Forma
Be, 26.04.2024, 01:44Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
İnformatika [9]
riyaziyyat [5]
Terminlər lüğəti [1]
İzahlı lüğət [1]
Mdrik kəlamlar [1]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Məqalələrin kataloqu


Ana səhifə » Məqalələr » Metodiki bölmə » İnformatika

"PowerPoint proqramında təqdimat yaratmaq” mövzusunda dərs icmalı.
 
"PowerPoint proqramında təqdimat yaratmaq” mövzusunda dərs icmalı.
 
SINIF: X
 
 MƏQSƏD:
a) Şagirdlərdə Internet resurslarla işləmə vərdişlərini  art;rmaq, hər hansı mövzunu və s. həmyaşıdlarına təqdim etməyi, onlarla müntəzəm əlaqə saxlamaq imkanlarını öyrətmək, yazı yazma bacarıqları, yazını, şəkli redaktə etmə vərdişlərini inkişaf etdirmək.
 b) Şagirdlərin PowerPoint proqramında təqdimatla işləmə bacarıqlarını artırmaq.
v) Şagirdlərin tədqiqatçılıq, yaradıcılıq qabiliyyətini inkişaf etdirmək.
 q) Uşaqları ibtidai sinif şagirdlərinin ekoloji maarifləndirilməsinə kömək etməyə cəlb etmək, problemləri aşkara çıxarmaq və situasiyanı qiymətləndirərək problemi həll etməyə çalışmaq qabiliyyəti yaratmağa  çalışmaq
 
 DƏRSİN TİPİ: Biliklərin, bacarıq,  vərdişlərin  dərinləşdirilməsi,  yeni  bacarıqların  əldə  edilməsi. 
 
ÜSUL VƏ FƏALİYYƏT NÖVLƏRİ:
 a) əqli hücum b) BİBO q) kiçik qruplar, cütlərlə, fərdi iş və rollu oyunlar.
 
RESURSLAR: Kompüter, şəkillər, musiqi.
 
DƏRSİN GEDİŞİ:
 
 I MƏRHƏLƏ: Şagirdlərlə  salamlaşır,  davamiyyəti  yoxlayıram.
Şagirdlər İnternetə daxil olub bəzi səhifələri açır, orada olan informasiyanı müzakirə edirlər (Əvvəlki dərsdə ekoloji problemləri araşdırmaq ev tapşırığı kimi verilmişdi) Sonra uşaqların kompüterdə, İnternetdə işləmə bacarıqları qiymətləndirilir.( Lövhənin  bi  kənarında  çəkilən  cədvəldə  qeyd  olunur) 
 
 II MƏRHƏLƏ: Tədqiqat sualı: O harada, necə çirklənir?
 
 Müxtəlif reqionlarda hava, su, torpağın çirklənməsi səbəbləri və nəticədə biomüxtəlifliyə dəyən zərbələr araşdırılır, cavabları müzakirə edirik. Lövhəyə səhifə, elektron səhifə, ekoloji problemlər sözlərini yazıram. Şagirdlər bu sözlər haqqında fikrini söyləyir, onların fərqini izah edir, nəticə çıxarırıq
 
III MƏRHƏLƏ: Şagirdlər  lövhənin  kənarında  BİBO cədvəli çəkirlər, bildiklərini və bilmək istədiklərini dəqiqləşdirirlər
 
IV MƏRHƏLƏ: Proyektordan istifadə etməklə  qısaca  yeni məlumatlar verirəm. Havanın, suyun, torpağın çirklənmə mənbələri haqda İnternetdən əldə etdiyimiz məlumatlardan istifadə edərək yaratdığımız kiçik təqdimatları nümayiş etdirir, problemlərin həllinə necə kömək edə biləcəyimizi araşdırırıq, Eko-oyunla maarifləndirməni nümayiş etdiririk. 
 
 V MƏRHƏLƏ: Şagirdlər 10 dəqiqə ərzində praktik işlə məşğul olur. Müstəqil işləməyi bacaranlar fərdi və ya cütlər şəklində, nisbətən zəiflər isə 3 nəfərlik qrup şəklində Microsoft PowerPoint proqramında sadə təqdimat yaradır, redaktə edirlər.
 
 VI MƏRHƏLƏ: Hazırlanmış işlər təqdim olunur, qiymətləndirilir, ümumi qiymətləndirmə aparırıq, dərs necə keçdi, şagirdlər hansı vərdişləri qazandılar, dərinləşdirdilər, nəyi yaxşı mənimsəyə bilmədilər, daha yaxşı nəticə almaq üçün nə etməlidirlər?  Zəif  işləyən  şagirdlərə  nisbətən  yaxşı  işləyən  şagirdləri  hami  təhkim  edirik.(könüllülük  prinsipini  əsas  tutaraq)  Növbəti  dərsdə  hami  şagirdin  "şagidi"ində  irəliləyiş  olmasa,  Hamımız  birgə  səsvermə  ilə  Hamini  "cəzalandırırıq" (bu  ümumi  qaydamızdır).
 
 Şagirdlərə belə bir sual verirəm: hesab et ki, xaricilərin arasındasan. Vətənimizi onlara təqdim etməlisən, bunun üçün özünlə 3 dənə olmaq şərtilə əşya, məhsul və s. götürə bilərsən. Sən nə götürərdin? Müxtəlif cavablardan ən xoşumuza gələnlərdən biri belə idi:
Qurani Kərimi, Neft daşlarının şəklini, qızılgül, çay və fındıq-qoz götürsəm, məncə hamı başa düşər ki, müsəlmanam, Azərbaycanlıyam, Zaqataladanam.
 
Hamımız  birgə  demokratik  şəkildə  qiymətləndirmə  aparırıq,  ən  yaxşı  Hami  şagirdə  disk   bağışlayırıq. 
 
Ev tapşırığı olaraq şagirdlər özləri Zaqatalanın ekoloji problemləri, səbəbləri, aradan qaldırılma yolları və s. bəhs edən təqdimat hazırlamağı təklif etdilər
Bölmə: İnformatika | Daxil edib: Sprinq (10.06.2010)
Oxunub: 14964 | Şərhlər: 1 | Reytinq: 1.8/5
Şərhlər cəmi: 1
0  
1 saqqu   (11.06.2010 11:48) [Material]
Powerpointde islemek cox maraqlidir usaqlar cox sey oyrenirler hands

Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: Rako(27)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player