Forma
Be, 26.04.2024, 01:54Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Məqalələrimiz [1]
Təhsillə bağlı [10]
Asudə vaxtın təşkili ilə bağlı [1]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Məqalələrin kataloqu


Ana səhifə » Məqalələr » Məqalələrim » Təhsillə bağlı

Təhsil - Keçmiş & Bu Gün & Gələcək
Müasir dövrümüzdə elmi-texniki nailiyyətlər, ictimai–siyasi baxışlarda meydana çıxan sürətli inkişaf və modelləşmə cəmiyyətin yeni dinamik inkişaf səviyyəsini meydana çıxartdı. Bu yeni inkişaf isə sərhədləri aşdı. Başqa sahələrdə olduğu kimi təhsil sahəsində də nümunəvi təcrübələrin mübadiləsinə, inteqrasiyaya ehtiyac yarandı. Bu mühit inkişaf etmiş ölkələrdə təhsil almağa həvəsli, azad düşüncəli və daha ağıllı gənclər yetişdirdi. Elə diplomlara ehtiyac yarandı ki, onun sahibi istədiyi ölkədə təhsilini davam etdirmək və işini qurmaq istəyini reallaşdıra bilsin.
Təhsildə əldə olunmuş saysız nailliyyətlərə baxmayaraq hələdə boşluqlar – problemlər mövcuddur. Təlimdə İKT qurğularının səmərəli istifadəsı, hər bir müəllimin kompüterdə işləmək imkanının artırılması işi təşkil olunması, elektron dərslik və dərs vəsaitlərinin tətbiqi sahəsində olan problemlər, Təhsil islahatı prinsiplərinin reallaşması müəllim – tələbə münasibətlərinə də yeni prizmadan baxmaq və s. Eyni zamanda indi qarşıda duran ən mühüm məsələlərdə nbiri də tələbələrin tədqiqat işlərinə cəlb etməklə onların elmi təfəkkürlərini inkişaf etdirməkdir. Maddi texniki baza və kadr potensialının yüksək səviyyəsi tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə də böyük təsir göstərir. Belə ki, seminar və mühazirə dərslərinin təşkilində tədrisin müasir üsul və metodlarının tətbiqinə şərait yaratmaq lazımdır. Bu gün təhsildə əsas məqsədlərdən biri də yüksək ixtisaslı müəllim kadrların hazırlığından, tədris prosesində tədrislə praktik iş arasında daha sıx əlaqələrin formalaşmasından, gələcəkdə məzunların işlə təmin olunmalarının həllinə köməklik göstərməkdən ibarətdir.
Sözsüz ki, sadaladğımız bu problemlər bu gün bizim əsas problemlərimizdən biri olan təhsilin planlaşdirilması ilə bağlıdır.
İndi isə Beynəlxalq planlaşdırma və maliyyələşdirmə metod və modellərindən istifadə olunaraq həyata keçirilmiş bəzi dəyişikliklərə nəzər salaq. Sözsüz ki bunlardan ən vacibi 2007ci ildə imzalanan Təhsil Nazirliyi İkinci Kredit Sazişi əsasında Təhsil Sektorunun İnkişafı Layihəsinin həyata keçirilməsi olmuşdur. Sazişə uyğun olaraq, Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən həyata keçirilməsi üçün 18 milyon ABŞ dolları ayrılmış layihədə bir sıra mühüm tədbirlər nəzərdə tutulub. Burada ümumi orta təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müasir tələblərə cavab verən yeni təhsil standartlarının və məktəb kurrikulumunun hazırlanması, yeni müəllim hazırlığı sisteminin, şagird nailiyyətlərinin qiymətləndirilməsi modelinin tətbiqi, təhsil sisteminin informatlaşdırılması və idarə olunması sahəsində bir sıra mühüm tədbirlərin həyata keçirilməsi ilə yanaşı, məktəblərin maliyyələşdirilməsi də planlaşdırılıb.
Qeyd edək ki, orta məktəblərə dövlət büdcəsindən maliyyə vəsaitinin yeni prinsiplərlə ayrılması prosesi bütün dünyada çoxdan istifadə edilən bir metod olsa da, Azərbaycan təhsil sistemi üçün yenilikdir. Belə ki, artıq bu metoddan yararlanan dövlətlərdə təhsilin maliyyələşməsi hər ölkənin inkişaf səviyyəsinə uyğun olaraq aparılır. Yəni bir tədris ilində bir şagirdə dövlət tərəfindən çəkilən xərc nəzərə alınmaqla həmin məktəbə şagirdlərin sayından asılı olaraq birillik maliyyə vəsaiti ayrılır. Bu respublikada da dünya təhsil sistemində olan yeniliyin birbaşa Azərbaycan təhsil sisteminə milli-mənəvi dəyərləri nəzərə almaqla tətbiqinə zəmin yaratdı. Belə ki, 2007ci il fevralın 22-də Nazirlər Kabineti Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində pilot rayonları kimi seçilən Ucar, Əli Bayramlı və İsmayıllı məktəblərinin şagirdlərin sayına görə maliyyələşdirmə sisteminə keçməsi ilə bağlı qərar qəbul edib. Qərara əsasən, 2007-ci il yanvar ayının 1-dən adıçəkilən rayonlar üzrə 59 məktəbə maliyyə müstəqilliyi verilir və bundan sonra həmin təhsil müəssisələrinə dövlət büdcəsindən vəsait şagirdlərin sayına uyğun ayrılacaq. Təhsil Nazirliyindən verilən məlumata görə, yeni sistemin tətbiq ediləcəyi məktəblərin 14-ü Əli Bayramlı şəhərində, 25-i İsmayıllı, 20-si isə Ucar rayonunda yerləşib.
Təhsil Nazirliyinin Təhsil Sektorunun İnkişafı Layihəsinin əlaqələndirmə qrupunun direktoru Elvin Rüstəmovun sözlərinə görə, əgər 2007ci ilə kimi məktəblərə vəsait rayon təhsil şöbələri tərəfindən verilirdisə, 2007ci ildən sözügedən təhsil müəssisələri birbaşa həmin vəsaiti əldə edə biləcəklər. Qrup direktoru sözügedən rayonların məktəblərinə müstəqil maliyyə hesabınin açıldığını və ayrıca mühasib ştatı verildiyini bildirib: "Amma bu, heç də o demək deyil ki, sabah ölkədəki 4500 məktəbin hamısı bu sistemə keçsə, onların hər birində ayrıca mühasib ştatı açılacaq. Bu məsələdə təkmilləşdirmələr aparılacaq". Məktəblərin maliyyələşməsi prinsipinə əsasən, ilk növbədə məktəbin Pedaqoyi Şurası, Məktəb Şurası yenidən formalaşır. Şuranın tərkibində isə məktəbin rəhbərliyi, məktəbin aparıcı müəllimləri, şagirdlər, rayon rəhbərliyi, eləcə də məktəbi xeyli müddət bundan əvvəl bitirmiş və hazırda müxtəlif sahələrdə çalışan adamlar və d. şəxslər təmsil oluna bilər. Yeniliyin əsas cəhətlərindən də biri odur ki, burada maliyyə məsələləri direktordan deyil, məhz Məktəb Şurasından asılı olacaq. Şuraya maliyyənin idarəedilməsi, bölüşdürülməsi səlahiyyəti verilir. Bunu isə layihə tərəfdarları çox böyük yenilik hesab edir. Onların fikrincə, sözügedən model həm də idarəetmənin demokratik prinsiplərinə görə kollektiv idarəetmə istiqamətində atılan bir addımdır. Məktəblərin maliyyələşdirilməsinin belə idarəçiliyə verilməsi də demokratik prinsiplərin məktəbə gətirilməsini təmin edir. Hər şagird üçün ayrılacaq vəsaitə gəlincə, qeyd edək ki, xüsusi idarələr tərəfindən hesablanan bu proses çox mürəkkəbdir. Belə ki, seçilən ərazilər dağ, aran və şəhər yerləridir ki, onların da hər birinin özünəməxsus parametrləri var. Bir tədris ilində bir şagird üçün dövlət tərəfindən nə qədər xərc çəkiləcəyini də mütəxəssislər məhz həmin parametrlər əsasında müəyyənləşdirirlər. Qrup rəhbərinin sözlərinə görə, bir şagirdə nə qədər vəsaitin tələb olunması da məhz həmin normativlər əsasında aparılacaq: "Amma şagirdbaşına əsaslanan maliyyələşdirmə sistemində yalnız şagirdlərin sayı nəzərə alınmayacaq. Bu zaman məktəbin yerləşdiyi ərazi, siniflərdəki orta sıxlıq da diqqət mərkəzində olacaq".
Ucar, Əli Bayramlı və İsmayıllı məktəbləri üçün şagirdbaşına maliyyələşdirmə düsturunun hazırlandığını da nəzərə çatdıran E.Rüstəmov bildirib ki, Maliyyə Nazirliyi tərəfindən 59 təhsil müəssisəsinin 2007-ci il üçün büdcəsi həmin düstur əsasında hesablanıb: "NK-nın bu qərarı ilə məktəblərə onlara ayrılan pulu müstəqil şəkildə xərcləmək səlahiyyəti verilir. Məktəblərin bu səlahiyyətdən düzgün istifadə etməsi, şəffaflığın təmin olunması, xərclərlə bağlı doğru qərarların qəbul olunması üçün mexanizmin yaradılması məqsədilə Məktəb şuraları da formalaşdırılıb".
E.Rüstəmovun sözlərinə görə, məktəbin büdcəsinin istifadəsində bu şuraların qərarı əsas olacaq. Yalnız Məktəb Şurasının qərarından sonra direktor büdcənin icrası ilə məşğul olmağa başlayacaq. Qrup rəhbəri də hesab edir ki, sözügedən sistem ədalətlilik prinsipinə əməl etməyə imkan yaradır: "Məsələn, indi şagirdlərinin sayı eyni olan paytaxt və rayon məktəblərinə ayrılan vəsaitin həcmi bir-birindən kəskin fərqlənir. Bakı məktəblərinə rayondakı təhsil müəssisələrindən xeyli çox pul ayrılır. Bu sistemdə isə şagirdlərinin sayı eyni olan məktəblərin büdcələri arasındakı böyük fərq aradan qalxacaq". Bundan başqa, məktəblərə imkan verilcək ki, onlar ayrılan vəsaiti öz ehtiyaclarına uyğun şəkildə və daha səmərəli xərcləsinlər. Halbuki 2007ci ilə qədər olan sistemdə buna yol verilmirdi. Məsələn, bəzən məktəbin müəyyən məktəb ləvazimatına, avadanlığa daha böyük tələbatı olduğu təqdirdə, rayon təhsil şöbələri tərəfindən tamam fərqli avadanlıqlar göndərilir. Maliyyələşmədə ortaya çıxacaq mühüm məsələlərdən biri də məktəblərin bu prosesdə özünü necə doğrultması ilə bağlıdır. Belə ki, mütəxəssislərin qənaətincə, məktəb uşaqların sayından asılı olaraq özünü maliyyələşdirmədə doğrultmalıdır. Yəni uşaqların sayı nə qədər çox olursa, məktəbin maliyyə cəhətdən idarə olunması da asanlaşır və məktəb də özünü doğruldur. Amma elə məktəblər də var ki, ucqar dağ kəndində yerləşir və 20 uşaqlıqdır. Sual altında qalan vəziyyət də həmin məktəbin bir ildəki maliyyənin xərcinin onun bütün gəlir-çıxarını ödəyə bilməsi ilə bağlıdır. Mütəxəssislərin fikrincə, təhsilin ümumi strukturunda da gözlənilən müəyyən dəyişikliklər məhz bu zərurətdən yaranacaq. Qeyd edək ki, 2007ci ildə orta məktəblərin maliyyələşməsinə müxtəlif yanaşmalar vardı.
2009cu il oktyabr ayının 22də Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi "Məktəb maliyyəsi və idarəetməsi: siyasət və təcrübə” layihəsi çərçivəsində keçirilən tədqiqatın nəticələrini açıqlayıb. Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzinin Təhsil siyasəti üzrə proqram rəhbəri Nailə İsmayılova "Məktəb maliyyəsi və idarəetməsi: siyasət və təcrübə” layihəsi çərçivəsində keçirilən tədqiqatın hesabatını təqdim etdi. Araşdırma Təhsil Siyasəti Forumu Layihəsi çərçivəsində hazırlanıb, ümumtəhsil məktəblərinin cari büdcəsinin yeni hazırlanma və xərclənmə qaydalarının pilot məktəblərdə tətbiqinin nəticələrini əhatə edir. Hesabatda konkret olaraq 3 rayonu əhatə edən pilot məktəblərində yeni modelin tətbiqi ilə əlaqədar nəticələr dəyərləndirilir. Məqsəd yeni modelin gözlənilən nəticələri verib-vermədiyini müəyyən etməkdir. Hesabat yeni modelin 3 əsas sahəyə təsirini öyrənib: təhsil keyfiyyətinin artırılması, idarəetmədə şəffaflıq, büdcə prosesinin effektivliyi. Təhsil Siyasəti Forumunun eksperti Elçin Rəşidov məktəb maliyyələşməsinin yeni modeli monitorinqinin nəticələrindən danışdı. Dedi ki, Mərkəzin yay məktəbi çərçivəsində apardığı sorğu, müsahibə və müzakirələr, həm də bu sahədəki çətinlikləri aşkar edib və onların aradan qaldırılması üçün tövsiyələr hazırlanıb. Nazirlər Kabineti Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində Şirvan şəhərində, Ucar və İsmayıllı rayonlarında 59 pilot məktəbə maliyyə müstəqilliyinin verilməsi və həmin məktəblərin maliyyələşməsinin şagird başına maliyyələşmə düsturu əsasında aparılmasını nəzərdə tutan 22 fevral 2007-ci il tarixli qərar imzalayıb.
Azərbaycan Respublikasının təhsil sahəsində tətbiq olunan yeni planlaşdırma modelinin əsas istiqamətlərindən biri də beynəlxalq tələbə, şagird və magistr mübadiləsi, birgə elmi tədqiqatlar, beynəlxalq və regionlararası təhsil proqramlarına qoşulma və onların işində yaxından iştirak etməkdən ibarətdir. Ölkənin təhsil sahəsində beynəlxalq əlaqələrin əsas koordinasiya mərkəzi olan Təhsil Nazirliyinin səmərəli fəaliyyətinin nəticəsi olaraq Azərbaycan Respublikası təhsil sahəsində bir sıra beynəlxalq konvensiyalara qoşulmuş, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsi təmin edilmişdir.
Bunun nəticəsidir ki, Azərbaycanın təhsil müəssisələri YUNESKO, YUNİSEF, YUNEVOK, İSESKO, Avropa Təhsil Fondu, Avropa Şurası və Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatların təhsil problemləri ilə məşğul olan qurumlarının işində fəal iştirak edirlər. Beynəlxalq təşkilatlarla aparılan səmərəli əməkdaşlığın nəticələrindən biri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən TEMPUS/TASİS proqramına Azərbaycan ali məktəbləri fəal cəlb olunmuşdur. Son illər ərzində Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində ölkəmizin 16 ali məktəbini əhatə edən 4,4 milyon avro məbləğində 21 layihə həyata keçirilmişdir. Layihə çərçivəsində tələbə mübadiləsi, mütəxəssis hazırlığı, müəllimlərin xaricdə stajkeçməsinin təşkili, ali təhsil müəssisələrinin müasir informasiya texnologiyaları və tədris avadanlıqları ilə təchizatı üzrə tədbirlər həyata keçirilmişdir. 2005-2006-cı illərdə müxtəlif layihələrə 2 milyon avro həcmində vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Bu proqramın maliyyə-texniki yardımı ilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, o cümlədən "Qərb Universiteti", "Xəzər Universiteti" və "Təfəkkür" kimi özəl ali məktəblərdə bir sıra məqsədyönlü işlər görülmüşdür.
2008ci iilin son aylarında başlayan Azərbaycan təhsil islahatlarının ikinci mərhələsində Azərbaycan Təhsil Nazirliyi və Dünya Bankı arasında Təhsil sistemində islahatların inkişafı ilə bağlı ikinci layihə üzrə kredit sazişi imzalanmışdı. Layihənin ümumi dəyəri 45,4 mln. Dollar idi, vəsaitin 25 mln. dolları Dünya Bankı, 20,4 mln. dolları isə Azərbaycan hökumətinin payına düşürdü. Dünya Bankının Azərbaycan üzrə meneceri Qreqori Yedjeyçak son dövrlər Azərbaycanda təhsil sistemində aparılan islahatlar dünya bankının monitorinqləri nəticəsində müsbət qiymətləndirdiyini bildirmişdi. İslahat proqramının ikinci mərhələsi ilə bağlı layihə də Azərbaycan qarşısında böyük amdisiyalı məqsədlər qoyulmuşdu. "Azərbaycanda təhsil son 15 ildə böyük dəyişikliklərə məruz qalıb. İslahat proqramının ikinci mərhələsinin həyata keçirilməsi nəticəsində isə Azərbaycanda təhsil sistemi qabaqcıl Avropa təhsil sisteminə tam uyğunlaşdırılacaq”. Təhsil naziri Misir Mərdanov bildirib ki, islahat proqramının ikinci mərhələsi 10 il davam edəcək. Bu layihə çərçivəsində ümumi təhsil üzrə kurrikulumun icrası, pedoqoji kadrların əlavə təhsil sisteminin müasirləşdirilməsi, təhsilin idarə olunmasında təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsinin nəticələrindən istifadə, məktəbə hazırlığın inkişaf etdirilməsi, təhsil siyasətinin hazırlanması və idarə olunma imkanlarının gücləndirilməsi məsələləri müasir beynəlxalq standartlara uyğunlaşdırlacaq. Nazir həmçinin deymişdi ki, 2009 cu ilin dövlət büdcəsindən təhsilin maliyyələşdirilməsinə 1 mlrd 300 milyon manat ayrılması nəzərdə tutulur. Bununla yanaşı, təhsillə bağlı investisiya proqramları da həyata keçiriləcək. Nazir beynəlxalq qurumların, o cümlədən Dünya Bankının Azərbaycanda təhsil islahatlarına diqqətinin artdığını deyib.
Planlaşdırmada nəzərə alınacaq ən vacib mövzulardan biri də Təhsildə qiymətləndirmə strategiyasıdır. 24 July 2009 Biz nəyi qiymətləndiririk: biliyi, bacarığı, yoxsa vərdişləri?
"Nəzəriyyədə hər şey sadə görünür, amma gerçək həyat daha mürəkkəbdir…”,Ç.Darvin
Bu gün Azərbaycanda ən çox müzakirə edilən mövzulardan biri də qiymətləndirmə ilə bağlıdır, daha doğrusu orta məktəblərdə keçirilən məkrəzləşdirilmiş buraxılış imtahanlarının nəticələri ilə. MTTYM mövzunun aktuallığını nəzərə alaraq bu sahədə meydana çixan suallara cavab tapmaq məqsədi ilə bu il Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Maliyyə Dəstəyi ilə həyata keçirdiyi Təhsil Siyasəti Forumu Layihəsi çərçivəsində "Təhsildə qiymətləndirmə strategiyasının inkişafı” mövzusunda seminarı gerçəkləşdirdi. Seminarın keçirilməsinə Təhsil Nazirliyi və DB Təhsil İslahatları Layihəsinin Əlaqələndirmə qrupu da maliyyə dəstəyi vermişlər. Seminarın keçirilməsində məqsəd mövcud qiymətləndirmənin (o cümlədən də buraxılış imtahanlarının) çətinlikləri və onların həlli yollarını araşdırmaq üçün maraqlı tərəflər arasında dialoqun qurulması, QHT, media və təhsil ictimaiyyətini də cəlb etməklə yeni qiymətləndirmə metodları barədə maarifləndirmə kampaniyasının aparılması və Qiymətləndirmənin çətinlikləri və uğurları da daxil olmaqla beynəlxalq təcrübənin müzakirəsi və yayılması idi. Seminarın aparıcı təlimçisi Təhsil Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiyanın üzvü Algirdas Zabulionis idi. Seminarın ilk günündə iştirak edən təhsil nazirinin müaviri İradə Hüseynova qeyd etdi ki, Azərbaycan təhsilində qiymətləndirmə konsepsiasının inkişaf etdirilməsi prioritet sahələdən biridir. Bu gün məktəbdaxili, milli və beynəlxalq olmaqla müxtəlif səviyyələrdə qiymətləndirmənin aparıldığını deyən İ.Hüseynova bu sahədə problemlərin olduğunu da dilə gətirdi: "təbii ki bu sahədə müəyyən çətinliklər ola bilər. Amma Azərbaycan təhsili bu sahədə yeni addımlar atır və biz problemlərin aradan qaldırılması üçün beynəlxalq təcrübənin öyrənilməsində maraqlıyıq. Bu seminarın da fikir mübadiləsi aparmaq, ortaq məxrəcə gələrək strateji hədəfləri müəyyən etməklə qiymətləndirmə strategiyasının müəyyənləşməsi istiqamətində vacib addım olacağını düşünürəm”. Bir ildə iki eyni məzmunlu imtahan: Bu lazımdırmi? Qeyd edək ki, hazırda Azərbaycanda şagird biliklərinin qiymətlədirilməsi iki dövlət qurumu tərəfindən aparılır. Bunlardan biri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasıdır ki, o, 1992-ci ildən bəri orta məktəbi bitirmiş şagirdlərin mərkəzləşmiş qaydada imtahan verərək topladıqları ballara müvafiq olaraq ali məktəblərə yerləşdirilməsini təmin edir. İmtahanlar test üsulu ilə seçilmiş ixtisas qrupuna müvafiq olaraq aparılır. Digər bir dövlət qurumu, Təhsil Nazirliyi - ölkədə aparılan təhsil islahatlarının məzmununa müvafiq olaraq ümumtəhsil məktəblərində yeni qiymətləndirmə modelləri tətbiq etməkdə və həyata keçirməkdədir. Hazırda ümumtəhsil məktəblərində həyata keçirilən qiymətləndirmədə ictimaiyyətin diqqət mərəzində dayanan və ciddi müzakirələrə səbəb olan mərkəzləşmiş qaydada keçirilən buraxılış imtahanları və onun nəticələridir. 2005-2006-cı dərs ilindən başlayaraq TN orta təhsil kursu üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması mərhələ-mərhələ həyata keçirir. Nəhayət 2008-2009-cu tədris ilində respublikanın bütün ümumtəhsil məktəbləri mərkəzləşmiş qaydada keçirilən buraxılış imtahanlarına cəlb edilmişdir. 2008-2009-cu tədris ilinin nəticələrinə əsasən orta məktəbi bitirən 99.630 şagirddən 96.595-i buraxılış imtahanında iştirak edib. Onlardan 76.825-i müsbət nəticə göstərmişdir. 19.720 şagird isə zəif nəticə göstərmiş və bu səbəbdən də kamal atestatı ala bilməmişlər. Bundan əlavə illiklərində qeyri-kafi qiymətlər olan 5067 şagird imtahana buraxılmamış, olimpiada qalibi olan 6, xəstəliyə görə isə 419 şagird buraxılış imtahanından azad edilmişdir. Ümumilikdə respublika üzrə müvəffəqiyyət göstəricisi 77.11 faiz təşkil edib (Mənbə: Təhsil Nazirliyinin rəsmi saytı). Buraxılış imtahanlarının son iki ildəki nəticələri imtahanın keçirilməsində və tətbiqində müəyyən çətinliklərin olduğunu deməyə əsas verir. Bəlli olur ki, buraxılış imtahanı ilə qəbul imtahanı formatının eyni olması, şagirdlərə 3 saat ərzində 8 fənndən çoxcavablı tapşırıqların verilməsi, eləcə də ictimaiyyətin imtahanın keçirilmə qaydasına dair yetərincə məlumata malik olmaması əsas problemdir. Bunu nəzərə alaraq, Dünya Bankının Təhsil İslahaları layihəsinin əlaqələndirmə qrupu MTTYM-in hazırda təhsilin müxtəlif pilləsində qiymətləndirmə aparan tərəflər (TN, TQDK və eksperlər qrupu) arasında dialoqun qurulması ideyasını dəstəklədi. Seminar müddətində də ictimaiyyət üçün maraq kəsb edən suallar: Eyni məzmunlu imtahanların keçirilməsində vəzifə bölgüsü necə müəyyən edilməlidir? Buraxılış imtahanına daxil edlən testlər şagirdin həyati bacarıqlarını müəyyən etməyə yönəlibmi? Buraxılış və qəbul imtahanları bir-biri ilə necə əlaqələndirilə bilər? Uğursuz şagurdlər: Təhsil prosesinin problemidir yoxsa imtahan təşkilinin qüsuru? Və s. Suallar ətrafında müzakirələr aparıldı. Həmçinin qeyd edildi ki, buraxılış imtahanlarının məqsədlərinin aydın müəyyənləşərək ictimaiyyətin məlumatlandırılmaması, imtahana salınan fənnlərin çoxluğu (mütəxəssislər də təsdiq edirlər ki, 3 saat ərzində 8 fənn üzrə 125 suala cavab vermək çətindir), eləcə də sualların sadəcə çoxvariantlı tərtib edilməsi mövcud çətinliklərin əsasını təşkil edir. Belə ki, aparılan qiymətləndirmə yalnız şagirdin fənn üzrə nəzəri biliklərini müəyyənləşdirməməlidir. Şagirdin həmçinin şagirdin yazı, nitq bacarığını da qiymətləndirilməlidir ki, mövcud sistem bunu nəzərə almır. Aparılan müzakirələr əsasında TN təqdim etmək üçün mövcud qiymətləndirmə sistemini təkmilləşdirmək istiqmətində bir sıra təkliflər irəli sürüldü. Bunlar: buraxılış imtahanlarının məzmun etibarı ilə qəbul imtahanlarından fərqlənməsini təmin etmək, buraxılış imtahanlarının nəticələrini (məlumat bazasını) təhsil sektorunda çalışan QHT-lər birgə təhlil etmək, şagirdin bilik və bacarığını qiymətləndirmək məqsədi ilə testlərin məzmununu təkmilləşdirmək, qiymətləndirmə sahəsində mövcud yerli təcrübədən istifadə etmək məqsədi ilə TQDK ilə əəkdaşlığın genişləndirilməsidir. Seminarın sonuncu günündə iştirak edən təhsil naziri Misir Mərdanov və TQDK sədri Məleykə Abbaszadə qiymətləndirmə sahəsində mövcud təcrübədən danışdılar. Qeyd edildi ki, məqsədləri fərqli olduqları üçün keçirilən imtahanlarda verilən test tapşırıqları arasında fərqlər olmalıdır. Nazir bu ilk təcrübənin təkmilləşməyə ehtiyacı olduğunu qeyd etdi. O həmçinin bu sahədə TQDK ilə gələcək əməkdaşlığa hazır olduqlarını bildirdi.
Şübhəsiz ki, "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi Planlaşdırmaya təsir etməyə bilməzdi.
Azərbaycan Respublikasının ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası proseslərinin sürətləndirilməsi, ali təhsilin məzmununun Bolonya prinsiplərinə uyğun qurulması, ölkə iqtisadiyyatının inkişaf meyillərinə müvafiq olaraq yüksək hazırlıqlı kadrlara tələbatın ödənilməsi, həmçinin əhaliyə müasir standartlar səviyyəsində ali təhsil almaq imkanı yaradan səmərəli ali təhsil sisteminin formalaşdırılması məqsədi ilə qərara alıram:
1. "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İndi isə gəlin Məqsədə uyğun seçim və təhsil siyasəti üzrə inkişaf planına nəzər salaq. Dünya siyasətində inkişaf dinamikasının dəyişilməsi üçün təhsil sisteminin modernləşdirilməsi tələb olunur. Məqsəd odur ki, ümumi müştərək qlobal dəyərlərin və əməkdaşlığın inkişafı naminə rəqabət aparmağa malik intellekt sahiblərinin yetişməsini təmin etmək mümkün olsun. Yüksək səviyyəli təhsilin çox önəmli rolu var; o, davamlı sülh və təhlükəsizliyin təminatıdır. Nəyə görə professional təhsil qurumları belə vacibdir və bu sahədəki çətin problemlərin öhdəsindən gəlmək üçün mümkün yollar hansılardır?
Əsas məqsədimiz enerji resursları ilə zəngin Xəzər dənizinin sahilində yerləşən Azərbaycanın təhsil sisteminin mənzərəsini təsvir etməkdir. Bu ölkədə demək olar ki, son 200 il ərzində davamlı totalitar və sosialist quruluş sistemi hökm sürmüşdür. Sovet İttifaqı dövründə burada 10 illik (indi 11 illik) icbari məktəb təhsili mövcud idi. "Qəfəs”dən kənarda təhsil almaq geniş yayılmamışdı, heç buna imkan da verilmirdi! Bu qaydalara görə, insanlara sosializm pəncərəsindən çölə baxmağa və sistem daxilində əlavə siyasi islahatlar aparmağa icazə verilmir. Bəzi insanlar düşünürdü ki, Sovet təhsili ödənişsiz olduğu üçün təhsil sistemlərinin "ən yaxşısı”dır, baxmayaraq, təhsilin mahiyyəti də daxil olmaqla, hər şey üzərində dövlətin ciddi monopoliyası vardı. Avropanın hər hansı qabaqcıl modulları öyrədilmirdi, yalnız ölkəni irəli-klassik liberalizm dəyərləri istiqamətində çəkib aparmağa can atan məhdud sayda insanlar vardı. Amma tam əksinə, tək partiyaya rəhbərlik etmək siyasəti irəli sürən şəxs "yaxşı adam” hesab olunurdu. Hər şeyin, hətta təhsil məsələləri və xüsusi olaraq sosial elmlər üzərində müşahidə olunan "görünən əl”in fiaskoya gətirəcəyi labüd idi. Bu, həqiqətən İttifaqı saxlamaq üçün hər hansı fərqli ideyaları qəbul etməyən "mükəmməl” bir siyasət idi. Müxtəlif ölkələrdəki daxili təlatümlər başqa bir səbəb idi. "Qlasnost” doktrinası təhsili də diqqətdə saxlayırdı; informasiyaya yol açılması və siyasi doqmanın təhsildən ayrılması xüsusi vurğulanırdı.
Klassik liberializm anlayışının formalaşması fərdi azadlıq və özəl mülkiyyət (instituların) üçün mühüm elementdir. Biz hökumətlərin fərdlərin seçimi əsasında hakimiyyətə gelib-getmələri prinsipinə razılaşdığımıza görə, o hakimiyyət də məhdud olmalıdır. Təhsil sistemi çərçivəsində, o tam sistemin özəkləri və hissələri olan özəl institutlara müdaxilə olmamalıdır.
Əgər biz dövlət orqanları tərəfindən tədris planı qoyulmasını müşahidə ediriksə, bu, idarəetmə zorakılığıdır. Çünki, o, davamlı inkişaf üçün texniki novatorluq modullarının tətbiq olunmasındansa, qlobal dəyərlərin və özəl mülkiyyətin sərf olunması naminə status-kvonu qoruyub saxlayır. Ən yaxşı nəticələr o zaman alına bilər ki, biz daha çox müxtəlif siyasi strategiyaları tətbiq edək.
Müxtəlif köklərə malik (Azərbaycanlılar, ruslar) insanların birgə təhsil aldığı yerdə, ola bilsin onların ingilis dilli məktəb və universitetlərdə təhsil alması yolu ilə, yeni modulları başlatmaq və ümumi mədəniyyət yaratmaq üçün təhsil platforması inkişaf etdirilməli və möhkəmləndirilməlidir. Bu halda kosmopolitizm ksenofobiyanı(xarici millətlərə nifrət) və stereotiplərin cücərtilərini dəfn edərdi. Miras qalmış sovet dövlət universitetlərinin özəlləşdirilməsi çox zəifdir və əsaslı olaraq hələ dövlət aparatının ixtiyarındadır. Poblem həmin institutların keyfiyyətinə-məhsuldarlığına və yeni ziyalı nəslinin yetişdirilməsinə nəzər salanda üzə çıxır. Korrupsiya və nəhəng institutların özəl institutlarla müqayisədə pis idarə olunması fiaskoya gətirir. Mərkəzsizləşdirmə prosesində təhsil sistemi öz layiqli nəticələrini verməlidir. Bu, azad özəl universitetlərə daha artıq səlahiyyət verəcək və yeni intellektual əsrin başlanmasına töhfə olan rəqabət mühiti yetişdirəcək.
Digər xüsusi vurğulanacaq məsələ səmərəsiz sistem, mürəkkəbləşdirilmiş vergi, tələbə və mühazirəçilər arasında yüksək korrupsiya və sistem daxilində "şəbəkə təsiri”dir ki, bu da özəl mülkiyyətin, şəffaflığın dəyərini sarsıdır və özəl təhsil müəssisələrinin (amma hökumət tərəfindən müdaxilə olunan) gücünü aşağı salır. Biz əlavə siyasi strategiyalar də sadalaya bilərik, məsələn, yüksək Avropa təhsili görmüş şəxslər tərəfindən mühazirəçi və akademik şəxslərin davamlı təlimi kimi. Hansı ki, bu, strukturun vacib hissəsi olmalıdır.
Neftlə zəngin Azərbaycan dövləti eneji gəlirlərini birbaşa insanların mənafeyi naminə xərcləməyi düşünməlidir, hansı ki, bu yolla fərdlərə subsidiyalar verilir və əksinə, hökumət üzvlərinin səlahiyyəti məhdudlaşdırılır. Bu hökumətin enerji gəlirlərini bahalı infrastruktur layihələrinə, yolların və binaların yenidən tikilməsinə, bundan əlavə büdcənin hərbiləşdirilməsinə sərf olunmasını nəzərdə tutan siyasətinin qarşısını alacaq və onu məhdudlaşdıracaq. Bu halda, insanların təbii resurslardan olan payının xərclənməsi üçün məqsədəuyğun seçim etməkdə daha artıq imkanı olacaq. Təhsil o zaman, şübhəsiz, fərdi "bazarlıq siyahısı”nda arzulanan ən ön yerdə olacaq.
Dr. Fridmanın göstərdiyi kimi, bu proses təhsil sektorunda institutlar arasında rəqabətə, resursların istifadə olunmasına, özəl mülkiyyət üzərində dövlət nəzarətinin ləğvinə və onların dövlət institutları ilə müqayisədə artmasına aparıb çıxaracaq.

Sonda isə danılmaz bir faktı deməliyik ki, Dünyanın hər tərəfində, bütün ölkələrin ən çox əhəmiyyət verdikləri sahə məhz Təhsildir. Bir çox dünya dövlətləri illik büdcələrinin ən böyük hissəsini ordu üçün, sonraki böyük qismini də təhsil üçün ayırırlar. Əvvəllər təhsil almaq üçün müyyən olunmuş ilk yaş həddi 9 -10 olduğu halda, müasir dövrümüzdə bu yaş həddi daha da aşağılara enmiş və bu təhsil sisteminə anaokulu qavramı qazandırılaraq, anaokulu sektoru deyilən bir sektor formalaşdırılmışdır. Təbii ki, bunu da unutmamalıyıq ki, təhsil əslində məzara qədər davam edir. Onda Gəlin

Təhsilimizə, ən azından isə ona sərf etdiyimiz vaxta dəyər verək!

Ülviyyə Ağayeva

Bölmə: Təhsillə bağlı | Daxil edib: Ulya (16.05.2010) | Müəllif: Ülviyyə Ağayeva E
Oxunub: 2678 | Şərhlər: 3 | Teqlər: bu, texniki, Gün, Təhsil, Gələcək, Keçmiş, nailiyyət, dövr, Müasir, Elm | Reytinq: 4.0/3
Şərhlər cəmi: 3
0  
3 nemo   (27.05.2010 15:32) [Material]
bu mənlik deyil .( yarı zarafat , yarı ciddi) smile

+1  
2 jasmin   (18.05.2010 18:57) [Material]
Halal olsun, maşallah! Belə savadlı, qabiliyyətli gənclərimizlə qürur duyuruq! applause

+2  
1 Sprinq   (16.05.2010 13:22) [Material]
smile Ulya, təbrik edirəm, çox gözəl. Bu cür də davam et!

Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: Rako(27)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player