Elektron hesablama maşınları haqqında Müasir dövr elm və texnikanın yüksək sürətlə inkişafı və informasiya axınlarının çoxalması ilə xarakterizə edilir. İndi elm və texnikanın, eləcə də məişətimizin elə bir sahəsini tapmaq olmaz ki, orada fərdi elektron hesablama maşınlarından-kompüterlərdən istifadə olunmasın.