Forma
Al, 20.04.2024, 08:39Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Məqalələrimiz [1]
Təhsillə bağlı [10]
Asudə vaxtın təşkili ilə bağlı [1]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Məqalələrin kataloqu


Ana səhifə » Məqalələr » Məqalələrim » Təhsillə bağlı

Humanitar fənlər təmayüllü gimnaziyanın müəllim kollektivi
Direktor - Əfəndiyeva Məsumə İsa qızı 29.09.1954-cü ildə AR-nın Zaqatala şəhərində ziyalı ailəsində anadan olmuşdur.. 1971-ci ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər institutuna daxil olmuş,1976-cı ildə həmin institutu İngilis dili ixtisası üzrə bitirmişdir. 16.08.1976-cı ildə Muxax kənd orta məktəbində, 14.11.1994-cü ildə şəhər 1 saylı orta məktəbində ixtisası üzrə müəllim işləmişdir.01.09.1996-cı tədris ilindən Zaqatala şəhər Avropa dilləri təmayüllü (hazırda Humanitar fənlər gimnaziyası) gimnaziyasının direktorudur. 2005-ci ildə Amerika Beynəlxalq Təhsil Şurasının keçirdiyi direktorlar üçün "Təhsildə əməkdaşlıq” müsabiqəsinin qalibi kimi ABŞ-da 4 həftəlik təcrübə mübadiləsi keçmişdir. 2007-ci ildə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi”döş nişanı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 sentyabr tarixli 504 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adı verilmişdir. Ailəlidir, üç övladı və üç nəvəsi var.
 
 
Ağakişiyeva Zümrüd Yaqub qızı 12.02.1968-ci ildə Zaqatala rayonunun Göyəm kəndində anadan olmuşdur.1984-cü ildə V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filalogiya fakultəsinə daxil olmuş, 1988-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. 15.08.1988 - 04.10.1990-cı ilə qədər Makov kənd orta məktəbində, 04.10.1990-cı ildən şəhər 3 saylı orta məktəbində, eyni zamanda 01.09.1996-cı ildən Avropa dilləri təmayüllü (hal-hazırda Humanitar fənlər gimnaziyası) gimnaziyasında ixtisası üzrə müəllim işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 4 oktyabr tarixli 422 nömrəli Sərəncamı ilə "Əməkdar Müəllim” fəxri adı verilmişdir. Hal-hazırda Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyir.Ailəlidir, üç övladı var.

 
Təlim-tərbiyə işləri üzrə direktor müvini- Məmmədova Gülnaz Məmməd qızı 08.09.1962-ci ildə Balakən rayonunun Katex kəndində anadan olmuşdur. 1983-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı institutuna qəbul olunmuş, 1989-cu ildə həmin institutu Rus dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir. 01.09.1989-cu ildən 1997-ci ilə qədər Muxax kənd 1 saylı orta məktəbdə ixtisası üzrə müəllim işləmişdir. 1997-ci ildən Avropa dilləri təmayüllü gimnaziyada təşkilatçı, 2005-ci ildən indiyə qədər Humanitar fənlər gimnaziyasında təlim-tərbiyə işləri üzrə direktor müavini işləyir. Ailəlidir.

Sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini - Murtuzəliyeva Ana İsmayıl qızı 03.08.1962-ci ildə Zaqatala rayonu Qımır kəndində anadan olmuşdur. 1980-cı ildə V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuş, 1984-cü ildə institutu UTF və əmək ixtisası üzrə bitirmişdir. 15.08.1984-cü ildən 1995-ci ilə qədər Qımır kənd orta məktəbində, 01.09.1995-ci ildən 01.09.2003-cü ilə qədər Ş.Qurbanov adına şəhər 3 saylı orta məktəbdə ixtisası üzrə müəllim işləmiş, 31.08.2002-ci ildən Humanitar fənlər gimnaziyasında ixtisası üzrə müəllim, 11.09.2009-cu ildən indiyə qədər Humanitar fənlər gimnaziyasında sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini vəzifəsində işləyir. Ailəlidir, üç övladı var.

 

Uşaq birliyi rəhbəri- Əliyeva Rəvanə Oruc qızı 12.06.1986-cı ildə Zaqatala şəhərində anadan olmuşdur. 2003-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialına daxil olmuş, 2007-ci ildə institutu İbtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə bitirmişdir. 2011-ci ilin sentyabr ayından Humanitar fənlər gimnaziyasında UBR vəzifəsində işləyir. Ailəlidir, bir övladı var.
 
Hərbi rəhbər-Mustafayev Əhməd Sabir oğlu 10.01.1952-ci ildə Zaqatala rayonunun Gözbarax kəndində anadan olmuşdur. 1969-cu ildə M .Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunun Geoloji Kəşfiyyat fakultəsinə daxil olmuş, 1974-cü ildə həmin institutu bitirərək,"Dağ mühəndisi” mülki ixtisası və letenant hərbi rütbəsini almışdır. İnstitutu bitirdikdən sonra keçmiş SSRİ-nin müxtəlif bölgələrində işləmiş 1999-cu ildən Zaqatala şəhər Təhsil şöbəsində Hərbi rəhbər vəzifəsində işləmişdir. 01.02.2003-cü ildə Zaqatala şəhər Humanitar fənlər gimnaziyasına hərbi rəhbər təyin edilmiş və hal-hazırda gimnaziyanın Gənclərin Çağırışaqədərki Hazırlığı rəhbəri vəzifəsində çalışır. Ailəlidir, dörd övladı var.
 
Psixoloq-Soltanova Mətanət Zahid qızı 13.10.1961-ci ildə Zaqatala şəhərində anadan olmuşdur. 1979-cu ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı institutuna daxil olmuş, 1984-cü ildə institutu Rus dili və ədəbiyyatı ixisası üzrə bitirmişdir. 15.08.1984-cü ildən 1986-cı ilədək Danaçı kənd 2 saylı orta məktəbində, 03.10. 1989-cu ildən 1993-cü ilədək şəhər 1 saylı orta məktəbində, 01.09.1993-cü ildən şəhər 3 saylı orta məktəbində, 01.09.2001-ci ildən eyni zamanda Humanitar fənlər gimnaziyasında rus dili müəllimi işləmişdir. 15.09.2009-cu ildən indiyə qədər Humanitar fənlər gimnaziyasında psixoloq vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.
 
Bayramov German Əziz oğlu 02.10.1945-ci ildə Azərbaycan Respublikası Gədəbəy rayonunun Xar-xar kəndində anadan olmuşdur.1962-ci ildə Gəncə (keçmiş Kirovabad) Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, 1969-cu ildə institutu Fizika-riyaziyyat ixtisası üzrə bitirmişdir. 15.08.1969-1974-cü illərdə Zaqatala rayonu Muğanlı kənd orta məktəbində, 31.08.1974-1978-ci illərdə Makov kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir. 06.01.1979-ci ildə Yuxarı Tala kənd 2 saylı orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. 12.09.1989-cu ildə Zaqatala şəhər 1 saylı orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini təyin olunmuşdur. 01.09.1996-cı ildən indiyə qədər Humanitar fənlər gimnaziyasında riyaziyyat müəllimi işləyir. Ailəlidir. İki övladı var.
 
 Hacıyeva Natella Tacəddin qızı 01.04.1962-ci ildə Zaqatala şəhərində sadə zəhmətkeş ailəsində anadan olmuşdur. 1979-cu ildə S.M.Kirov adına Qırmızı Əmək bayrağı ordenli Azərbaycan Dövlət Universitetinə daxil olmuş, 1984-cü ildə universiteti kimya ixtisası üzrə bitirmişdir. 15.08.1984-cü ildə şəhər 1 saylı orta məktəbə kimya müəllimi təyin olunmuşdur. 01.09.2001-ci ildən indiyə qədər eyni zamanda Humanitar fənlər gimnaziyasında kimya müəllimi işləyir. Ailəlidir. Abdullayeva Südabə Yusif qızı 27.03.1950-ci ildə Zaqatala rayonu Muxax kəndində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, 1971-ci ildə universiteti fizika ixtisası üzrə bitirmişdir. 16.08.1971-ci ildə şəhər 1 saylı orta məktəbə fizika müəllimi təyin olunmuşdur.1985-ci ildə "Baş müəllim” fəxri adına layiq görülmüşdür.01.09.1996-cı ildən indiyə qədər eyni zamanda Humanitar fənlər gimnaziyasında fizika müəllimi işləyir. Ailəlidir.
 
 
Aşurova Yetər Tahir qızı 05.02.1969-cu ildə Zaqatala şəhərində anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna daxil olmuş, 1991-ci ildə universiteti ingilis dili ixtisası üzrə bitirmişdir. 16.09.1991-ci ildə Suvagil kənd orta məktəbində, 01.02.1992-ci ildə Əlibayramlı kənd orta məktəbində, 01.09.1995-ci ildə Car kənd 2 saylı əsas məktəbində müəllim kimi işləmişdir. 1996-cı ildən indiyə qədər Humanitar fənlər gimnaziyasında ingilis dili müəllimi kimi əmək fəaliyyətini davam etdirir. 2002-2003-cü tədris ilində ABŞ təhsil şurasının "Əla təhsil” proqramının qalibi olmuş və Kaliforniya ştatında 8 həftəlik təcrübə mübadiləsi keçmişdir. 2001-ci ildə "İlin müəllimi” müsabiqəsinin qalibi kimi Fəxri fərmanla təltif olunmuş, 2008-ci ildə "Ən yaxşı müəllim” mükafatına layiq görülmüşdür. Pedaqoji işində yüksək nailiyyətlər qazandığına və həmkarlar təşkilatının işində fəal iştirakına görə Təhsli İşçiləri Azad Həmkərlar İttifaqı Respublika Komitəsinin Fəxri fərmanına layiq görülmüşdür. Ailəlidir. İki övladı var.
 
 
Umarova Nərminə Kanil qızı 04.12.1961-ci ildə Balakən rayonu Katex kəndində anadan olmuşdur. 1979-cu ildə S. M. Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinə daxil olmuş, 1984-cü ildə universiteti coğrafiya ixtisası üzrə bitirmişdir. 14.09.1984-cü ildə Paşan kənd orta məktəbində, 04.06.1985-ci ildə şəhər 1 saylı orta məktəbində, 01.09.1996-cı ildən Avropa dilləri təmayüllü (hal-hazırda Humanitar fənlər gimnaziyası) gimnaziyasında ixtisası üzrə müəllim işləyir. 11.09.2006-cı ildən eyni zamanda Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında ixtisası üzrə müəllim işləyir. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 04 oktyabr tarixli 1132 nömrəli Sərəncamı ilə "Əməkdar Müəllim” fəxri adı verilmişdir. Ailəlidir,iki övladı var. Qaziyeva Məhsəti Sabir qızı 1971-ci ildə Zaqatala şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1989- cu ildə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuş, 1993- cü ildə pedaqoqika və psixologiya (məktəbəqədər tərbiyə) ixtisası üzrə bitirmişdir. 1997-ci ildə Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunu orta məktəbdə ibtidai sinif müəllimi ixtisası üzrə bitirmişdir. 1997-ci ildən indiyə qədər Humanitar fənlər gimnaziyasında ibtidai sinif müəllimi işləyir. 2008-ci ildə Zaqatala rayon üzrə "İlin müəllimi” élan edilmişdir. 2009-cu ildə Respublika üzrə keçirilən "Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur. Azərbaycan Respublikası "Təhsil” Mərkəzi tərəfindən Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin arzularının və ideyalarının təbliğində, həyata keçirilməsində göstərdiyi xidmətlərinə, uzun müddət səmərəli pedaqoji – ictimai fəaliyyətinə, eləcə də mətbuata göstərdiyi diqqət və qayğıya görə 2012-ci ildə ”XXI Əsrin ziyalısı" seçilmişdir. Ailəlidir, iki övladı var. Aslanova Mirvari Əhməd qızı 11.10.1961-ci ildə Zaqatala rayonunun Qalal kəndində anadan olmuşdur. 1979-cu ildə S. M. Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Universitetinə daxil olmuş, 1984-cü ildə universiteti Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir.05.09.1985-ci ildə şəhər 1 saylı orta məktəbində, 1990-cı ildə "Baş müəllim” fəxri adı almış, 01.09.1996-cı ildən eyni zamanda Avropa dilləri təmayüllü (hal-hazırada Humanitar fənlər gimnaziyası) gimnaziyada ixtisası üzrə müəllim işləyir. İki övladı var.
Bölmə: Təhsillə bağlı | Daxil edib: Sprinq (16.04.2012)
Oxunub: 2776 | Reytinq: 5.0/2
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: qlobus(66)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player