Forma
Dö, 25.04.2024, 06:36Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Riyaziyat [0]
Xəbər [4]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Məqalələrin kataloqu


Ana səhifə » Məqalələr » "Əks səda" TIB » Xəbər

“Hophopnamə” M.Ə.Sabir ədəbi irsindən zəmanəmizə qalan əmanətdir
"Hophopnamə” M.Ə.Sabir ədəbi irsindən zəmanəmizə qalan əmanətdir
 
Mirzə Ələkbər Sabir min illik ədəbiyyat tariximizin geniş göylərini bəzəyən bənzərsiz sənət ulduzudur. Onun ’’Hophopnamə’’si başdan-ayağa zülmə, ədalətsizliyə etiraz, insan haqqına və heysiyyətinə qarşı çevrilmiş hər şeyə üsyan və ittihamnamədir. 

Sabir hər şeydən əvvəl, yüksək əqidə, məslək, böyük amal şairi idi. Təəssüf ki, zəmanəsinin fövqündə dayanan bu mütəfəkkir sənətkar ədəbiyyatşünaslığımızda daha çox dövrün qüsur və nöqsanlarını amansızcasına ifşa edən bir satirik kimi təqdim edilmişdir. Əslində Sabir yaradıcılığının ictimai, milli, bəşəri məzmunu və mündəricəsi bütünlükdə satiralarında ifadə olunan işıqlı, müsbət ideala, vətənin,millətin azad, xoşbəxt gələcəyinə olan böyük inam və etiqadla bağlıdır. Sabir satirasının gücü, qüdrəti bir də ondadır ki, o, bir sənətkar kimi yaradıcılığa başladığı ilk günlərdə xalqın dostu ilə düşmənini düzgün müəyyən etmişdir, kimə və nəyə qarşı mübarizə apardığını yaxşı bilirdi.

Sabirin bir şair, vətəndaş kimi dünya görüşündəki aydınlıq, sağlam məfkurə, işıqlı ideal, ictimai ədalətsizliyə, istismara, zülmə, mənəvi əsarətə qarşı dərin nifrət hissi onun satirik gülüşü üçün də eyni dərəcədə xarakterdir. O, məhz bu gülüşə arxalanaraq xalqın düşmənlərinə, cəhalət və nadanlıq dünyasına meydan oxuyur, özünü həyatın bütün sınaqlarından ləyaqətlə çıxmış qocaman bir dağa bənzədir: ``Nə qəmə, uğratsa da bir gün məni ifnayə zaman, ``Mən gedərəmsə məramım yenə dünyada durar!``- deyirdi. Sabir köhnə dünyanın və onun doğurduğu saysız-hesabsız ictimai bəlaları satira atəşinə tutarkən bədii gülüşün bütün formalarından istifadə etmiş, onu yeni məzmun və çalarlar ilə zənginləşdirmişdir. Bu gülüşün komik boyaları, inikas və ifadə yumorun müxtəlif formaları ilə satirik, gülüş, kinayə, sarkazım çox vaxt bir-birinə qarışır, biri digərini əvəz edir, tamamlayır, onların hüdudlarını, miqyasını dəqiq təyin etmək ?ətin olur. Sabirin bir insan, vətəndaş şair kimi faciəsi idrakın faciəsi idi, qanmaq, həqiqəti görmək, dərk etmək dərdi idi. Çünki ona şüurlu həyata başladığı ilk günlərdən ömrünün sonuna qədər milli mənliyi formalaşmamış, tərəqqidən, dünyəvi mədəniyyətlərdən təcrid düşmüş, qəflət yuxusuna dalmış, cəhalət və nadanlığın hökm sürdüyü bir mühitdə, cəmiyyətdə yaşamaq kimi ağır bir tale qismət olmuşdur. Səfalətin, mənəvi geriliyin, istibdadın amansız düşməni olan, bütün ömrü boyu milli intibah, ictimai tərəqqi uğrunda ardıcıl mübarizə aparan şairin gözəl, nəcib arzu və idealları ilə onu əhatə edən köhnə cəmiyyətin düşüncə tərzi, əxlaq normaları arasında böyük uçurum, əskiklik, ziddiyyət mövcud idi. Məhz, idealla zaman arasında barışmaz təzad və bu təzaddan doğan mübarizə, ziddiyyət Sabirin bir vətəndaş şair kimi xarakterini, şəxsiyyətini müəyyənləşdirir, onu sözün əsil mənasında böyük faciə qəhrəmanı səviyyəsinə yüksəldir. Dövrün cövründən, ürəyinin yara bağlamasından,belə vəziyyətdə ciyərindən təmənna gözlədiyi halda``arizi-qəmlər əlindən``onun da şişdiyindən acı-acı şikayətlənən şair sonralar bunun əsl səbəbini izah edərək yazırdı: İdrakdır müsibətə miyzan İdraksızların ola bilməz müsibəti. İdrakın məratibinə bağlıdır fəqət, Hər bir kəsin tutulduğu ənduhü möhnəti İdrakı ilə bağlı keçirdiyi faciə, müsibət Sabiri heç vaxt tutduğu haqq yolundan,əqidəsindən,işıqlı amalından döndərə bilməmişdir. Buna görə də o,hər tərəqqinin düşməni olan cəhalətpərəstlərin şəxsiyyət azadlığını tapdalayan qeyri-insani tələbləri bəzən, şərti olaraq sussa da ,ancaq zülm ərşə çıxanda haqq,ədalət oda qalananda qammaz kimi yaşamağın mümkün olmadığını qətiyyətlə bildirirdi. Sabir əsil vətəndaş,həqiqi millət fədaisi olmaqla yanaşı, həm də böyük azadlıq mücahidi idi. O,azadlığı insan ləyaqətinin ilk şərti, əsas atributu sayırdı. Sabir ``?oxdan bəri şövqü ilə``yaşadığı hürriyyət uğrunda mübarizəni həyatının məzmun və mənası hesab edir,belə nəcib amal yolunda gecə- g?nd?z ?arpışdığı üçün özünü xoşbəxt sayırdı. Sabirə görə,azadlığın bəşəri mahiyyətini,insan necə böyük,əvəzsiz nemət olduğunu dərk etməyən he? bir toplum özünü millət hesab edə bilməz.


Azadlıqdan,müstəqillikdən məhrum bir cəmiyyətdə``,ictimai mühitdə milli şüur,milli mənəviyyat formalaşa bilməz.Milli şüur,milli özünü dərketmə ancaq azad millətlərə xas olan bir xüsusiyyətdir.Azadlığı əlindən alınmış,bəşəri dəyərlərdən məhrum bir millətin insanlıqda da payı yoxdur.Çünki azadlıqla insanlıq biri digərini tamamlayan vahid anlayışdır.Sabir nədən yazırsa-yazsın onun əsas qayəsi,estetik idealı, son sözü milli istiqlal, hürriyyə, azadlıq olmuşdur.İstismar və köləlik dünyasının amansız düşməni olan şairin xəyalı tez-tez bu mühitdən uzaqlaşır ülvi,pak, romantik bir aləmdə qərar tuturdu. ``Ruhum,ey şahbazi-ülviyyət,hummətim tək fəzada pərvaz et,hara getsən səninlə mən də varam``-deyən Sabir inanırdı ki, ruhu cismindən ayrılandan sonra da bu aləmlə qovuşacaq,onun əbədi məskununa ?evriləcək. Şair hər zaman , həmişə haqlı idi. Doğrudan da bu gün Sabir xalqımız üçün qürur, iftixar rəmzinə çevrilmişdir. Onun pak,işıqlı ruhu ,ölməz amalı şüurumuzda, mənəviyyatımızda yaşayır, bizimlə irəliləyir,millətimizin azadlığı,xoşbəxt gələcəyi uğrunda mübarizə aparır. Tənqidi realizim ədəbi cərəyanı müasir dövrümüzdə yenidən böyük aktuallıq qazanmış və indi də bu üslubda qiymətli əsərlər yaranmaqdadır. Şühbəsiz, nə qədər ki, həyatda ictimai mühitdə haqsızlıq, ədalətsizlik, istismar, tamahkarlıq müxtəlif mənəvi-əxlaqi qəbahətlər mövcuddur, tənqidi realizim üslubu yaşayacaq və özünün tarixin sınağından çıxmış nəzəri estetik prinsiplərini qoruyub saxlayacaqdır. 

İstifadə olunmuş ədəbiyyat:
1. M.Ə.Sabir. "Hophopnamə”, "Şərq – Qərb ” Bakı 2004, cild I, səh.480
2.Xalid Əlimirzəyev, Ədəbiyyatşünaslığın elmi – nəzəri əsasları, "Elm və təhsil” nəşriyyatı , Bakı 2011 , səh. 416
Bölmə: Xəbər | Daxil edib: jasmin (13.04.2012) | Müəllif: Sevinc
Oxunub: 4050 | Reytinq: 5.0/2
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: arxideya(38)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player