Forma
Dö, 28.03.2024, 23:02Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Qədim tibbdən sətirlər [2]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4324
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Məqalələrin kataloqu


Ana səhifə » Məqalələr » Sağlamlıq ən böyük nemətdir! » Qədim tibbdən sətirlər

Qara zirənin möcüzələri
Qara  zirənin  möcüzələri.

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

Qara zirəni və yağını müalicə əlacı kimi istifadə etməzdən öncə bir sıra məlumatlardan xəbərdar olmağınız da yerinə düşərdi. Belə ki, Qara zirə hüceyrələrdəki metabolizm fəaliyyətinə kömək edir. Hüceyrələrin inkişafı və yeniləşməsində qara zirəyə ehtiyac vardır. Bədənə lazım olan hormonların inkişafına təsir edir. Qara zirə allergiyanın yaranması ilə bağlı olan histamin kimi maddələrin artmasının qabağını alır. Hormonların yaranmasında iştirak etdiyi üçün möhkəm bir hormon müdafiəsini və sinir sisteminin fəaliyyətini təmin edir, immun blokadasının aradan götürülməsinə kömək edir, müdafiə hüceyrələrinin lazım olduğundan artıq iş görməsinə maneə yaradır, hüceyrələrin məhv olması, yeniləşməsi və hüceyrə divarlarının möhkəmlənməsində iştirak edir, qanda xolesterolu normallaşdırır, qan damarlarındakı qanın sürətini tənzimləyir və tıxanmaların qarşısını alır, yüksək qan təzyiqini endirir və aşağı təzyiqi, nəbzi normaya salır və ürəkdə ilk infarkt riskini azaldır, yaralanmış yerlərin tez yaxşılaşmasına və dərinin qüsurlarının aradan qaldırılmasına kömək göstərir.
 
İnsan orqanizmi doymamış yağ turşularını istehsal etmədiyi üçün onları xaricdən almağa məcburdur.
1 qram qara zirə yağı bu baxımdan gündəlik tələbatımızı təmin edir. Qara zirədəki niqellon və alfapinen kimi efirli yağlar tənəffüs borusunu genişləndirir, əzələlərin genişlənməsinin qarşısını alır. İfrazatı normaya salır və öskürəyi sakitləşdirir, iltihabı aradan qaldırır, ağrıları kəsir və sidiyi bayıra qovur. Uzun müddət ar¬dıcıl qəbul edildikdə qara zirə qanda şəkəri aşağı salır.
 

Bu qədər ecazkar keyfiyyətlərə malik və Allahın Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun) tərifinə layiq olan qara zirə bundan öncə sadaladığımız özəllikləri ilə aşağıdakı xəstəliklərdə və çatışmazlıqlarda son dərəcə müsbət nəticələr əldə etmək üçün faydalıdır. (Xəstəliklər və onların müalicə edilməsi üçün zəruri olan proseduraların təsvirinə keçməzdən öncə deməliyəm ki, qara zirə toxumunu və ya yağını qəbul etməzdən əvvəl siqaret çəkən şəxslər siqareti atmalıdır).
 

1. BAŞ AĞRISI: 1 xörək qaşığı üyüdülmüş qara zirə, 1 xörək qaşığı üyüdülmüş cirə (anise seed) və 1 xörək qaşığı üyüdülmüş mixək qarışdırılaraq, yeməkdən öncə 1 çay qaşığı qəbul edilir. Əvvəlcə ağızda o qədər saxlanılır ki, yumşalsın və udulmaq üçün rahat olsun və bundan sonra udulur. Qarışığı qəbul edərkən qətiyyən üstün¬dən su içilməməlidir. Çay qaşığının yarısı qədər qara zirə yağını gündə iki-üç dəfə qəbul etmək.

2.  REVMATİZM :Az miqdarda qara zirəni zeytun yağı ilə qarış¬dıraraq bir qədər qızdırmaq və tez-tez ağrıyan yerə çəkmək (sürtmək). Həmçinin yatmazdan qabaq qaynadılmış qara zirənin balla qarışdırılmış suyunu için.

3.  ÜZDƏ DƏRİ XƏSTƏLİKLƏRİ :Gündə 2-3 dəfə yarım çay qaşığı qara zirə yağı için.Yarım çay qaşığı qara zirə yağını 1 xörək qaşığı zeytun yağı ilə qarışdırın. Alınmış qarışığı üzə sürtmək və 1 saat saxladıqdan sonra su və sabunla yumaq.

4. BAŞ GİCƏLLƏNMƏSİ:Çaya qara zirə yağı qatıb içmək.
Habelə yanaqların altına və boynun ardına qara zirə yağından sürtmək.

5. QULAQ AĞRISI:Yoluxduqda qulağa qara zirə yağından damcılamaq.

6. DOĞUŞ ZAMANI FAYDASI:Doğuş zamanı ağrıların yüngülləşdirilməsi üçün ən yaxşı vasitələrdən biridir. Qara zirə yağını balla qarışdırıb odda qızdırmaq və içmək.

7. ÜRƏK YANDIRMALARI: Bir fincan qaynar südə bir neçə damcı qara zirə yağı damcılamaq, 1 çay qaşığı bal qatmaq və isti-isti içmək. Həm də çoxlu salat yemək məsləhət görülür.

8. DƏRİ XƏSTƏLİKLƏRİNDƏ:Qara zirə yağının kiçik bir miqdarını götürüb bərabər miqdarda qızılgül suyu və 2 mislində buğda unu ilə qarışdırın. Sirkədə isladılmış əski parçası ilə dərinin xəstə səthini ovun, sonra isə hazırladığınız qatışığı ləngimədən dəriyə çəkin və günəş altında olmağa çalışın.

9. YüKSƏK QAN TƏZYİQİNƏ QARŞI:Bu xəstəlikdə qara zirəni isti içki (çay, süd və s.) ilə qarışdırıb için və bədəninizi qara zirə yağı ilə ovuşdurun.

10. SİNƏDƏ AĞRILAR:Qaynar suya 1 xörək qaşığı qara zirə əlavə edin və ondan qalxan buxarı nəfəsinizlə udun. Yatmazdan əvvəl başınızı bağlayın.

11. GÖZ AĞRISI:Qara zirə yağı göz xəstəliklərinin əksəriyyəti üçün faydalıdır. Onu səhər və axşam yatmazdan qabaq gözünüzə damcıladın, gözünüzün (və ya gözlərinizin) ətrafına sürtün və bundan sonra bir-neçə damcı qara zirə yağı qarışdırılmış 1 xörək qaşığı bal yeyin.

12. XORA:1 fincan bala 10 damla qara zirə yağı qarışdırın. Hər gün səhərlər ac qarına alınmış qatışıqdan bir qaşıq için. Sonra 1 stəkan süd için. Fasiləsiz olaraq 2 ay bunu davam etdirin.

13. XƏRÇƏNG:Qara zirə yağını yoluxmuş sahəyə çəkin. Habelə, gündə 3 dəfə 1 çay qaşığı qara zirə yağı və 1 stəkan yenicə sıxılmış yerkökü şirəsindən ibarət olan içki için (içməzdən öncə mayeni silkələyin ki, qarışsın). Belə qarışığı 3 ay qəbul edin. (Məlumatın alındığı mənbədə rəvayət edilir ki, bir qadın boğazında çıxmış xərçəng şişini məhz qara zirənin köməyi ilə müvəffəqiyyətlə sağaltmışdı!)Habelə, qara zirəni sarımsaqla qəbul etmək məsləhət görülür. Bütün bu proseduralar Quran oxu¬maqla və Uca Allaha dua etməklə müşayiət olunma¬lıdır.

14. TƏNBƏLLİK:Qara zirə yağının 10 damcısını 1 stəkan portağal şirəsinə qarışdırın və alınmış içkini 10 gün ərzində yuxudan durandan sonra qəbul edin. Bu zaman ən vacib olan: sübh namazından sonra yatmamaqdır.

15. YADDAŞIN YAXŞILAŞDIRILMASI:7 damcı qara zirə yağını qaynama dərəcəsinə çatdı¬rıl¬mış nanəyə damcılayıb onu balla qarışdıraraq istənilən vaxtda isti-isti içmək. Eyni zamanda kofe və çay içməkdən çəkinmək məsləhətdir.

16. ASTMA: Xəstənin sinəsini zeytun yağı ilə qarışdı¬rıl¬mış qara zirə yağında ovmaq (1 = 5 nisbətində, bütün hallarda: 1-ci rəqəm zirə yağını, ikinci rəqəm başqa kompo¬nent¬ləri bildirir, yəni 1 hissə zirə və 5 hissə zeytun yağının qarışığı). Qara zirə yağının buxarını udmaq və çay qaşığının ¼ dilin altında saxlamaq tövsiyə edilir.

17. ŞƏKƏR XƏSTƏLİYİ:1 stəkan qara zirə toxumunu, 1 stəkan vəzəri toxumunu və yarım stəkan nar qabığını qarışdırıb, onları toz halına gətirilənədək döymək. 1 ay ərzində səhər yeməyin¬dən qabaq bu tozun yarım qaşığını 1 çay qaşığı qara zirə yağı ilə qəbul etmək.

18. QULAQ AĞRISI:1 diş təzə sarımsağı 3 gün ərzində 1 unsiya qara zirə yağında islatmaq. Alınmış qarışıqdan bir neçə damcı bilavasitə ağrıyan qulağa damcılamaq və qulağın ətrafını da masaj etmək.

19. DİARREYA: 1 çay qaşığı qara zirə yağını 1 fincan yoğurd ilə qarışdırmaq. (Yoğurdun halal yoğurd olmasına əmin olun.) Hazırladığınız qarışığı gündə 2 dəfə 3 gün ərzində qəbul edin.
20. ƏZƏLƏ AĞRILARı:Əzələ ağrılarının müalicəsi üçün öncə acqarına 5 diş sarımsaq yeyin. Bundan bir saat sonra dəmlənmiş 1 stəkan darçın çayına 5 damcı qara zirə yağı damcı¬layıb qəbul edin. Zeytun yağı ilə qarışdırılmış bir qədər qara zirəni azca qızdıraraq ağrılı yerə tez-tez çəkin. Habelə yatmazdan öncə qaynadılmış qara zirənin balla qarışdırılmış qarışığını için.

21. GÖZ AĞRISI:1) Kompres qoymaq: 1 stəkan qara zirə toxumunu 8 unsiya suda qaynadmaq və 10 dəqiqə ərzində soyutmaq. Sonra onu ələkdən keçirmək. 2 pambıq tamponunu hazırlanmış həmin məhlulda isladıb ağrıyan gözün üstünə qoyub 10 dəqiqə saxlamaq.2) Yatmazdan qabaq gicgahları qara zirə yağı ilə ovmaq
22. YUXUSUZLUQ:1 çay qaşığı qara zirə yağını balla və ya çayla qarış¬dır¬maq və şam yeməyindən əvvəl qəbul etmək.
23. ÜRƏK BULANMASI: Üyüdülmüş qara zirə toxumunun 1 çay qaşığını mentol həliminə əlavə edib gündə 3 dəfə qəbul etmək.
24. DİŞ AĞRISI: 1) Üyüdülmüş qara zirəni zeytun yağı ilə qarışdırıb onları yumşaq kütlə halına gətirmək və ağrıyan dişə (dişlərə) yaxmaq.2) 8 unsi alma sirkəsini 2 xörək qaşığı üyüdülmüş qara zirə bişirib süzgəcdən keçirmək. Alınmış maye ilə dişləri bir-neçə gün ərzində qarqara etmək.3) Ağrıyan dişə (yerə) 1-2 damcı qara zirə yağı sürtmək.
25. MƏDƏ QAZLARININ İFRAT YARANMASI:
1) Döyülmüş qara zirə, şirin şüyüd və istiotlu nana toxumlarından bərabər miqdarda qarışdırmaq, 3-7 damcı qara zirə yağı əlavə etmək və balla şirinləşdirib qəbul etmək2) Kompres hazırlamaq. Kompresi alma sirkəsi və qara zirə yağında isladıb qarnın üstünə qoymaq.
26. QUSMA: Qusmanın qarşısını almaq üçün 1 çay qaşığı üyüdülmüş qara zirəni mentol həliminə qarışdırıb gündə 3 dəfə qəbul etmək.
 
27. BADAMCIQLARIN İLTİHABI: Yarım litr suda 10 qram (2 çay qaşığı) qara zirə toxumunu bişirmək və süzgəcdən keçirmək. Boğazı dündə 2 dəfə qarqara etmək.

28. ÖD KİSƏSİ DAŞLARI: Üyüdülmüş qara zirə toxumlarını balla qarışdırıb qəbul etmək öd kisəsində yaranmış daşların əriməsinə səbəb olur.
 
29. BÖYRƏKLƏRDƏ DAŞ: Böyrəklərdə yaranmış daşların ovulub düşməsinə qara zirə ovuntusu ilə balı qarışdırıb içmək kömək edir.
30. İŞ QABİLİYYƏTİNİN ARTMASI: Qara zirənin qəbulu iş qabiliyyətini və orqanizmin həyat fəaliyyətini (tonusunu) yüksəldir.
 
31. BƏLĞƏM: Bəlğəmi aradan qaldırmaq üçün qara zirəni limon şirəsi ilə qarışdırıb (bir qədər bal və şəkər əlavə edib) içmək.

32. AĞCAQANAD VƏ BAŞQA HƏŞƏRATA QARŞI:
Qara zirənin tüstüsü ağcaqanadları və başqa həşəratları uzaqlaşdırır.

33. ƏT XALLARI: Ət xallarına qarşı qara zirə kömək edir. Qara zirə ovuntusunu və ya yağını tənziflə xala bağladıqda onla¬rın inkişafının qarşısını alır və dərinin təmizlən¬məsinə səbəb olur.

34. TÜKLƏRİN TÖKÜLMƏSİ:
Üyüdülmüş qara zirə, vəzəri, bir qaşıq zəif sirkə və bir stəkan zeytun yağı götürüb onları xəmirəbənzər kütlə halına gələnə qədər qarışdırılır. Hazırlanmış küt¬ləni başa yaxır və başın dərisinə yedirdirlər. Bu qay¬dada əməliyyat hər gün axşamlar təkrar olunur və sonra baş isti su və yuyucu vasitələrlə yuyulur.
35. BİTLİLİK:Y axşıca üyüdülmüş qara zirə toxumları krem kimi bir maddə alınması üçün lazım olan miqdarda sirkə ilə qarışdırılır və qırxılıb hazırlanmış başa yaxılır və yaxud başı qırxmaq istəmədikdə başın dərisinə elə sürtülür ki, dəriyə və tüklərin dibinə çatsın. Sonra günəş altında 15 dəqiqə dayanmaq lazımdır. Günəş şüalarının başa düş düşməsi arzu edilir, yəni günəş zenitdə olduqda bu əməliyyat daha əlverişli nəticə verir. Başı yaxın 5 saat ərzində yumaq məsləhət görülmür. Bu əməliyyatı 1 həftə təkrar etmək.

36. DAZLAŞMA: Yaxşıca üyüdülmüş qara zirə toxumu, 1 stəkan zəif sirkə və 1 çay qaşığı sarımsaq suyu götürüb kreməbənzər hala gələnə qədər qarışdırmaq. Sarğı kimi qırxılmış başa bağlamaq və axşamadək saxla¬maq. Sarğını açdıqdan sonra həmin sahəni qara zirə yağı ilə yağlayın və bu proseduranı 1 həftə təkrar edin.

37. DƏMROV XƏSTƏLİYİ: Dərinizin dəmrov düşmüş sahəsinə bir neçə gün ərzində gündə 3 dəfə (Allahın rizası ilə) sağalana qədər qara zirə yağı sürtün.

38. CÜZAM: 1 qaşıq xına, qara zirə toxumu və üyüdülmüş quru buqələmun dərisini zəruri miqdarda zəif sirkə məhlulu ilə qarışdırın ki, kreməbənzər kütlə alınsın. Bu qarışıq melanini dəriyə qaytarmaq keyfiyyətinə malikdir. Bu proseduranı ay ərzində davam etdirin, Sarığı gecədən səhərə qədər saxlayın, gündüz günəşin düz düşən şüaları altında gəzin.

39. SINIQLAR: Bədəndə sınıqların tezliklə bitişməsi və sağalması üçün (heç olmasa günaşırı) mərci bozbaşı yeyin. Ona yumurta, soğan və 1 xörək qaşığı qara zirə toxumu əlavə edin. Bir də, sınıq yerinə qoyulmuş sarğının kənarlarından görünən yerlərə əlavə olaraq qara zirə yağı çəkin (sürtün). Sarğı açılıb götürüldükdən sonra, sınıq yerlərinə istiləşdirilmiş qara zirə yağı sürtüb masaj edin.

40. DAŞLAR: Bir fincan üyüdülmüş qara zirəni bir stəkan təbii balla qarışdırın və ona ət maşınında çəkilmiş 3 diş sarımsaq da qarışdırın. Hər gün yeməkdən qabaq hazırladığınız qarışığın üçdə bir hissəsini qəbul edin. Qəti təklif olunur ki, bundan sonra hökmən bir neçə limon dilimini qabığı ilə yeyəsiniz. Bu, daşların düşməsinə səbəb olacaqdır.

41. SİDİK İFRAZININ ÇƏTİNLƏŞMƏSİ: Hər gün yuxudan qabaq qasıq sahəsini qara zirə yağı ilə yağlayın və qara zirə yağını balla qarışdırıb isti-isti için.

42. SİDİYİN QEYRİ-İXTİYARI İFRAZI: Təmizlənmiş yumurta qabığı götürün, bərk qızdırıb toz halına gətirin, sonra onu qara zirə toxumlarının ovuntusu ilə qarışdırın. Bir həftə ərzində hər gün hazırlanmış tozdan bir stəkan südə bir çay qaşığı əlavə edib için.

43. DALAQ: Üyüdülmüş qara zirə toxumlarından və zeytun yağından ibarət qarışığı axşam çağı qızdırın, sonra onu qızdırma vasitəsi kimi sinə qəfəsindən aşağı sol böyür üstə qoyun.
 
44. SOYUQDƏYMƏ:1 stəkan suya 1 xörək qaşığı qara zirə yağı tökün və od üstə qoyun. Su qaynayanda başınızı dəsmalla örtüb buxarı nəfəsinizə çəkin. Bu proseduranı yatana yaxın keçirin. Həmçinin səhər və axşam üyüdülmüş qara zirə toxumları ilə kəklikotundan dəmlənmiş bir stəkan çay için.

45. ÜRƏK SAĞLAMLIĞI:Ürəyinizin sağlamlığı üçün mümkün qədər daha çox və daimi olmaq şərtilə qara zirəni istənilən formada təbii balla qəbul edin.

46. BÖYRƏK SANCILARI:Cirə, nana və kumini[1] bərbər miqdarda götürüb yaxşıca dəmləyin, bir qədər bal qatıb şirinləşdirin və 7 damcı qara zirə yağı əlavə edin. İsti-isti için və həmçi¬ nin ağrıyan yerə qara zirə yağından sürtün. Ağrı, Allahın köməyi ilə, çox keçməyən bir müddətdən sonra sakitləşəcəkdir.

47. İSHAL:Vəzəri şirəsinə qara zirə qatın və hər gündə 3 dəfə 1 stəkan qəbul edin. İslah elə səhəri gün və ya bir qədər əvvəl kəsilməlidir. Qəbzlik olmaması xatirinə bu qatışığın qəbulu ilə müalicəni dərhal kəsmək lazımdır.
48. YÜKSƏK TURŞULUQ:Bir neçə damcı qara zirə yağını bir stəkan isti südə damızdırın, ona istədiyiniz qədər bal və ya şəkər qatın və için.
49. BİLQARSİOZ – SİDİK YOLLARININ XƏSTƏLİYİBu xəstəlik sidik yollarının parazit helmintozlarla yoluxmasından törəyir. Hər gün 1 qaşıq qara zirəni səhər və axşam (bir tikə çörək və pendirlə) yeyin. Yatmazdan əvvəl sağ böyrünüzə qara zirə yağı çəkin. Bu proqramı sonrakı üç ayda da yerinə yetirməyiniz tövsiyə edilir.
50. BAĞIRSAQ QURDLARI:Bir qaşıq qara zirə yağı, 3 diş sarımsaq, 1 qaşıq zeytun yağı, bir qədər ədviyyat və 10 ədəd boranı tumu götürüb, çörək arasına qoyub hər səhər qayna¬dıl¬mış suda saxlanmış şüyüdlə yeyin.

51. PROSTAT VƏZİSİZirə yağı ilə kürəyin əsasını hövkələmək və masaj etmək, qasığı da onunla ovmaq. Yarım stəkan isti suda 1 xörək qaşığı bal, 1 çay qaşığı qara zirə və çobanyastığını qarışdırıb istənilən vaxt içmək.
52. BABASİLQara zirə yağı və zeytun yağını (1:1 nisbətində) qarışdırıb hər gün 3 dəfə 1 xörək qaşığı 10 gün ərzin¬də qəbul etmək. Qəbzliyin qarşısını almaq məqsədilə xəstə nahiyəni qara zirə yağı ilə masaj etmək.

53. SIZANAQLARA QARŞIÜzü sızanaqlardan təmizləmək üçün gün ərzində 3 dəfə 20 damcı qara zirə yağı qəbul edilsə, Allahın köməyi ilə təsir göstərər.

54. TONZİLLİT2 çay qaşığı qara zirə toxumunu 1,5 litr suda qay¬nadıb süzgəcdən keçirmək və boğazı hər gün 2 dəfə qarqara etmək.
55. SİNƏDƏ AĞRILARQaynar suya 1 xörək qaşığı qara zirə əlavə edib onun buxarını udmaq. Yatmamışdan əvvəl bağınızı bağlayın.
56. BURUN YOLLARININ İLTİHABI:1) 1 xörək qaşığı qara zirənin üstünə 1 stəkan qaynar su tökərək onun buxarı ilə nəfəs alın.2) Burunun bayır səthinə zirə yağı sürtün.3) 1 çay qaşığı qara zirəni 1 xörək qaşığı təmiz balla 0,5 stəkan suda qarışdırmaq. Səhər və axşam yeməklərinə 15 dəqiqə qalmış qəbul etmək.

57. ALLERGİYA:Hər səhər və hər axşam 1 çay qaşığı qara zirə qəbul etmək və allergiyaya məruz qalmış yeri qara zirə yağı sürtmək.

58. PƏNCƏLƏRİN İLTİHABI1) Pəncənin iltihablı nahiyəsinə qara zirə yağı sürtmək.2) 1 çay qaşığı qara zirə ilə 1 xörək qaşığı təmiz balı 0,5 stəkan suya qarışdırıb səhər və axşam yeməklərinə 15 dəqiqə qalmış qəbul etmək.

59. QAN TƏZYİQİNİN QALXMASI:1) Üyüdülmüş qara zirə toxumlarının 1 çay qaşığını isti suya qatmaq və hər gün səhər yeməyindən əvvəl 2 diş sarımsaqla qəbul etmək. 2) qara zirəni qaynar çayla (və başqa içməli mayelərlə) qarışdırıb içmək və bədəni qara zirə yağı ilə ovmaq.

60. BAŞ AĞRILARI:Qara zirə yağından 1 xörək qaşığı qəbul etməklə eyni zamanda başın ağrıyan nahiyəsini və qabaq tərəfini qara zirə yağı ilə ovuşdurmaq (bu prosedura dövründə şirniyyat, şokolad yeyilməməlidir).1) Üyüdülmüş qara zirədən – 1 xörək qaşığı, üyüdülmüş cirə toxumlarından (anise seed) - 1 xörək qaşığı və 1 xörək qaşığı qərənfil (cloves) qarışdırılır. Xörəkdən qabaq bu qarışıqdan 1 çay qaşığı yeyilir. Qarışıq ağızda yumşalana qədər saxlanıldıqdan sonra udulur.2) Qara zirə yağını hər gün 2-3 dəfə 1,5 çay qaşığı qəbul etmək.

61. MƏDƏ YARASI:1) 10 damcı qara zirə yağını 1 fincan balla qarışdırın. Alınmış qarışıqdan hər gün ac qarına 1 çay qaşı¬ğı qəbul edin. Sonra 1 stəkan süd için. 2 ay fasilə vermədən davam edin.

62.XƏRÇƏNG:1) Qara zirə yağını xərçəngə tutulmuş sahəyə sürtün.2) Gündə 3 dəfə 1 çay qaşığı qara zirə yağından və 1 stəkan yenicə sıxılmış yerkökü şirəsindən ibarət içəcək hazırlayıb için (içməzdən öncə qarışığı yaxşıca qarışdırın). Onu bu minvalla hazırlayıb 3 ay qəbul edin.

63. ƏL VƏ AYAQ DIRNAQLARININ İLTİHABI:1) Xəstəliyə tutulmuş dırnaqlara qara zirə yağı sürtün.2) 1 çay qaşığı qara zirə ilə 1 xörək qaşığı təmiz balı 0,5 stəkan suya töküb qarışdırın və səhər və axşam yeməklərindən 15 dəqiqə əvvəl qəbul edin.
64. QAN DAMARI SİSTEMİNİN XƏSTƏLİKLƏRİ:1)1 çay qaşığı qara zirəNİ 1 xörək qaşığı balla və əzilmiş sarımsaq dişliyi ilə qarışdırın. 5 gün ərzində ac qarına qəbul edin. 2) 5 damcı qara zirə yağını 1 stəkan kəklikotu və ya nanə ilə, günlərdə fasilə vermədən, için.

65. ÖD KİSƏSİ XƏSTƏLİYİ:Qara zirə yağını böyrək iltihabında olduğu kimi qəbul edin.

66. SÜMÜK AĞRILARI:Qaynadılmış soğanı qara zirə yağı ilə qarışdırıb gündə 2 dəfə qəbul edin. Eyni zamanda ağrı olan nahiyələrə qara zirə yağı ilə nanə yağı sürtüb ovuşdurun.
67. DALAĞIN ŞİŞMƏSİ:Balla şirinləşdirilmiş qırmızı turpun həliminə 7 damcı qara zirə yağı qatın və 1 həftə ərzində için

68. DİŞİN VƏ DİŞ ƏTİNİN İLTİHABI:Üyüdülmüş qara zirəni yaxşıca qovurub almanın içinə yerləşdirin. Saqqız kimi istifadə edin.

69. QARA CİYƏR İLTİHABI:1 stəkan qaynadılmış söyüd yarpaqlarına 5 damcı qara zirə yağı qatın. 1 həftə ərzində qəbul edin.

70. SAÇIN TÖKÜLMƏSİ:1 çay qaşığı qara zirə, eyni miqdarda qara zirə yağı və zeytun yağını (1:1) qarışdırıb başınızı həftədə 3 dəfə masaj edin. Qarışığı başınızda 10 dəqiqə saxladıqdan sonra şampunla yumaq olar.

71. DALAĞIN KEYLƏŞMƏSİ:1 xörək qaşığı əncir mürəbbəsini 1 qaşıq balla 1 stəkan qaynar suda qarışdırıb ona 7 damcı qara zirə yağı qatın və 5 gün ərzində səhər və axşam için.

72. QRİP:Qara zirə yağını zeytun yağı ilə (1:1) qarışdırıb gündə 3-4 dəfə buruna damcılamaq.

73. ÖSKÜRƏYƏ QARŞI:Qara zirə yağını zeytun yağı ilə (1:1) qarışdırıb gündə 3-4 dəfə buruna damcılamaq.
74 . SİDİKQOVUCU:1 stəkan arpanı 1 stəkan suda (1 stəkan qalana qədər) yaxşıca bişirmək. Soyutduqdan sonra 3 diş sarımsağı mikserdə üyüdüb həmin kütləyə qatmaq. Hər gün ac qarına içmək və üstündən limon və ya digər şirələr qəbul etmək. Qazlı sulardan çəkinin.
75. QADIN XƏSTƏLİKLƏRİNDƏ:Ağrıyan yerlər, çərtilmiş, tikilmiş toxumaların üstü¬nə qara zirə yağı sürtülür və ehmallıca masaj edilir.
76. DƏRİDƏ ƏMƏLƏ GƏLƏN ŞİŞ VƏ BAŞQA TÖRƏMƏLƏRƏ QARŞI:Səhər və axşamlar 1 çay qaşığı qara zirə yağı qəbul etmək və gündə 3 dəfə ağrıyan yeri masaj etmək.
77. QARACİYƏRİN MÜXTƏLİF XƏSTƏLİKLƏRİ:Bal fincanına yuxarıdakı (76) qara zirə yağı dozasına 1 xörək qaşığı döyülmüş palıd qabığı qatmaq və bunu ac qarına hər gün fasiləsiz 1 ay ərzində qəbul etmək.

78. YÜKSƏK HƏRARƏT:1 stəkan çaya və ya nanə şirəsinə 7 damcı qara zirə yağı qatmaq və gündə 3 dəfə xörəkdən sonra həftə ərzində içmək. Yatmazdan əvvəl bədəni qara zirə yağı ilə ovmaq.

79. İMMUN SABİTLİYİNİN SAXLANMASI:Hər gün 1 çay qaşığı qara zirəni 3 ay ərzində qəbul etmək.

80. CİNSİ ZƏİFLİK:Qara zirə yağı ilə kürəklərin əsasını (aşağı hissə¬si¬ni) ovub masaj etmək. Qasığı da onunla ovmaq. 0,5 stəkan suda 1 qaşıq bal 1 çay qaşığı qara zirə və 1 çay qaşığı çobanyastığını qarışdırıb istənilən vaxt içmək.

81. QANDA XOLESTERİNİN AZALMASI:Qaynadılmış nanəyə 7 damcı qara zirə yağı qatmaq və balla şirinləşdirmək. Gündə 1 dəfə ac qarına isti-isti içmək. Eyni vaxtda yağlı dana əti yemək qətiyyən olmaz.

82. DƏMROV:Bədənin dəmrov düşmüş nahiyəsinə gündə 3 dəfə qara zirə yağı çəkmək.
83. KEÇƏLLİK:(Eyni ilə 82 kimi)

84. EKZEMA:(Eyni ilə 82 kimi)

85. ÜRƏK KLAPANLARININ DARALMASI:1 çay qaşığı qara zirəni 1 xörək qaşığı balla qa¬rış¬dırıb bərk isti çayla ac qarına və yuxudan öncə içmək arzuolunandır.

86. ZƏDƏLƏNMƏLƏR:1 çay qaşığı qara zirəni balla qarışdırıb isti çayla ac qarına və yatmazdan əvvəl içmək, sonra isə xəstə yerə üç dəfə qara zirə yağı sürtmək.

87. QULAQ TUTULDUQDA:Qulağınıza qara zirə yağında isladılmış pambıq yumruları qoyun və 1 saat ərzində saxlayın. Nəticəsini çox gözləməyəcəksiniz.
88. ZÖKƏM:Təmiz qara zirə yağına batırılmış pambığı 15-20 dəqiqəliyə burnunuza salın. O saat yüngülləşmə hiss olunacaq. Bərk soyuqdəymələrdə bu əməliyyatı təkrar edin.
89. İŞTAHSIZLIQ:Yeməyə bir müddət qalmış 1 çay qaşığı qara zirə toxumunu səylə çeynəyin və sonra bir neçə damcı alma sirkəsi qatılmış su ilə ağzınızdakını udun.

90. SÜSTLÜK:Qara zirə yağının 10 damcısını 1 stəkan portağal şirəsinə qarışdırın və alınmış içkini 10 gün ərzində yuxudan durandan sonra qəbul edin. Sübh namazın¬dan sonra yatmamağa çalışın.

91. BAŞ BEYİN DAMARLARI SKLEROZU:Gündə 2-3 dəfə 1,5 çay qaşığı qara zirə yağı daxilə qəbul edin.
Arzuolunmaz neticelerden ehtiyat etmek lazim deyil.Ancaq mueyyen edilmis dozadan artiq qebul etmekden cekinin.Artiq doza medeni ve bagirsaqlari qiciqlandira ve poza biler.
Qara zirənin istifadəsi zamanı əks-təsir halı hamiləlikdir.
Yuxarıda göstərdiyim xəstəliklər və onları müalicə etməkdə istifadə olunan sahələrdən başqa Azərbaycan təbabətində qara zirə mühüm farmakoloji əhəmiyyət kəsb edir. Uzun illərdir ki, bu bitkidən ölkəmizin əczaxanalarında müxtəlif xəstəliklərə qarşı hazırlanan dərman və məlhəmlərdə qara zirədən vacib komponentlərdən biri kimi geniş istifadə edilir. Aşağıda görəcəyiniz kimi, qara zirə əczaçılarımız tərəfindən rəsmi qaydada istifadə olunmaqdadır. Məsələn, ürək xəstəliklərində, öd yolları xəstəliklərində və öd kisəsinin daş bağlaması xəstəliyində, böyrək və sidik yolları xəstəliklərində, mədə-bağırsaq xəstəliklərində, bağırsağın atoniyası ilə əlaqədar olan qəbizliklərdə, mədə xorasında, qarın ağrısında ishala və dizenteri¬ya¬ya qarşı dərman preparatlarının bir çoxlarının tərkibinə qara zirə əlavə edilir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizin farmakoloqları, əczaçı alimləri bu qiymətli və tayı-bərabəri olmayan Peyğəmbər bitkisinin misilsiz müalicəvi xassələrindən kifayət qədər istifadə etmir, bütün dünyada qara zirə üzərində dərin tədqiqatlar aparıldığı halda, bizdə belə elmi araşdırmalar aparılmasından heç yerdə aydın bir məlumat yoxdur. Bir çox təhlükəli xəstəlikləri müalicə edə bilən əhəmiyyətli bir əlac vasitəsinə kifayət qədər laqeydliklə yanaşılır.
Göstərilən xəstəliklərin böyük əksəriyyətini qara zirə və onun yağı ilə müalicə etmək olardı ki, bu insanlarımıza daha faydalı və daha ucuz başa gələrdi. Rəsmi və qeyri-rəsmi tibb ocaqlarımızda şəfalı qara zirədən demək olar ki, heç istifadə etmirlər və ya onun haqqında, bəlkə də məlumatsızdırlar.
 
 Bu gün bu misilsiz dərəcədə şəfa mənbəyi olan bu bitkini iman sahibi olan qardaş və bacılarımız Uca Allah xatirinə fərdi təşəbbüsləri sayəsində vətəndaşlarımıza çatdırmağa səy göstərirlər, halbuki ölkəmizdə böyük sayda həkimlər və əczaçılar korpusu formalaşmışdır.
 
Men artiq 2 aydir ki Qara zirenin yaqindan umumi immuniteti artirmaq ucun istifade edirem.Neticeden cox raziyam.Bu xosbextliye sizin de nail olmanizi isteyirem.
 
Möhtərəm qardaş və bacılar!Ölkəmizin həkimləri və farmakoloqları!
 
Sizə müraciət edirem: qara zirəyə diqqət yetirin, Allahın Elçisi Muhəmməd Peyğəmbərin (s.ə.s.) onun haqqında dediyi: "Bu qara toxumda, ölümdən başqa hər dərdə çarə vardır” tövsiyəsini nəzərə alın və ona lazım olduğu qiymətini verin! Allah köməyiniz olsun! Amin!
Bölmə: Qədim tibbdən sətirlər | Daxil edib: Sprinq (15.06.2010) | Müəllif: Aynur muellime
Oxunub: 30859 | Şərhlər: 3 | Reytinq: 4.2/12
Şərhlər cəmi: 3
0  
3 Ayka-zoluska   (10.09.2010 21:20) [Material]
MƏNCƏ BU MÖVZUDA MÜELLİF SEÇİMİ SƏHV GÖSTƏRİLİB.HEÇNƏ BAŞA DÜŞMƏDİM BAHAR MÜƏLLİMƏ.SƏNUBƏR KİMDİ? sad

+1  
2 FECK   (16.06.2010 10:46) [Material]
COX MARAQLI MELUMATLARDIR. MEN COX BEYENDIM good good

0  
1 Sprinq   (15.06.2010 11:34) [Material]
Bu məlumatlara görə çox sevindim. Bu haqda əvvəldən də bir qədər informasiyam vardı, amma Siz məni inandırdınız v\ maraqlandırdınız. Təcili həkim nəzarəti, məsləhəti ilə bu nemətdən istifadə etməyə başlayacğam. Bir daha çox sağ olun!!!!!!!! applause

Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!:
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player