Forma
Al, 20.04.2024, 18:40Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
İnformatika [9]
riyaziyyat [5]
Terminlər lüğəti [1]
İzahlı lüğət [1]
Mdrik kəlamlar [1]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Məqalələrin kataloqu


Ana səhifə » Məqalələr » Metodiki bölmə » İnformatika

EHM-in nəsilləri
EHM-in nəsilləri
 
Aydındır ki, EHM-in inkişaf mərhələsi şərti olaraq bir-birini əvəz edən nəsillərə bölünür. Hər biri bazası ilə bir-birindən fərqlənir. Element bazasının dəyişməsi ilə təbii olaraq EHM-in yeni nəsil özündən əvvəlkilərdən ölçülərinin kiçikliyinə, proqrqm təminatına, sürətinin böyüklüyünə, etibarlılığına görə fərqlənirdi. Bu zaman kompüterlərin "intellektual" imkanları- insanın dərketmə qabliyyəti yüksəlirdi. Birinci nəsil EHM-lərin element bazası əsasən elektron lampası olmuş, onlar 60-cı illərin sonunadək hazırlanmış və buraxılmışdır. Bu maşınların sürəti az deyildi və saniyədə 20000 əməliyyatı yerinə yetirirdi. I nəsil EHM-lərə "UPAL-1", "URAL-2", "STRELA", "M-1", "BESM-2" və s. misal göstərmək olar. Bu maşınlara verilən proqramlar maşının "öz dilində" –maşın kodları ilə yazılırdı və onların yaddaşı bir neçə min sözdən ibarət idi. İkinci nəsil EHM-lərin meydana gelməsi yarımkeçirici elementlərin- tranzistorların kəşfindən sonra mümkün oldu. Tranzistorların ölçülərinin lampaların ölçülərinə nisbətən kiçik olması EHM-in bloklarını çap plataları şəklində düzəltməyə imkan verdi. İkinci nəsil EHM-lərin element bazası olaraq tranzistorlardan istifade edilmişdir. Bu nəsil maşınlar saniyədə 100000- dək əməliyyatı yerinə yetirirdi. Yaddaşı 10000-lərlə sözdən ibarət ikinci nəsil EHM-lərdə müxtəlif alqoritmik dillərdə yazılmış proqramları maşın dilinə çevirə biləcək translyatorlardan istifadə edilirdi. Birinci nəsil maşınlarında fərqli olaraq ikinci nəsil maşınlarda proqramçılar EHM-in yaddaşına əvvəlcədən yazılmış və nömrələnmiş standart proqramlardan istifadə edə bilirdilər. İkinci nəsil maşınlara "MINSK-2", "MINSK-22", "URAL-14", "M-22", "M-220", "BESM-4", "MIR-2", "URAL-16" və s. misal göstərmək olar. Bu maşınlar bir-birindən "fərdi dilinin" olması ilə fərqləndirdilər və bir maşın üçün yazılmış proqramdan digər maşında istifadə etmək mümkün deyildi. Ona görə də mütəxəssislər tərəfindən vahid proqramla işləyəcək müxtəlif tipli maşınlar yaratmaq ideyası ortaya çıxdı. EHM-lərin üçüncü nəslinin əsasını inteqral sxemlər təşkil edir. Fizika və kimya sahəsindəki tədqiqatlar göstərdi ki, müxtəlif maddələrin çox nazik təbəqələrini tələb olunan kombinasiyalarda kristal silisium lövhəsinin kiçicik bir sahəsinə çəkməklə sxemlər düzəltmək olar. Silisium kiristalı üzərində maddələrin çoxlaylı təbəqəsi şəklində olan bu sxem inteqral sxem adlanır. İnteqral sxemlərin kəşvi EHM-in element bazasının sonrakı inkişafı üçün geniş imkanlar açdı. Yaddaşı miliyonlarla sözdən ibarət üçüncü nəsil maşınlar saniyədə 1000000-a qədər əməliyyat apara bilirdi. Bu maşınlar eyni zamanda bir-birindən asılı olmayan bir neçə tapşırığı da yerinə yetirirdi Üçüncü nəsil EHM-lərlə bir sira ölkələrin, o cümlədən Rusiya, Polşa, Çexoslovakiya, Almaniya, Bolqarıstan və Macarıstan alimlərininbirgə seyi nəticəsində yaradılmış VS (vahid sistem) EHM-lərini -"ES-1010","ES-1060","ES-1061" və s.misal göstərmək olar. "ES-1020", saniyədə 10000 əməliyyat, "ES-1061" maşını isə 2000000 əməliyyatı yerinə yetirirdi. 70-ci illərdə «böyük inteqral sxemlər»in (BİS) kəşfi ilə əlaqədar olaraq EHM-lərin dördüncü nəslinin yaradılmasına başlandı.Bir silisium kristalında on minlərlə dəyişdirici açar,bir neçə yüz min element yerləşdirilə bilir.BİS-lərin ölçülərinin çox kiçik –bir neçə santimetr olması və bu sxemlərdən istifadə edilməsi EHM-lərin etibarlılıq səviyyəsini və yüksək sürətini –saniyədə bir neçə milyon əməliyyatı yerinə yetirməsini təmin edir.EHM-in prosessorunun bir silisium kristalında yerləşdirilməsi XX əsrin ən böyük nailiyyətlərindən sayılır.Belə bir kristallı prosessorlar-mikroprosessorlar adlanır.Nəticədə EHM-in bütün qurğularının elektron sxemlərini bir platada yerləşdirmək mümkün oldu və bir neçə il bundan əvvəl böyük salonları tutan EHM-i isə ölçülərinə və dəyərinə görə hər hansı istifadəçinin biləvasitə iş yerində (stolunda)istifadə etməsi üçün yararlı etdi.Bununla da fərdi EHM-lər,cib və stolüstü mikrokalkulyatorlar meydana çıxdı.EHM-in istehsalat texnologiyasının inkişafı əvvəlcədən verilmiş hesablama imkanlarına malik kompüteri getdikcə daha ucuz və asan əldə edilə bilən etmişdir. EHM-lərin beşinci nəsli XXI əsrin süni intellektə malik maşınları olacaqdır.Bu kompüterlər super böyük inteqral sxemlərin (SBİS)yaradılması ilə əlaqədardır.Belə kompüterlərin yaradılması ideyasını ABŞ-in Koliforniya ştatındakı Berkli Universitetinin kafedra müdiri azərbaycanlı dahi Lütfi Zadənin rəhbərliyi iləhazırlanmışdır və bu istiqamətdə müəyyən nəticələr əldə edilmişdir.   (ardı  var)
Bölmə: İnformatika | Daxil edib: shelish (26.11.2010)
Oxunub: 4573 | Şərhlər: 1 | Reytinq: 3.9/7
Şərhlər cəmi: 1
0  
1 ztm   (16.02.2011 21:58) [Material]
Maraqlı və faydalı informasiya daxil etdiyin üçün çox sağ ol!

Bahar müəllimə.


Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: qlobus(66)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player