında yazılan poema ("Günəşin bacısı" - Nəbi Xəzri), oçerk, məqalələrlə bəzədilib. Bütün bunlar 23 yaşında əmək qəhrəmanı kimi məşhurlaşan, elə əməyə də qurban gedən şəhid Sevilin ölməzliyini deyir.
Burda bir məktub da var: "Hörmətli Sevil... Gözəl arzularla yanan gənclərə mən kömək etməyə həmişə hazıram. Şerlərini də gətir gəl, oxuyum. Məsləhətləşək. Ünvanım belədir: Hüsü Hacıyev küçəsi, ev N1, blok 4, kvartira 35. Hörmətlə Mirvarid Dilbazi. 18-III/1961".
Sevilin evini 1986-cı ildən muzey eləyiblər. Muzeyin direktoru Ofeliya Hacıyeva da deyir ki, Sevil onun bacısı Tərlanla yaxın rəfiqə olub, sonra da bu yaxınlıq ailəvi dostluğa çevrilib. Elə muzey də yaranandan Sona xanım (Sevilin bacısı. O bir müddət Beyləqanda ikinci katib işləyib - M.N.) bu açarları ona etibar eləyib. Sevil ilk ixtisaslı kadr kimi sovxoza gələndə (1960-63) əvvəl çətinliyi çox olub. Briqadirlər onu sahəyə buraxmırmışlar. Səbəb: "Qız hara, kombayn hara?"

Sevil bu fikrə düşəndə ona dedim ki, axı sən heç pambıq nədi bilmirsən, görməmisən. Dedi, niyə bilmirəm, pambıqçı Manya Kərimova haqda hekayə oxuyanda 3-cü sinifdəydim. O qızları Mərkəzi Komitənin kəndli-gənclər şöbəsinin müdiri Sahib Sailovun yanına apardığım heç yadımdan çıxmaz. Qızların Tursunoy kimi mexanizator olmaq istəyinə Sayılov necə sevinmişdi. İki əlini göyə qaldırıb deyirdi ki, sizi Allah yetirib. "Biz belə qızlar axtarırıq." Demə, yuxarıdan belə göstəriş verilibmiş. Yanvarın 3-də "Molodyoj Azerbaydjana" və "Azərbaycan gəncləri" qəzetində bu qızların (Diləfruzdan başqa. O Leninqrada idman yarışına getmişdi) 3-nün də şəkli getdi. "Tursunoy, biz səninləyik" adlı məqalə yazıldı. Bundan sonra... Hər şey elə ani, elə sürətlə oldu, Bir də ayıldım ki, onun sorağı xaricə də çatıb. Elə bir mötəbər yığıncaq, məclis olmazdı ki, Sevil çağırılmasın. Ofeliya xanımın sözləri düzdür. Sevili əvvəlcə sahəyə buraxmırdılar. Ta Solmaz Cəfərova onu sahəsinə dəvət eləyənə qədər. Həmən il Solmaz xanım planı birinci doldurdu deyə, Sevilin işləri düzəldi. Sevil günlə-ayla yox, saatbasaat şöhrət qazanırdı. Təsəvvür eləyin, dalbadal mükafatlar aldı, pambıq yığa-yığa Azərbaycan Ali Sovetinə deputat seçildi (1963). Onun hörmətinə baxın ki, Ali Sovetin Sessiyasını açmağı ona həvalə eləmişdilər. Olduqca səlis nitqi vardı, alovlu çıxışları olurdu...

Sevil Sərdar İmrəliyevlə yarışırdı. Hər ikisi maşınla pambıq yığmaq ustası və respublikanın əməkdar mexanizatoru adını almışdı. Onlar birgə kompleks pambıqçılıq briqadası yaratmışdılar. Pambığı özləri əkir, becərir, özləri də yığırdılar.
Çingiz müəllimin Sevillə tanışlığı da təsadüfi olub. Deyir ki, Montin qəsəbəsində yerləşən peşə məktəbinə Diləfruz Ocaqquliyevanı görməyə gedibmiş:
- Diləfruz uşaq evində böyümüşdü, kimsəsi yoxuydu. Ona görə də həmişə o qıza baş çəkirdim. Sənət məktəbində oxuyanda da yanına getmişdim. Məni hündürboy, sarışın, iti baxışlı bir qızla tanış elədi. Diləfruzla Sevili heç vaxt ayrı bilməmişəi. Onlar iki dost, iki bacı, iki həmdəm idilər. Beyləqana da qoşa getdilər. Sovxozda qızlara hər cür şərait yaradıldı. Az sonra Sevilə mənzil verdilər, onu iki il dalbadal mexanizatorların biriqadiri seçdilər. Bu qız, od parçasıydı. Hansı işi başlayır-başlasın, axıra çatdırmalıydı.
O vaxtlar Sevillə Sərdar İmrəliyevin pambığın maya dəyərini aşağı salmaq haqqında müraciətləri də yaxşı qarşılandı. Həyatı boyu pambıq görməyən bir qızın elədikləri doğrudan möcüzəydi. Təşəbbüsü-təşəbbüs dalınca verirdi. "Hər ilin əvvəlində yeni bir təklifin olmasa adamları arxanca apara bilməzsən"- bu onun deviziydi. Sevil də bu sovxoza elə bağlanmışdı ki... Ata-anasını da köçürüb yanına gətirdi.

Sevil ictimaiyyətçiydi. Sovxoz həyatında da inqlab eləmişdi. Qızlar klubu açmışdı, gənc qızları özfəaliyyət dərnəyinə toplamışdı. Onun təşəbbüsüylə dram dərnəyi yaradılmışdı. "Qaynana"da Afəti, "Sevil"də Sevili oynamışdı.
O həm də Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanizasiya fakültəsində qiyabi təhsil alırdı. Mən də o vaxtlar həmin institutun zootexnik fakültəsində qiyabi oxuyurdum. Onda da o qızın qabiliyyətinə mat qaldım. Müəllimlər etiraf eləyirdilər ki, Sevil əyani oxuyan tələbələrdən də hazırlıqlıdı. O qədər işlə, o qədər hərəkətlə bu adam imtahanlara necə hazırlaşırdı? 1962-ci ildə keçirilən qurultay da Sevilçün uğurlu oldu. O, Kremldə düzəldilən hökumət qəbulunda ölkənin kəndli-gəncləri adından çıxış elədi (rusca da yaxşı danışırdı). Özbəkistanda keçirilən müşavirə də maraqlıydı. Gözəl səsi vardı. Daşkəndə uçarkən (1962) Sevillə Diləfruzun səs-səsə verib "Qarabağ şikəstəsi" oxumaqlarını unutmaqmı olar? 1963-cü ilin əvvələrində onu Qırmızı Əmək Bayrağı Ordeniylə təltif elədilər. Komsomolun XIV qurultayından qayıdandan sonra Sevilə "Moskviç" maşını hədiyyə elədilər.

Tərlan deyirdi ki, o qədər məşhurlaşsa da bizə münasibəti dəyişmədi. Çox xoşxasiyyət olub. Heç qəlbə dəyməyi sevməzmiş. Bacım deyirdi ki, haçan sahədə oturardıq, o bizdən qabaq toz-torpağın içində oturardı. Ailələrini də o saxlayırdı.

Həlak  olduğu  gün  Sevil növbəti mükafat - Keçici Bayraq almışdı. Bu münasibətlə də ölkənin sayılıb seçilən adamları, o cümlədən Mərkəzi Komitənin birinci katibi Vəli Axundov da Sevili təbrik eləməkçün düz onun işlədiyi sahəyə gəlmişdilər.

Mənsurə Novruzqızı

Bölmə: Qəhrəmanlarımız | Daxil edib: intuitive (14.06.2010) W
Oxunub: 1271 | Reytinq: 5.0/1
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: Seva1(32), gulichka(33)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player