Hesablama texnikası tarixinə bir nəzər
Orucova Gülmira Əli qızı
AMİ Zaqatala filialı Pedaqoji fakültəsinin
Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə III kurs tələbəsi
Elmi rəhbər : İsmayılova Bahar İsmayıl qızı
Təbiət fənlərinin tədrisi metodikası kafedrasının müəllimi, Qabaqcıl təhsil işçisi
Hesablama işi həmişə insanları maraqlandırdığı üçün hər dövrün özünəməxsus hesablama üsulu olmuşdur. Qədimdə insanlar barmaqlarla, cızmaqla və s. üsullarla hesablamışlar. Barmaq latın dilində "Digitus” sözündəndir və rəqəm anlamında işlədilir. [3] Cızma üsulu ilə hesablamaya C. Məmmədquluzadənin "Saqqallı uşaq” hekayəsində də rast gəlirik. Zaman keçdikcə insanlar hesablama işini yüngülləşdirmək məqsədi ilə müxtəlif kəşflər etmişlər. Aşağıda tərtib etdiyimiz xəritə və cədvəldə kəşflərin olunduğu bəzi ölkələr və bu sahədə ixtiralar haqda qısa məlumat təqdim olunur. . Sıra sayıTarixHaradaKim tərəfindənKəşflərŞəkil 11200-cü ilÇində ABAK 21614-cü ilŞotlandiyadaCon NeperLoqarifma cədvəli 31617-ci ilŞotlandiyadaCon NeperNeperin çubuqları[3] 41618-ci ilİngiltərədəEdmund QünterLoqarifmik xətkeş 51623-cü ilAlmaniyadaVilhelm Şikkard [2]Toplama maşını 61642-ci ilFransadaBlez PascalPascalina 71673-cü ilAlmaniyadaVilhelm LeybnisMexaniki kalkulyator (arifmometr) 81812-ci ilİngiltərədəÇarlz Bebicİlk mexaniki qurğu 91823-cü ilİngiltərədəÇarlz Bebicİlk mexaniki komputer qurğusu (buxarla işləyən) 101833-cü ilİngiltərədəÇarlz Bebicİlk analitik maşın 111946-cı ilABŞ-daCon Fon Neyman və b. ENİAC [1] Biz informatika fənnini çox sevirik və imkan olduqca kompüterdə işləməyə çalışırıq. Dərsdə və dərsdənkənar məşğələlərdə İnternetdən istifadə etməklə İnformasiya - Kommunikasiya Texnologiyaları, bu istiqamətdə olan yeniliklərlə (ən qısa halda aşağıdakı cədvəldə təqdim olunur), nailiyyətlərlə bağlı biliklərimizi daim artırmağa çalışır, Microsoft Office Power Point, Microsoft Office Publisher proqramlardan istifadə etməklə təqdimatlar, bukletlər, bülletenlər hazırlayırıq. Bulleten və bukletlərdə məruzədə təqdim edilmiş cədvəllərdə olan, kompüterin nəsilləri və s. haqqında topladığımız informasiyaları daha ətraflı təsvir edirik. Tələbə yoldaşlarımızla birgə yaratdığımız bloqda hazırladığımız materialları yerləşdirmək niyyətindəyik. Təhsil aldığımız AMİ – nin Zaqatala filialında ayrıca "İnformatika” kabinetinin olmaması bu sahədə arzularımızın gerçəkləşməsinə çətinlik törədir.Həmyaşıd tələbə yoldaşlarımızı birləşdirən "Əks-səda” İctimai birliyi üzvlərinin ən böyük arzusu elə budur ki, biz ən gözəl layihələrimizi, gələcəyə hədəflənən tədqiqatlarımızı belə bir mərkəzdə reallaşdıraq. AdıMəlumatŞəkil Qələm kompütersaniyədə 30 kadr sürəti ilə video çəkməyə imkan verən video kameradır Ağıllı qələmYazılan və danışılan hər şeyi yadda saxlayır (5) Eynək kompüter HD kameralı gün eynəyiSMS-lər və s. gözdən bir neçə sm məsafədə əks etdirə biləcək. (4)
|