Forma
Dö, 25.04.2024, 00:22Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Riyaziyat [0]
Xəbər [4]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 2
Qonaqlar 2
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Məqalələrin kataloqu


Ana səhifə » Məqalələr » "Əks səda" TIB » Xəbər

Əsrarəngiz gözəlliklər, möcüzə çeşmələri.
Əsrarəngiz gözəlliklər—Möcüzə çeşmələri!
 
Şabanova Nərgiz Cücüy qızı
 AMİ Zaqatala filialı Pedaqoji fakültəsinin
Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə I kurs tələbəsi
Elmi rəhbər:İsmayılova Bahar İsmayıl qızı,
Qabaqcıl təhsil işçisi
Devizimiz: Azərbaycanımızın gözəlliklərini
 tanıyaq və dünyaya tanıdaq!

 
Bu gün bir həqiqət var. Ana yurdun hər bir övladı kimi yurd yerinə, vətən torpağına bağlılıq statusundan asılı olmayaraq onun hər bir vətəndaşının vəzifə borcuna, tale məramına çevrilməlidir. Bu mənada hesab edirik ki, Ulu Tanrının bizə bəxş etdiyi füsunkar təbiətimizin incilərini tanımaq, öyrənmək və dünyaya tanıtmağa çalışmaq vətəndaşlıq borcumuzdur. Mən tarix və cografiya müəllimliyi ixtisası üzrə bakalavr pilləsində təhsil alıram, fikrimcə, vətən tarixini vətən təbiəti ilə üzvi vəhdətdə öyrənmək, onu təbliğ etmək artıq günün ictimai və sosial sifarişidir. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2011-ci ilin "Turizm ili” elan olunması bu çağırışlara dövlət səviyyəsində cavab idi. Biz də öz növbəmizdə zamanın tələbindən geri qalmadıq. Təhsil aldığımiz Zaqatala şəhərində tələbə dostlarımızla məramı vətənpərvərlik, elm və təbiətə sevgi olan "Əks-səda” İctimai birliyi yaratdıq və təbii ki, bu istiqamətdə tədqiqatlara başladıq. Bu yazıda planetin və Azərbaycan torpağının son dərəcə romantik, əsrarəngiz, sırf coğrafi-tarixi məzmun daşıyan ilahi təbiət gözəlliklərindən bir neçəsi-şəlalələr haqqında qısa qeydlərimizi diqqətə çatdirmaq istəyirik.

Anhel dünyada ən hündür şəlalədir, hündürlüyü 979 metr, bəzi mənbələrdə isə 1059 m[4]yazılır
Dünyanın ən gursulu, füsunkar Niaqara şəlaləsinin üzərində "Göy qurşağı körpüsü" salınmışdır. Şəlalənin altında tikilmiş Su elektrik stansiyası 4,4 GVatt gücündə elektrik enerjisi hasil edir.
Viktoriya və ya Mosi-oa-Tunya şəlaləsi Cənubi Afrikanın ən əhəmiyyətli, turist cəlbedən nöqtələrindən biri, UNESCO üzrə dünya sərvəti sahəsi və dünyanın yeddi möcüzəsindən biridir. Viktoriya şəlaləsi yalnız Cənubi Amerikanın Iquasu şəlaləsi ilə müqayisə edilə bilər. Iquasu 270-dən çox 'kiçik' şəlaləyə bölünür. Sira№Şəlalənin adiYerləşdiyi əraziHündürlüyü Eni
1AnhelVenesuela1059 m107 m
2NiaqaraKanada və ABŞ sərhədində53 m1075 m
3ViktoriyaZambiya çayı üzərində128 m1800 m
Dünyanın ən gözəl güşələrindən biri olan Azərbaycan da şəlalələrlə zəngindir.
Şahdağdakı dağ şəlalələri qışda nəhəng buz parçalarına çevrilir və turistləri bura cəlb edir. Buz dırmaşmaları yarışları Cənubi Qafqaz ölkələri arasında təkcə Azərbaycanda keçirilir. Bu, bizim ölkədə yeganə qış idmanı növüdür.
Azərbaycandakı ən məşhur şəlalələrdən biri olan Afurca, qısda donur, qeyri-adi bənzərsizliyi ilə turistləri və səyahətçiləri buraya cəlb edir.[2] [3]
Balakən rayonu ərazisində yerləşən Katexçay şəlaləsi Azərbaycanda ən gursulu şəlalədir.[1] Mütəxəssislərin fikrinə görə, şəlalədən əldə ediləcək enerji bəlkə də bir bölgəni işıqla təmin edə bilər. Zaqatala Dövlət Qoruğunun ərazisində 10-a yaxın şəlalə qeydə alınmışdır: Qəbizdərə şəlaləsi və s. [2] Azərbaycanın Qusar rayonunda ən məşhur şəlalələr Laza və Şahnabazdır.[2]
"Yeddi gözəl" şəlaləsinə baxmağa hər il minlərlə turist gəlir. [2] İsmayıllı rayonunda 25-ə yaxin şəlalə rayonun gözəlliyinə əlavə əzəmət gətirir.
Unikal Pirbənövşə şəlaləsi təbiətin möcüzəsidir. Burada suyun təsiri ilə qayadan yonulmuş minarə forması əks olunur.
Oğuz rayonunda ən hündür şəlalə 22 m-dən axır. [Bu və s. şəlalələr haqqında ətraflı məlumat bulletendə təqdim olunur]. SıraŞəlalənin adıYerləşdiyi əraziHündürlüyü
1Şahdağ şəlalələriBöyük Qafqaz __
2KatexçayBalakən rayonu 20 m
3Yeddi GözəlQəbələ r. Vəndam kəndi __
4İlisuQax rayonu, İlisu kəndi 25 m
5AfurcaQuba r. Vəlvələçay üzərində __
6TəkdamYardımlı, Peştəsər Ostayır k. __
7Laza, Şahnabaz və s.Qusar-Quba ərazisi 150 m-ə qədər
8Qalacıq, Burovdal50 m
9Çayqovuşan30 m
10İstisu və Mədrəsə25 m
11Pirbənövşə __
Cədvəl, xəritə və diaqramları (bukletdə olan) muqayisə etdikdə hündürlüyü, gözəlliyi ilə dunyada məşhur şəlalələrdən geri qalmayan bu möcüzə çeşmələri haqqında nəinki başqalarının, bəzən özümüzün belə ətraflı informasiyamız olmadığına çox təəssüfləndik. "Əks-səda” İctimai tələbə birliyinin üzvləri olaraq düşündük ki, doğulduğumuz ərazilərdə olan şəlalələr haqqında butun mümkün təbii-geoloji məlumatları əldə edək. Gələcəkdə bu informasiyaları yerləşdirmək üçün indidən bloq [www.əsrarəngiz gözəlliklər.azersayt.com] yaratdıq. Həmin informasiyalardan istifadə edərək təqdimatlar hazırladıq və onlardan dərslərdə istifadə edəcəyik. Məlumatlarımız əsasında hazırladığımız bulleten və bukletləri isə ətrafımızda arzu edən hər kəsə paylamağı şərəf işimiz, gəncliyin məslək borcu hesab edirik. Hətta xaricdə yaşayan qohumlarımıza, həmyaşıdlarımıza onu catdırmaq, bəyan etmək qədər həyatda böyük daxili məmnunluq, xoşbəxt öhdəlik yoxdur. Gələcək ixtisaslı mütəxəssis olaraq bütün gənclik və yaradıcılıq imkanlarımı bu istiqamətdə cəmləşdirməyi planlaşdırıram. [Aparılmış tədqiqatlara əsasən müəllif tərəfindən tərtib olunmuş xəritə və diaqram məruzəyə buklet şəklində əlavə olunur.
 İstifadə olunan mənbələr:
1. Ensiklopediya
2. az.wikipedia.org
3. İsmayıllım.bloqsport.com
4. Legend.az
Bölmə: Xəbər | Daxil edib: nuna (13.04.2012) | Müəllif: Şabanova Nərgiz
Oxunub: 1672 | Reytinq: 3.0/3
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: arxideya(38)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player