Forma
Be, 26.04.2024, 00:30Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
İnformatika [9]
riyaziyyat [5]
Terminlər lüğəti [1]
İzahlı lüğət [1]
Mdrik kəlamlar [1]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Məqalələrin kataloqu


Ana səhifə » Məqalələr » Metodiki bölmə » İnformatika

Elektron hesablama maşınları
EHM-in quruluşu

İnformasiya »okeanı«nda yaşayan insan ətraf aləmdən hiss orqanları vasitəsilə aldığı məlumatları yaddaşında saxlayır,təfəkkürünün köməyi ilə analiz edir,digər adamlarla informasiya mübadiləsi edir.
Kompüter də insan kimi informasiyalar alır,yadda saxlayır,emal edir,başqa kampüterlərə ötürür və bu gün informasiya «okeanı»nda orientasiyanı müəyyən etməkdə insanın köməkçisinə çevrilir.Çox mürəkkəb quruluşa malik müasir kompüterlər ölçülərinin müxtəlifliyinə,xarici görünüşünə,icra etdiyi funksiyalara baxmayaraq eyni struktura malikdirlər.Bu isə onların quruluşunu və iş prinsipini öyrənməyə imkan verir.Kifayət qədər sadə olan bu prinsipləri başa düşmək üçün hər bir kompüteri təşkil edən əsas komponentlərlə-əməli və xarici yaddaş,prosessor,klaviatura və printerlə tanış olmaq lazımdır.Aşağıda kompüterin funksional sxemi verilir

prosessor yaddaş

↨ ↕
Magistral
↕ ↕ ↨ ↨
Giriş
qurğuları:
1.Klaviatura
2.Maus(mouse)
3.Trekbol,taçpad
4.Mikrofon
5.Skayner
6.Ədədi kamera
7.Oyun manipulyatoru
Xarici yaddaş:

1.Çevik maqnit diski
2.Bərk maqnit diski
3.CD-ROM
4.DVD-ROM Çıxış
qurğuları:
1.Displey
(monitor)
2.Printer
3.Akustik kolonkalar
4.Plotter Ötürmə və qəbuletmə qurğusu:
1.Şəbəkə platası
2.Modem

Prosessor. İnsan ətraf aləmdən aldığı informasiyaları daim təhlil edir.Kompüterdə informasiyanı emal edən qurğu prosessor adlanır.Prosessorədədi,sətri,qrafiki,video və səs informasiyalarını emal edir.Prosessor elektron qurğudur və bu qurğuda müxtəlif informasiyalar ardıcıl elektrik impulsları ilə emal edir.Bu elektrik impulslari ardıcıllığını 0(sıfır) və 1(vahid)-lərin köməyi ilə yazmaq olur.İmplus olduqda 1,impus olmadıqda isə 0 yazılır və bu »maşının dili«adlanır.
Məsələn,
0 1 00 11 0 1 0 1

Yaddaş.İnsan informasiyanı qəbul edir və yadında saxlayır.EHM-də əməli və xarici yaddaşdan istifadə olunur.Kompüter informasiyanı əməli yaddaşında saxlayır.Əməli yaddaşa yazılan informasiya kompüter elektrik şəbəkəsindən ayrılana qədər saxlanılır.EHM yenidən şəbəkəyə qoşulduqda isə həmin informasiyalar bərpa olunmur.Hər hansı məsələnin həll proqramını və ya həyati əhəmiyyətini informasiyanı uzun müddət saxlamaq üçün xarici yaddaşdan və xarici yaddaə kimi isə çevik və bərk maqnit disklərindən (vinçesterdən) və optik disklərdən (CD-ROM,DVD-ROM) istifadə olunur.
Xarici yaddaşda saxlanılan informasiyalardan təkrar istifadə etmək üçün əvvəlcə onu əməli yaddaşa yükləmək lazımdır.İnformasiyanı əməli yaddaşa yükləmək və onu icra etmək prosessor vasitəsilə həyata keçirilir.
Kompüter əməli yaddaşda olan proqramı icra edir.Əməliyyatlara uyğun əmrlər icra olunduqda verilənlər əməli yaddaşda prosessora və (nəticə) əksinə ötürülürlər.Bu mənada proqram icra olunarkən prosessor və yaddaş müntəzəm olaraq qarşılıqlı infamasiya mübadiləsi edirlər.

Yaddaş ←
→ Prosessor

Giriş və çıxış qurğuları.İnsan ətaf aləmdən hiss orqanları vasitəsilə informasiya alır.Lakin,insan elektrik impluslarını qəbul etmir,amma 0 və 1-lərin ardıcıllığı ilə verilmiş informasiyanı isə çox çətinliklə qəbul edir.Ona görə də kompüterə xüsusi giriş və çıxış qurğuları əlavə edilir.Giriş qurğuları informasiyanı maşın dilinə ,çıxış qurğuları isə maşın dilində olan informasiyaları insanın başa düşəcəyi dilə «tərcümə» edir.

Giriş qurğuları.İnformasiyaları kompüterə daxil etmək üçün giriş qurğularından -1.klaviatura, 2.maus, 3.trekbol, taçpad, 4.mikrofon,5.skayner, 6.rəqəmli kamera və7.oyun manipulyatorlarından istifadə olunur.

Klaviatura ilə ədədi və mətni informasiyalar(klaviatura üzərində əlifbanın (ingilis və digər)hərfləri və rəqəmləri rəqəmlər olan,funksional düymələr və kursorun ekranda hərəkətini idarə edən düyməciklərdən ibarət qurğudur),mausla (stolüstü kompüterlərdə)qrafiki informasiyalar (portativ kompüterdə bu işi trekbol və ya taçpadye yerinə yetirir), foto və ya şəkillər skaynerlə daxil edilir.Təsvirləri kompüter formatında formalaşadıran rəqəmli kameralar (fotoaparat və videokamera) geniş tətbiq olunmağa başlayır.Səs informasiyalarını daxil etmək üçün mikrofondan istifadə olunur (bunun üçün kompüterə səs palatası quraşdırılır), kompüter oyunları isə oyun manipulyator ilə idarə olunur.

Çıxış qurğusu.
 
Ən çox istifadə olunan çıxış qurğuları aşağıdakılardır:-1. Monitor, 2.printer, 3.akustik kolonkalar və 4.plotter(qrafikquran)
Universal çıxış qurğusu olan monitorun ekranında ədədi,mətni və qrafiki və video informasiyalar işıqlanır.(mətni və qrafiki rejimlərdə işləyən rəngli və monoxrom monitorlar var).Ədədi,mətni və qrafiki infarmasiyaların kağız üzərində alınması və uzun müddət «saxlanması» üçün printerdən,mürəkkəb çertyojları,böyük ölçülü şəkilləri kağız üzərində çəkmək üçün qrafikqurma qurğusundan (plotterdən),səs informasiyaalarını almaq üçün isə səs platalarının çıxışına birləşdirilmiş akustik kolonkalardan və ya qulaqcıqlardan istifadə olunur.

Magistral.Kompüterin qurğuları arasında informasiya mübadiləsini təmin etmək üçün onun bütün qurğularını əlaqələndirən magistraldan istifadə olunur.

Kompüterin şəbəkəyə qoşulması.İnsan ətrafında olan adamlarla müntəzəm olaraq informasiya mübadiləsində olur.Kompüterin digər kompüterlərlə informasiya mübadiləsi (informasiya alması və ötürməsi) lokal və qlobal kompüter şəbəkəsi vasitəsilə həyata keçirilir.Bunun üçün kompüterə şəbəkə platası və modem əlavə edilir.

Modem-informasiyanı digər kompüterlərə telefon xəttilə ötürməyə və ya almağa xifmət edir.

İnterfeys.Prosessor və xarici yaddaş qurğuları arasında əlaqəni yaratmaq üçün interfeysdən istifadə olunur.İnterfeys prosessorun içləmə sürətini artırır.Xarici qurğulardan qəbul edilən informasiyaları prosessorun qəbul edəcəyi şəklə və əksinə çevirir.

1.İnformatikanın predmeti və ölçü vahidləri

a)İnformatikanın predmeti
Hər bir insan gün qəzet, kitab oxuyur,radionu dinləyir televizor verlişlərinə baxır, digər insanlarla görüşür,müxtəlif məzmunlu söhbətlər aparır və beləliklə də,o,müəyyən məlumatlara (informasiyalara) malik olur.Bu gün hər bir işin müvəffəqiyyətlə yerinə yetirilməsi işçidən müntəzəm olaraq çoxlu informasiyalara malik olmağı tələb edir.Məsələn,şagird ,tələbə hər gün özünə lazım olan informasiyanı vaxt itirmədən müəllimdən, kitabxanadan internet vasitəsilə «dünya»-dan alır.Müəllim öz fəaliyyətini tələbələrə uyğun şəkildə qurmaq üçen əlavə tədris vasitələrindən,dövri mətbuatdan-qəzet və jurnallardan,daha yeni məlumatlar almaq üçün isə İnternet vasitəsilə «dünya kitabxanası»ndan istifadə edir.
İnformasiyanın alınması,saxlanması,emalı və ötürülmısi informasiya prosesləri adlanır.
İnformatika informasiya prosesləri,informatlaşdırmanın aparat və proqram vasitələri,informasiya və kommunikasiya texnologiyaları və informatlaşmış cəmiyyəti öyrənən elm sahəsidir.
İnformasiyanın vaxtında və düzgün alınması səmərəli fəaliyyət göstərməyə imkan verir.
İnsan aldığı informasiyaları təfəkkürü vasitəsilə təhlil edir,müəyyən qanunauyğunluqlar tapır və onları yaddaşda saxlayır.Sistemli elmi idrak prosesi nəticəsində insan (müəyyən faktlardan,elmi nəzəriyyələrdən,eksperimentlərdən)qə-bul etdiyi (təfəkkür süzgəcindən keçirib topladığı) informasiyaları bilik şəklində mənimsəyir.Bu da onun şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
b)«informasiya»anlayış.«İnformasiya»latın mənşəli«informatio» sözündən götürülmüş və «məlumat» ,«bilik»,«xəbərlər toplusu»,«tanış ol-maq»,mənalarına uyğun gəlir«İnformasiya», informatikanın əsas anlayışlarından olduğu üçün ona tərif verilmir.Başqa sözlə,həndəsə kursunun «nöqtə»,«düz xətt»,«müstəvi»,«məsafə»,kimi anlayışları digər «sadə»,anlayışlarla ifadə eymək mümkün olmadığı kimi bu ilkin anlayışı da daha «sadə»,anlayışlardan istifadə etməklə təyin etmək mümkün deyil.İstənilən elm sahəsinin əsas anlayışlarının məzmunu və mahiyyəti müxtəlif misallarla,müxtəlif yollarla izah olunur.
Informasiya anlayışı elm sahələrində (informatika,kibernetika,biologiya,fizi-ka və s.)istifadə olunduğu üçün onun təyin olunması xeyli çətinliklər yaradır və müəyyən mənada ümumelmi ( bütün elmlərin ) anlayış hasab edili.
Biologiyada informasiya.Biologiya canlı təbiəti öyrənir.Canlı orqanizmlərin hərəkəti informasiya vasitəsilə həyata keçirilir.Qeyd edək ki,öz mürəkkəb quruluşunu saxlayan,canlı orqanizmlərin əsasını təşkil edən genlərin köçürülməsi vasitəsilə orqanizmin dəqiq təzahürünün yeni formasını almaq mümkündür və nəslin genlərlə ötürülməsi Genetik informasiya adlanır.
Kibernetikada informasiya anlayışından mürəkkəb dinamik sistemlərin (canlı orqanizmlərin və ya texniki qurğuların)idarə olunmasını təsvir etmək üçün istifadə olunur.Orqanizmin həyatİ (və ya texniki qurğunun) fəaliyyətinin normal idarə olunması bir sıra parametrlərin qiymətləri ilə bağlıdır.İdarəetmə prosesi informasiyaların alınması,saxlanması emalı və ötürülməsini özündə ehtiva edir.
c)İnformasiyanın xassələri.Sosial varlıq olan insan hər gün digər adamlarla ünsiyyətdə olur müxtəlif dillərdə (Azərbaycan,rus,ingilis və s.) onlardan bu və ya başqa şey haqqında ya məlumat alır, ya da onlara məlumat verir.İnsanlar qarşılıqlı ünsiyyətdə olduqları zaman onların bir-birinə verdiyi məlumatlar, informasiya mübadiləsi ilkin olaraq aydın olur.
İnformasiya faydalı olmalıdır və bu diskussiya zamanı praktik qiymətini alır.Dəqiq olmayan informasiya lazım olmayan səs-küy yaradır,düzgün qərarlar qəbul edilməsinə mane olur.Hamımızda kütləvi informasiya vasitələri yaxşı tanışdır və insanlar onların vasitəsilə məlumatlar alırlar.Bu informasiyalar həm doğru həm də aktual olmalıdır.Tam və dəqiq informasiyalar insana həyatda fəal mövqe tutmaqda yardımçı olur.
d)İnformasiyanın ölçü vahidi
Hər gün müxtəlif məzmunlu informasiyalar alan insan onların hamısını yadında saxlaya bilmir.Ona görə də bu informasiyaların yadda saxlanması və yenidən istifadəsi məsələsi ortaya çıxır.Bunun üçün ən yaxşı və səmərəli yol informasiyanın kompüterin yaddaşında saxlanılmasıdır.
Hər bir isifadəçi informasiyanın miqdarını təyin etməyi,informasiyanın ölçü vahidlərini bilməlidir.
İnformasiyanın ölçüsünü təyin etmək üçün «bit» ölçü vahidindən istifadə olunur.«Bit» ikilik rəqəm mənasını verən «Binary digi T» ingilis sözündən götürülmüşdür.Ən kiçik informasiya ölçü vahidi 1bitdir.1 bit informasiya bir 2-lik rəqəmə (0 və ya 1-ə) uyğun gəlir.1 bayt 8 bit olub bir simvola-maşın sözünə,əlifbanın hərflərinə və rəqəmlərə uyğun gəlir.
Məsələn,kompüterdə yığılmış 64 səhifəlik kitabın hər səhifəsində 30 sətir və sətrində 60 simvol olduqda,kitabın informasiya tutumunun ölçüsünü tapaq.
Bir simvol 1 bayt informasiya olduğu üçün,kitabın bir səhifəsində 30x60=1800 bayt və kitabda isə 64x1800=115200 bayt informasiya olacaqdır.
Bütün baytlar nömrələnir və baytın nömrəsi onun ünvanı adlanır.Hər bir simvol 2-lik say sisteminin 8 mərtəbəli ədədi ilə kodlaşdırıldırıldığı üçün bayt ölçü vahidindən istifadə etmək məqsədəuyğundur.Beynəlxalq Vahidlər Sisteminə əsaslanaraq kilo (103),meqa (106) və qiqa (109) sözlərindən istifadə etməklə,müasir kompüterlərdə baytdan daha böyük informasiya ölçü vahidlərindən-kilobaytdan,meqabaytdan,qiqabaytdan və s.istifadə olunur və onlar arasında aşağıdakı əlaqələr var:
1bayt=8 bit
1 Kbayt (kilobayt)=1024 bayt
1Mbayt (meqabayt)= =1024Kayt
1Qbayt (qiqabayt)=1024Mbayt

e)İnformasiyanın kodlaşdırılması. Biz informasiya mübadiləsi zamanı müxtəlif təbii dillərdən (Azərbaycan,rus,ingilis və s.)istifadə edirik.Bu dillərin hər birinin əsasını onun əlifbası (simvollar yığımı,işarələr çoxluğu) təşkil edir.Məsələn,Azərbaycan əlifbasında 32,rus əlifbasında 33,ingilis əlifbasında 26 işarədən istifadə olunur.Əlifbanın simvollar ardıcıllığı müəyyən qrammatik qaydalara uyğun olaraq dilin əsas obyektini- sözü təşkil edir.Sözlər müəyyən qaydalar əsasında cümlələr əmələ gətirir,bu sintaksis adlanır.Təbii (danışıq) dillərlə yanaşı bir sıra formal dillər(hesablama sistemi,rəqəmlər,riyazi işarələr,simvollar,musiqinin notlarla yazılışı, proqramlaşdırma dilləri və s.) də yaradılmışdır və təbii dillərdən fərqli olaraq formal dillərdə əlifba,qrammatika və sintaksis birqiymətli təyin edilmişdir.
Kompüterlərdə informasiya mübadiləsi informasiyanın kodlaşdırılması və dekodlaşdırılması şəklində baş verir.Həqiqətən də, istifadəçi klaviaturadan istənilən işarəni kompüterə daxil etdikdə,həmin simvol kompüterə kodlaşdırılmış,«kompüter kodu»şəklində daxil olur.
Kodlaşdırma informasiyanın bir şəkildən digər şəklə çevrilməsi,bir işarələr sistemininişarələr qrupunun  digər işarələr sisteminin işarələr qrupu ilə ifadə edilməsidir.
Mətnlərin kodlaşdırılması zamanı:
a)xüsusi şəkillər və işarələrdən istifadə etdilməklə qrafiki kodlaşdırmadan;
b)ədədlər və onların kombinasiyaları vasitəsilə ədədi kodlaşdırmadan
c)əlifbanın simvollarının köməkliyi ilə simvol kodlaşdırmadan istifadə olunur.
Qeyd edək ki,istənilən simvol monitorun ekranına çıxdıqda və ya printerdə çap olunduqda isə əks prosses-dekodlaşdırma prosesi gedir və simvol qrafik təsvirlə deyil,təbii şəkildə təsvir edilən şəkildə görülür.
İstənilən onformasiya 0 (sıfır) və 1 (bir) rəqəmlərinin ardıcıllığı şəklində kodlaşdırılır.Kompüterlərdə hər bir simvola onun ikilik kodu adlanan və 2-lik say sisteminin rəqəmləri (0 və 1) ilə təsvir edilən ədəd uyğun gəlir.Məsələn, A hərfi 0100 0001 kimi B hərfi isə 0100 0010 kimi kodlaşdırılır.Bu hərflərin kodlarından istifadə edərək «BABA» sözünü aşağıdakı şəkildə kodlaşdırmaq olar:
0100 0010 0100 0001 0100 0010 0100 0001

e)İnformasiya daşıyıcıları. İnformasiyani uzun müddət saxlamaq,bir kompüterdən digər kompüterə köçürmək,başqa yerdə istifadə etmək üçün informasiya daşıyıcılarından istifadə olunur.Bu gün istənilən xarakterli informasiyalar maqnit lenti,çevik və bərk disklərə,optik və lazer disklərinə yazılaraq saxlanılır və istifadə olunur.

2.Say sistemləri.Bir say sistemindən digərinə keçid.Say sistemlərində hesab əməlləri

a)mövqeli və mövqesiz say sistemləri.Qədim zamanlarda insanları bu və digər şeylərin sayını tapmaq,miqdarını işarə etmək və s. maraqlandırmışdır.Aydındır ki,ilk əvvəllər insanlar daşların,ağac parçalarının,çöplərin,düyünləri olan kəndirlərin və nəhayət ən əlverişli üsul kimi əl barmaqlarının köməyindən istifadə etmişlər.
Sonralar qarşıya çıxan çətinlikləri insan aşağıdakı kimi aradan qaldırmışdır:sayma zamanı insan özünün bütün əl barmaqlarınin açıq olduqu anda köməkçinin barmaqını açırdı.Nəticədə köməkçinin açıq barmaqları onluqların miqdarını göstərirdi.Bu zaman ikinci köməkçidən istifadə edilirdisə,onda onun barmaqları yüzlükləri bildirirdi.Məsələn, 247 ədədini ifadə etmək üçün sağdan birinci adam 7,ikinci adam 4,üçüncü adam isə 2 əl barmağını açırdı.Birinci halda-höməkçinin hansı tərəfdə dayanmasının əhəmiyyətinin olmadığına baxmayaraq,ikinci halda o mühüm məna kəsb edirdi.Çox güman ki,məlum say sistemləri də ələ bu səbəbdən onluq prinsipi üzrə qurulmuşdur.
Ədədlərin adlandırılması,işarə edilməsi və yazılması sistemi say
sistemi və ya nömrələmə adlanır.
Ədədlərin yazılışında rəqəmlərin tutduğu mövqedən asılı olaraq mövqesiz və mövqeli say sistemlərindən istifadə edilir.

d)Mövqeysiz say sistemi. Aydındır ki,ilk əvvəl mövqesiz say sistemi meydana gəlmişdir.Bu say sistemində ədədi təşkil edən simvollar tutduğu yerindən,mövqetindən asılı olmayaraq həmişə eyni ədədi göstərir,eyni məna kəsb edir.
Mövqeysiz say sistemləri misirlilər, romalılar və yunanlar tərəfindən yaradılmışdır.
Misirlilər dör min il bundan əvvəl ədədlərin yazılışında aşağıdakı heroqliflərdən istifadə etmişlər:

İşarələr (heroqliflər) I ∩ C
Ədədlər I 10 100

Qədim yunanlar isə aşağıdakı işarələrdən istifadə etmişlər:

İşarələr α β γ δ ε ι χ λ μ ν
Ədədlər 1 2 3 4 5 10 20 30 40 50

İşarələr ρ τ ξ θ η
Ədədlər 100 200 300 400 500

Ədədlərin belə işarələr vasitəsilə göstərilişi əvvəlki üsullara nisbətən əlverişli olsa da,bu say sistemləri də ədədlər üzərində əməllərin aparılması üçün o qədər əlverişli deyildi.Ədədləri yazmaq üçün qədim romalıların vahidi işarə etmək üçün istifadə etdikləri heroqlif barmağın,V isə əl barmaqlarının açılmış təsviridir:

X (on) simvolu iki V (beş) simvolun birgə təsvirindən əmələ gəlir:

VV→ ˅→X
˄
˵C˶ hərfi latınca ˶Centum˵ - ˶yüz˵,˶M˵ isə ˶Mille˵- ˶min˵ mənalarını verən sözlərin baş hərfləridir.
Roma say sistemində ədədlər 7 işarədən : I,V,X,L,C,D,M-dən istifadə etməklə yazılır və bu işarələrə uyğun gələn ədədlər aşağıdakı cədvəldə verilir:

İşarələr I V X L C D M
Uyğun gəldiyi ədəd 1 5 10 50 100 500 1000

Roma say sistemində ədədlər oxunarkən işarələrin göstərdiyi ədədlər ardıcıl olaraq toplanılır.Məsələn,
CLXXVIII=C+L+X+X+V+I+I+I=100+50+10+5+1+1+1=178.
Lakin,kiçik ədədi göstərən işarə böyük ədədi göstərən işarədən solda yazılmış olduqda,həmin işarənin təyin etdiyi ədəd mənfi ədəd kimi qəbul edilir.Bu aşağıdakı misaldan görünür:
XLV={-10+50}+5=40+5=45,
CMLXIV={-100+1000}+50+10+{-1+5}=900+60+4=964
Böyük ədədləri yazmaq üçün «m» indeksindən istifadə edilir.
1986 ədədini MCMLXXXVI və ya ImCMLXXXVI;
167978 ədədini isə CLXVIImCMLXXVIII kimi yazmaq olar
Bilirik ki,1000000=1000•1000,başqa sözlə , 1milyon 1000 sayda 1000-nin cəminə bərabərdir və milyon belə işarə edilir:Mmm.Bu işarəmələyə əsasən 5951986 ədədini 5951986=Vmm CMLIm CMLXXXVI şəklində yaza bilərik.

c)Mövqeli say sistemi.Mövqeli say sisteminin yaradılması riyaziyyatın inkişafında mühüm mərhələdir.Mövqeli say sistemində ədədi əmələ gətirən eyni işarələr yerindən asılı olaraq müxtəlif ədədləri təyin edir.
B.e.ə III əsrdə,yunan alimi Arximedin əsərlərində şərh edilən və bu gün geniş istifadə olunan mövqeli onluq say sistemi eramızın VI əsrində Hindistanda daha da mükəmməlləşmişdir.Hind alimləri bu sistemə sıfrı daxil etmi,ərəblər isə təkmilləşdirmiş və müasir şəklə gətirmişlər.İstifadə olunan işarələr:0,1,2,3,4,5,6,7, 8,9 ərəb rəqəmləri adlanır.
XVI əsrdə Belçika alimi S.Steven onluq kəsrlərin ərəb rəqəmləri ilə yazılması sistemini daha da universallaşdırmışdır.
Qeyd edək ki,müasir mövqeli say sistemi orta əsr Avropasına italiyalı tacirlər tərəfindən gətirilmiş,onlar isə öz növbəsində bu say sistemini müsəlmanlardan götürmüşlər (R.Kurant və başqa.«Riyaziyyat nədir ?»,Moskva,1967)
Hazırda 2-lik, 8-lik, 12-lik, 16-liq, 60-lıq və s.mövqeli say sistemlərindən istifadə edilir.Belə fərz edirlər ki,ilk mövqeli (altmışlıq) say sistemindən, 60 rəqəmin köməyilə nömrələmədən qədim Vavilionda istifadə edilmişdir.Maraqlıdır ki,bu gün də 60-liq say sisteminin qalıqlarından istifadə edilir.Məsələn,1saat=60 dəq., 1dəq.=60san. və s.
XIX əsrdə 12-lik say sistemindən geniş istifadə edilmişdir.Demək olar ki,12-lik say sistemi (10-luq say sistemi kimi) baş barmaqdan başqa,hər barmaqda (üç barmaq sümüyü) olan barmaq sümüklərinin sayı ilə əlaqədardır: 3x4=12. Çox güman ki,12-lik və 60-lıq say sistemləri arasında müəyyən əlaqələr də varmış.12-lik say sisteminin qalıqlarından indi də istifadə edilir.Bəzən 12 əvəzinə düjin işlədilir .Məsələn,1 sutka 2 düjin saat,1saat 5 düjin dəqiqə ,tam bucaq 30 düjin dərəcə və s.
Bu gün də insanlar cehizlik əşyaları-bıçaq,çəngəl,qaşıq, nəlbəki,stəkan və s. -on iki - on iki alırlar və s.
İndi isə mövqeli və mövqesiz say sistemlərinə verilmiş XLIX və 232 ədədlərinə baxaq.Bilirik ki,XLIX ədədinin yazılışında X simvolu yerindən asılı olmayaraq həmişə 10 ədədini bildirir.Lakin 232 ədədinin yazılışındakı 2 rəqəmi həm təkliyi,həm də yüzlüyü göstərir.İkinci yazılışda rəqəm durduğu yerdən (mövqedən) asılı olaraq müxtəlif ədədləri göstərə bilir.Bu müqayisə mövqeli say sisteminin üstünlüyünü göstərir.
Mövqeli say sistemində say sisteminin əsasına bərabər sayda rəqəmdən istifadə olunur.Başqa sözlə,p (p≥2) əsaslı say sistemində 0,1,2,3.....,(p-1) rəqəmlər əlifbasından istifadə etməklə istənilən ədədi yazmaq olar.
Qeyd 1.Onluq say sistemindən fərqli say sistemlərində ədədin yazılışına onun verildiyi say sisteminin əsasını bildirən indeks əlavə edilir.Məsələn,100 ədədi 2-lik say sistemində 1002, 265 ədədi 8-lik say sistemində 2658 və 1986 ədədi 16-liq say sistemində 198616 kimi yazılır.
Qeyd 2. 10-luq say sisteminin rəqəmlər əlifbası 10 ərəb rəqəmindən, 2-lik say sisteminin rəqəmlər əlifbası 2 rəqəmindən, 8-lik say sisteminin rəqəmlər əlifbası 8 rəqəmdən,16-liq say sisteminin rəqəmlər əlifbası isə 10 ərəb rəqəmi və latın əlifbasının rəqəm kimi istifadə olunan 6 (altı) hərfindən ibarətdir.
Aşağıdakı cədvəldə bəzi mövqeli say sistemləri,onların əsası və rəqəmlər əlifbası haqqında məlumat verilir:

Say sistemi Say saisteminin
əsası Rəqələr əlifbası
Onluq 10: 0,1,2,3,4,5,6,7,8,9
İkilik 2: 0,1
Səkkizlik 8: 0,1,2,3,4,5,6,7
Onaltılıq 16: 0,1,2,3,4,5,6,7,8,9,A,B,C,D,E,F

Bölmə: İnformatika | Daxil edib: shelish (23.11.2010)
Oxunub: 7482 | Teqlər: maşın, EHM, elektron, hesablama | Reytinq: 2.8/4
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: Rako(27)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player