Forma
Dö, 18.04.2024, 13:24Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
riyaziyyat [7]
Lirika [18]
bilirsinizmi? [18]
müxtəlif [6]
Qurani-Kərimin möcüzələri [15]
101 hədis [8]
Müdrik kəlamlar [4]
Gözəl sözlər [3]
Testlər(müxtəlif fənlərdən) [1]
materiallarımız artdıqca hər fənnə aid ayrıca bölmə yaradacağıq
GMO [4]
Pisxologiya [1]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4324
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 2
Qonaqlar 2
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Məqalələrin kataloqu


Ana səhifə » Məqalələr » istifadəçilər üçün » Qurani-Kərimin möcüzələri

Quran elm mənbəyidir.
Quran elm mənbəyidir.

Quranın özündən əvvəlki səmavi kitablardan bir fərqi də qapısını daim elmə açıq qoyması, edilmiş və edilməkdə olan elmi kəşflərə rəhbər olmasıdır. Əsrimizin böyük xəstəliyi olan materializmin qarşısında ən böyük qüvvənin İslam və Quran olduğu mübahisəsizdir. Quranın elm mənbəyi olduğu müasir nəzəriyyələr tərəfindən də təsdiqlənməkdədir.

Kainatın yaradılışı

Müasir astrofizika alimləri təbiət qanunlarından və bu qanunların nəticələrindən əldə etdikləri bir sıra yeni biliklərə əsasən, kainatın yaradılışı haqqında müəyyən fikirlər söyləmişlər. Bunlardan Qurana ən çox uyğun gələni Q.Qamovun fərziyyəsidir. Onun fərziyəsinə görə, öncə məkanda qazlardan təşəkkül tapmış çox böyük buludlar vardı. Qaz buludları sabit qüvvənin təsiri ilə parçalanmışdır. Parçalanan bölümlərdə isə yenə cazibə qüvvəsinin təsirilə get – gedə sıxlaşaraq kürəyə bənzər şəklə düşmüşlər. Sıxılma, kəsiflik nəticəsində içəridəki hərarət də artmış, bu səbəbdən mərkəzdə olan hidrogen heliuma dönmüş və işıq isti verməyə başlamışdır. Məhz bu bölünən parçalanan qaz kürələri qalaktikaları, ulduzları və Günəş sistemini əmələ gətirmişdir. Lakin ilk bu kainat maddəsinin necə meydana gəldiyi bilinməkdədir . Bu mövzuda olan Quran ayəsinə nəzər salaq:
" Kafirlər, göylərlə yer bitişik bir vəziyətdə olduqları halda bizim onları ayırdığımızı və hər bir sudan yaratdığımızı görüb düşünməzlərmi ? ”( Ənbiya - 30 )
Müasir təfsir alimlərindən İsmayıl Bərəkətzadə özünün " Nəcaibu – Quraniyyə ” əsərində göstərir ki, " Göylər və Yer bəzilərinin "sədim” dedikləri tüstüyə bənzər bir dumandan yaradılmışdır. O, əslində tək bir maddə ikən yarılmış, onun yarılması nəticəsində kürə şəklində cisimlər əmələ gəlmiş , onlardan da digər kürələr ayrılmışdır. ”
Müasir dövrün böyük təfsir alimləri Seyyid Qütb və Əlamavili Həmdi Yazir də eyni fikirdədirlər. Bütün deyilənlərdən bu nəticəyə gəlirik ki, 1400 il bundan əvvəl nazil olmuş Quran çox əsrlər sonra modern elmlərin izah etməyə çalışdığı həqiqəti hələ o zaman özünəməxsus şəkildə insanlara bildirmişdir. Quranın bu dedikləri Göylərin və Yerin yaradılışı ilə əlaqədar müasir nəzəriyyəyə tamamilə uyğun gəlir.
Quranda Göylərin və Yer üzünün 6 gündə yaradıldığı qeyd olunur. Bu barədə Əraf surəsinin 54 – cü ayəsində belə deyilir: " Rəbbinin o Allahındır ki, göyləri və yeri altı gündə yaratdı ”
Məşhur türk müfəssiri bu mərhələləri aşağıdakı kimi təsnif edir :
1. Maddələrin toz və duman halında olduğu dövr
2. Cisimlərin təşəkkül dövrü
3. Yerin səmadan ayrılıdığı dövr
4. Yer qabığının təşəkklü dövrü
5. Həyatın başlanğıcı ilə bitkilərin, heyvanlrın və insanın yaradılışına qədər təkamül dövrü
Allah taala Nəml surəsinin 88 – ci ayəsində buyurur:
" Sən dağları görür, onları hərəkətsiz və sabit sanırsan, halbuki onlar buludların keçdiyi kimi keçib gedərlər ”. Bəzi müfəssirlər bu ayənin Yer kürəsinin fırlanmasına işarə edildiyi fikrini söyıəmişlər.
Qurani Kərimdə Günəş , Ay , və Yerin hərəkət etməsinə Yasin surəsinin 38 – 40- cı ayələrində də işarə olunmuşdur: " Günəş də ( qüdrət əlamətlərindən biri kimi) özü üçün müəyyən olunmuş yerdə seyr edir. Bu yenilməz qüdrət sahibi olan, ( hər şeyi ) bilən Allanın təqdiridir ( əzəli hökmüdür ) ( 38 ). Biz ay üçün də mənzillər müəyyən etdik. Nəhayət o, ( həmin mənzilləri başa vurduqdan sonra ) dönüb xurma ağacının quruyub əyilmiş köhnə budağı kimi ( hilal şəklində ) olar. ( 39 ). Nə Günəş Aya çatar ( yetişər ), nə də gecə gündüzü ötə bilər. ( Günəş,  Ay və ulduzların ) hər biri ( özünə məxsus ) bir göydə ( öz hədəqəsində , öz dairəsində ) üzər ” ( 40 ).

 

Kaiunatdakı ahəng və cazibə qanunu
 
Ucsuz - bucaqsız kainata ibrət nəzəri ilə baxan hər bir insan dərk edir ki, Allah bütün yaradılışlar , bütün məxluqlar üçün müəyyən bir nizam - intizam və müvazinət barəsində hələ 14 əsr bundan əvvəl xəbər vermiş, lakin o, məşhur ingilis fiziki İsaak Nyutonun ümumi cazibə qanununu kəşf edənə qədər anlaşılmaz qalmışdır.
Nyuton qeyd etmişdir ki, ümumi cazibə qanununa əsasən, göy cisimlərinin qüvvətlisi zəifini özünə tərəf çəkib üstünə düşürmək istəyir,  zəif olanı isə özünü qüvvəlinin üzərinə düşməkdən hərəkət etməklə,  fırlanmaqla qurtarır. Beləliklə, göy cisimləri İlahi əmrə tabedir, onlar özlərinə əmr olunan işi davamlı surətdə yerinə yetirməyə məcburdurlar. Məsələn, Yer kurəsi Günəşin cazibəsindən qurtarmaq,  yəni onun üzərinə düşməmək üçün günlük və illik hərəkət etmə,  fırlanma əməliyytına keçməyə məcburdur. Kainatda hakim olan nizam - intizama işarə edən bəzi ayələrə nəzər salaq:
" Elə bir şey yoxdur ki, onun xəzinələri bizim yanımızda olmasın. Ancaq biz onu müəyyən bir miqdarla endiririk.” ( Hicr – 21 )
" Onun ( Allahın ) dərgahında hər şey müəyyən ölçüyə tabedir ” ( Rəd – 8 )
" Allahın qanununu dəyişdirmək üçün imkan tapa bilməzsiniz ” ( Əhzab – 62 )
Göründüyü kimi Allah Taala kainatda hər bir şeyi müəyyən bir ölçü ilə yaratmışdır. Məxluqata yaradılmışlara aid olan bu İlahi qanun heç bir zaman dəyişməz. Bu qanunlardan bəzilərinə nəzər salaq .
 
 Məlum olduğu kimi, tənəffüs etdiyimiz havanın 21 % - ni oksigen, 78 % - ni isə azot təşkil edir. Əgər havadakı oksigenin nisbəti yüzdə əlliyə dəyişsə , dünyada olan hər bir şey bir qığılcımla alışıb yanar.

Hər bir canlı tənəffüs edərkən oksigen qazını alıb, karbon qazını buraxır, karbon qazı isə bitkinin varlığını qoruyub saxlayır. Əgər belə olmasaydı, yəni biz oksigeni alıb bitkilərin həyatı üçün vacib olan karbonu buraxmasaydıq, bitkilər quruyub məhv olardı.
 
Günəşin şüaları ilə bitkilərin böyüməsi arasında müəyyən bir qanunauyğunluq vardır. Əgər bu qanunauyğunluq olmasaydı, bitkilər , eləcə də bütün canlılar məhv olub gedərdi.

Göründüyü kimi, kainatda mövcud olan bu nizam - intizam, bu həmahənglik təsadüfi deyil , system xarakteri daşıyan qanunauyğunluqdur.

Ümumi cazibə qanunu ilə bağlı olan ayələrə nəzər salaq :
" Allah göyləri yerə biləcəyiniz dirəklər olmadan yaratdı ”( Rəd - 2 )
" O göyləri görünən dirəklər olmadan yaratdı ” ( Loğman - 10 )

Yuxarıdakı ayələrdə " görə biləcəyiniz dirəklər olmadan” ifadəsi cazibə qanununa açıq işarədir.
Kosmosun ( fəzanın ) fəthi
 
Quranda kosmosun fəthi ilə bağlı ayələr XX əsrə qədər aydınlaşmamış, yalnız yerin ilk süni peyki kosmosa buraxılandan sonra anlaşılmağa başlamışdır. Bu ayələrdən bəzilərini nəzərinizə çatdırırıq.

" Ey insanlar və cinlər ! Əgər göylərin və Yerin ətrafından kənara çıxmağa gücünüz çatarsa , çıxın.( Lakin Allahın verəcəyi ) bir qüvvə olmadıqca çıxa bilməzsiniz.” ( Rəhman – 33 )

" Allahın hidayətə qovuşdurmaq istədiyi kimsənin köksünü İslam üçün açar. Zəlalətə salmaq istədiyi kimsənin qəlbini isə elə daraldar ki, iman ona göyə çıxmaq qədər zor gələr.” ( Ənam – 125 )

Bu və bu məzmunda olan ayələrə müraciət edən alimlər , təfsirçilər burada insanın kosmosa çıxa biləcəyinə , aya , ulduzlar və digər planetlərə yetişə biləcəyinə işarə olunduğunu qeyd edirlər.
Kainatın genişlənməsi
 
Kainatın genişlənməsi kainatın,  müasir elmin ən böyük kəşflərindən , tapıntılaından biridir. Kainatın genişlənməsi hadisəsi Albert Eynşteynin nisbilik nəzəriyyəsinə istinad edir. Belə ki, böyük fizik Edvin Nuble digər qalaktikalarda olan ulduzların bir-birindən uzaqlaşdığını kəşf etmiş, belçikalı astronom Abbe Lemarte də bu kəşfə əsasən kainatın genişlənməsi nəzəriyyəsini irəli sürmüşdür.

Məhz bu nəzəriyyədən çıxış edərək , müasir təfsirçilər Qurani Kərimdə buna işarə edildiyini qeyd etmişlər. Allah Taala Zariyat surəsinin 47 – ci ayəsində buyurur : " Səmanı öz güçümüzlə ( qüdrətimizlə ) Biz yaratdıq və biz onu genişləndirməkdəyik.”

Ayədə genişləndirmək mənasında olan " musiun ” sözü qrammatik baxımdan elə bir tərzdə işlənmişdir ki, o, bir tərəfdən kainatın genişliyinə, digər tərəfdən isə onun mütəmadi olaraq böyüyəcəyinə və genişlənəcəyinə işarə etməkdədir. Kainatın genişlənməsi məsələsinə gəlincə, müasir astronomlar iri teleskopların köməyi ilə bunu müşahidə edirlər.
Onlar qalaktikaların müntəzəm bir hərəkətə malik olduqlarını müşahidə etmiş, öz növbəsində, bundan qalaktikaların və hər hansı bir qalaktika daxilində olan ulduz topalarının həm günəş sistemimizdən həm də bir birindən uzaqlaşması nəticəsində çıxarmışlar. Bu əsasa görə , kainat hərəkəsiz deyil , sabun köpüyü , yaxud balonun genişlənməsi kimi bir genişlənmə vəziyyətindədir. Lakin bu prosesdə maddi cisimlər öz həcmlərini mühafizə etməkdədir…

( ardı var )

Hazırladı:
Elnurə NİKBİN

Bölmə: Qurani-Kərimin möcüzələri | Daxil edib: nuna (28.06.2010)
Oxunub: 1521 | Reytinq: 2.7/3
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!:
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player