Forma
Dö, 02.05.2024, 21:25Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
İnformatika [9]
riyaziyyat [5]
Terminlər lüğəti [1]
İzahlı lüğət [1]
Mdrik kəlamlar [1]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Məqalələrin kataloqu


Ana səhifə » Məqalələr » Metodiki bölmə » İnformatika

Mövzu: Alqoritmin təsvir üsulları.
 

Mövzu: Alqoritmin təsvir üsulları.
 
Sinif: X
 
Məqsəd:
 a) Mövzuya aid qazanılmış biliklərin dərinləşdirilməsi və tətbiqi.
b) tənqidi təfəkkürün, dinləyib anlama vərdişlərinin və s. inkişaf etdirilməsi, şagirdlərin dünyagörüşünün genişləndirilməsi.
v)Yaradıcılıq nümayiş etdirmək, gənclərin hərtərəfli inkişaf etmələri üçün sadə alqoritmlər qurmaq.
 
Dərsin  tipi: Bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi.
 
 İstifadə  olunan  təlim  metodları: Qruplarla, cütlərlə iş, "əqli hücum”.
 
Resurslar: Kompüter, müxtəlif alqoritmlərin qrafik təsvirinə aid plakatlar, müxtəlif fiqurların modelləri, yapışqan, qayçı və s
 
Dərsin  gedişi:
  I. Şagirdlərlə salamlaşıb davamiyyəti yoxladıqdan sonra lövhəyə alqoritm sözünü yazıram. Sıralar arası yarış keçirirəm: hansı sıra bu sözə aid daha çox misal söyləyər?
 Qalib sıranın şagirdlərini təbrik etdikdən,  qiymətləndirdikdən sonra şagirdlərə müstəqil iş verirəm:
 
II. Fərdi iş: Hər bir şagird kompüterdə tərəfləri a, b, c olan üçbucağın sahəsinin məlum düstura görə tapılması və kvadrat tənliyin həlli alqoritmini qrafik təsvir etməlidir. İşini tamamlayan ilk 5-6 şagirdi qiymətləndiririk,
III. Sayma üsulu ilə şagirdləri qruplara ayırır, hər qrupa suallar olan vərəqə verir, qazanılmış biliklərə aid sorğu-yarışma keçiririk . Cavabları tez və düzgün tapan qrup qalib hesab olunur. Qruplar suallara cavab üzərində düşünərkən, 2 şagird lövhədə bir say sistemindən digərinə keçidə aid misallar üzərində işləyir. Sonda qiymətləndirmə aparırıq.
 IV. Əvvəlcədən hazırlanmış blokları təsadüfi çıxarmaq şərti ilə halqaşəkilli düzülmüş şagirdlərə paylayıram, tapşırıram ki, bloklardan istifadə edərək alqoritmin qrafik təsvirinin modellərini hazırlasınlar (eyni alqoritmin bloklarına malık şagirdlər qrup şəklində birləşir) və təqdim etsinlər. Hər qrupdan bir könüllü lövhədə testlərlə işləyir, sonda həm qrupun, həm də ayrı-ayrı şagirdlərin işini qiymətləndiririk.
V. Sonra hər bir şagird öz yerində əyləşir və ümumi sorğu aparıram ev tapşırığı kimi verilmiş iki sualın (7 və 8) cavabını hər bir şagirddən soruşuram, söylənmiş fikirləri ümumiləşdiririk:
1. Alqoritm nədir? Misallarla izah edin.
2.Alqoritmin hansı xassələri var? Misallarla izah edin.
3. Alqoritmin hansı növləri var? Misallarla izah edin
4. Alqoritmi necə təsvir etmək olar? Misallarla izah edin.
 5. Alqoritmin qrafik təsvirində istifadə olunan bloklar hansılardır??
7. Qloballaşan dünyaya qoşulma alqoritmini sən necə qurardın?
 8. Gənclərimizin hərtərəfli inkişaf etməsi alqoritmini necə təsəvvür edirsən?
9. Lazer disklərinin hansı növləri var, onlardan istifadə etmə alqoritmini təbii dillə təsvir edin.
Şagirdlərdən biri Azərbaycan himni olan diskdən istifadə edərək praktik olaraq göstərir və hamımız himni oxumaqla dərs sona çatır.
VI. Ümumi qiymətləndirmə aparırıq, dərs necə keçdi, şagirdlər hansı vərdişləri qazandılar, dərinləşdirdilər, nəyi əldə edə bilmədilər, hələ yaxşı mənimsəməyiblər və ev tapşırığını verirəm. Əlavə olaraq praktiki iş kimi hər bir şagirdə sərbəst seçmə şərti ilə bir məsələnin alqoritminin qrafik təsviri modelini hazırlamağı tapşırıram. (Ən gözəl modeli informatika kabinetində əl işləri sərgisinə qoyacağımızı şagirdlərimiz bilir).
Bölmə: İnformatika | Daxil edib: Sprinq (10.06.2010)
Oxunub: 4640 | Reytinq: 5.0/1
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: Zulinka(38)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player