Forma
Dö, 25.04.2024, 15:00Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
riyaziyyat [7]
Lirika [18]
bilirsinizmi? [18]
müxtəlif [6]
Qurani-Kərimin möcüzələri [15]
101 hədis [8]
Müdrik kəlamlar [4]
Gözəl sözlər [3]
Testlər(müxtəlif fənlərdən) [1]
materiallarımız artdıqca hər fənnə aid ayrıca bölmə yaradacağıq
GMO [4]
Pisxologiya [1]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Məqalələrin kataloqu


Ana səhifə » Məqalələr » istifadəçilər üçün » Pisxologiya

Pisxologiya
ZİQMUND FREYD VƏ ONUN PSİXOLOGİYADA ROLU.

Avstriyalı Ziqmund Freyd (1856-1939) həkim-psixiatr, psixoloq və psixi təhlilin banisi kimi tanınmışdır. Məşhur alim psixi təhlilin əsas ideyalarını «Həzz prinsipinin o biri tərəfindən» (1920), «Kütləvi psixologiya və insan, Mən»nin təhlili (1921), «Mən və O» (1923) və s. əsərlərində çox gözəl vermişdir. Ümumiyyətlə psixologiya tarixinə nəzər saldıqda görünür ki, Freydə qədər klassik psixologiya şüur hadisələrini sağlam adamlardakı təcahüründə araşdırırdı. Nevrozların xarakter və səbəblərini psixopatoloq kimi araşdıran Freyd insan psixikasının əvvəllər heç bir şəkildə araşdırılmayan, amma insan fəaliyyəti üçün çox önəmli olan sahəsi-qeyri-iradi şüurla məşğul olmağa başladı.
Ziqmund Freydin təcrübəsi göstərdi ki, bir çox hallarda pasiyent nə qədər cəhd etsə də, onun psixi pozuntuya gətirib çıxaran səbəbini açıqlaya bilmir. Buradan da məlum oldu ki, «özgənin ürəyindəkini bilmək olumur» məsəli «öz ürəyindəkini də bilməyə bilərsən» deyimini tamamlayır. Söhbət ondan gedir ki, insanın dərk edə bildiyi yaxud dərk etməyə qadir olduğu psixi proseslərdən başqa, dərk edilməyən, yəni qeyri-iradi şüur da mövcuddur. İnsan psixikasında qeyri-iradi şüurun mövcudluğu faktı psixologiyada artıq çoxdan araşdırılmışdır və aşkarlanmışdır. Lakin yalnız Z.Freyddən başlayaraq şüurun bu hissəsi diqqətli və xüsusi araşdırma predmentinə çevrilməyə başlandı. «Şüur» sözünün işlənməsi ilə bağlı çətinliklər də məhz burada meydana çıxır, çünki burada qeyri-iradi şüurdan danışmaq lazım gəlir. Burada Freyd belə bir qərara gəldi ki, nevrozların səbəbləri insan qəlbinin dərinliklərində qeyri-iradi şüurun yaranması ilə bağlı ola bilər. Həkimin vəzifəsi isə qeyri-iradi şüurun dərk edilməsində pasiyentə yardımçı olmaq və bununla da pasiyentin psixi durumunu yüngülləşdirməkdən və hətta mümkün qədər onu sağaltmaqdan ibarət olmalıdır. Freyd bu vəzifəni həll etmək üçün «psixotəhlil» adlandırılan bütöv üsullar sistemi işləyib hazırladı. Psixi proseslərin açıqlanması üçün Freyd həm artıq bəlli olan anlayış və terminlərdən (məsələn: enerji alayışından), həm də öxünün yeni yaratdığı anlayış və terminlərdən istifadə etdi. Bu anlayışlardan ən əsası ilk əsərlərindəki «sıxışdırılma», «sublimasiya» daha sonrakı əsərlərindəki isə «Fövqəl-Mən»dir.
Z.Freydin sxeminə görə insanda təbiətin bəxş etdiyi meyllər-şövqlər mövcuddur. Psixikanı müəyyənləşdirən ən əsas meyllərdən biri cinsi meyildir ki, o da «libido» termini ilə işarələnir. Libidonun psixi enerjisi bütün psixikanın əsas mənbəyidir. Bu səbəbdən də Freyd şüurun inkişafı prosesini, ilk növbədə uşağın cinsi inkişafının fazaları ilə əlaqələndirir ki, bunlar da körpənin doğulmasından dərhal sonra başlanır. Lakin cinsi meyl təbiət və cəmiyyət tərəfindən boğulur, ədəb qaydaları, qadağalar və s. kimi yollarla məhdudlaşdırılır. Belə olan halda meydana iki əks istiqamətlənmiş proses daxil olur: «Sublimasiya» və «Sıxışdırılma». Qadağa olunmaş istəklər, edilən hərəkətlərin rüsvayçı motivləri, cinayətkar əməllər, bir sözlə, insanlar qarşısında açıqlana bilməyən hər şey insanın psixikasında yaşamaqda davam edərək, şəxsiyyətin hərəkətləri və əhvali-ruhiyyəsinə böyük təsir göstərir. Amma libido energisini aramsız olaraq yığıldıqca bir çıxış nöqtəsi tapa bilmədən qala bilmir. Hətta bunu buxar qazına da bənzətmək mümkündür: Belə ki, çıxış klapanı bağlandıqdan sonra da qazan qızdırılmaqda davam etdirilərsə, son nəticədə partlayış əmələ gələ bilər. İnsanda da buna bənzər hallar yarananda məhz burada psixikanın mühafizəsi mexanizmi işə düşür. Libido enerjisi boşaltmanın digər formalarını axtarıb tapır. Bu formalar da öz növbəsində idman, iş, yaradıcılıq və s. kimi şəkillərdə həyata keçirilir. Sublimasiya da elə budur. Enerji boşaltmanın bu və ya digər üsullarını tapmadıqda isə psixikanın pozulması yaranır, psixi xəstəliklərin ehtimalı getdikcə artır.
Ümumiyyətlə Freyd öz təliminin hüdudlarını psixi təhlil çərçivəsindən kənara çıxarmağa cəht göstərirdi. O, mifləri və sosial qadağaları təhlil etməyə və burada öz nəzəriyyəsini təsdiqini tapmağa çalışırdı. Ancaq sonradan onun ünvanına deyilən tənqidi qeydlərin təhlili nəticəsində Freyd öz təliminin əsas anlayışlarına bəzi düzəlişlər etmişdir. Məsələn: onun əsərlərində libido Eros, bütövlükdə həyatı qüvvə kimi şərh olunurdu. Birinci dünya müharibəsinin də Freydin fikirlərinə öz düzəlişlərini etməsində böyük təsiri oldu. Belə ki, bəzi adamların müharibə zamanı özlərini ölümün ağuşuna atmaları Freydi heyrətləndirirdi. Bu onun ilkin müddəasına zidd olsada onu izah etmək lazım gəlirdi. Belə olan halda Freyd zəif əsaslandırılmış, lakin kifayət qədər mükəmməl simmetrik bir konstuksiya qurdu. O, belə qərara gəldi ki, psixikanın təməlində iki əsas meyl durur: Birincisi həyat meyli (Eros) və ikincisi bizim mənşəyimizə olan meyl. Bununla əlaqədar olaraq o, deyirdi ki, əgər canlı cansızdan törəyibsə, deməli, bu meyl ölümə meyl deməkdir (Tanatos). Freyd ölümə meyl haqqında ətraflı təlim yaratmasada, belə bir anlayışı qəbul etməsi onun intiharları təhlil etmək vəzifəsini xeyli asanlaşdırdı. Psixikanın ikiqatı-şüur və qeyri-iradi şüur haqqında onun ilkin sxemi də dəyişikliklərə məruz qaldı. Sonradan Freyd özü psixika haqqında təliminə yenidən nəzər yetirdi və «Mən və O» adlı əsərində insan psixikasını strukturunun yeni sxemini təqdim etdi.
Freydin fikrincə insan psixikası üç səviyyənin qarşılıqlı təsirində;
- Qeyri-iradi şüur;
- Şüurdan əvvəlki şüur;
- Şüurluq səviyyələrində özünü göstərir. O, qeyri-iradi şüuru insan psixikasının mahiyyətinə müvafiq gələn mərkəzi kompanent, şüurlu olanı isə qeyri-iradi şüurun üzərində yüksələn xüsusi intuisiya sayırdı.
Freyd şəxsiyyətin psixi təhlil modelini yaratdı və onun da üç elementin kombinasiyası olduğunu göstərdi. Birincisini «O» adlandırdı və onun qeyri-iradi şüuri meylin dərinlikdə yerləşən qatı, fərdin fəaliyyətinin təməli hesab edirdi.
İkincisinə «Mən» adını qoymuşdu. Onu şüurlu olanın əhatə dairəsi, «O» ilə «xarici aləm» o cümlədən təbii və sosial institutlar arasında vasitəci kimi qələmə verdi.
Üçüncüsünü isə «Fövqəl-Mən» adlandırdı. Yəni şəxsiyyət daxili vicdan kimi başa düşülürdü. Freydin fikrincə «Fövqəl-Mən» «O» ilə «Mən» arasında daim meydana çıxan münaqişələrdə vasitəci rolunu oynayır. «Fövqəl-Mən» insanda olan ən böyük varlıqdır. O sanki fərdin mənimsədiyi sosial baxımnan önəmli olan norma və hökümlərin məcmusudur.
Freydin fikrincə insan psixikasının dərinlikdəki qatı təbii instinktlər, ən böyük həzz almaq məqsədi güdən «ilkin şövqlər» əsasında fəaliyyət göstərir. Freyd əvvəlcə ilkin şövqlərin təməli qismində sırf şəhvani meylləri nəzərdən keçirdi. Sonralar isə o, bunları əvvəlcədən də bizə məlum olan daha ümumi «libido» anlayışı ilə əvəz etdi ki, bu da artıq insan məhəbbətinin bütün sahəsini, o cümlədən valideyin məhəbbətini, dostluğu, hətda Vətən sevgisini belə əhatə edirdi.
Son nəticədə isə Freyd belə bir fərziyyə irəli sürdü ki, insanın fəaliyyəti həm bioloji, həm də soial amillərin mövcudluğu ilə şərtlənir. Daha sonra isə o, deyirdi ki, burada «həyat instinkti» Eros və «ölüm instinkti» Tanotos çox böyük üstünlük təşkil edir.
Freyd qeyri-iradi şüurun gücünü mütləqləşdirmirdi. O, belə hesab edirdi ki, insan öz instinkt və ehtiraslarına yiyələnir və onları real həyatda şüurlu şəkildə idarə etmək qabilliyyətinə malikdir. Freydə görə psixi təhlilin vəzifəsi də elə məhz insan psixikasının qeyri-iradi şüur sahəsini şüurlu sahəsinə çevirmək və onu öz məqsədlərinə tabe etməkdən ibarət olmalıdır. O, yazırdı ki, insan başqa adamlardan təcrid edilmiş şəkildə yaşamır, onun psixi həyatında daim «başqası» mövcuddur ki, insan onunla da təmasa girir.
Freyd xüsusi qeyd edirdi ki, insanlar sivilizasiyanın nailiyyətləri qarşısında vahimə və narahatlıq keçirirlər, çünki bunlar insan əleyhinə istifadə edilə bilər. Vahimə və narahatlıq hissləri bir də ona görə güclənir ki, ailə, cəmiyyət və dövlətdə insanlar arasında münasibətləri tənzimləyən sosial vasitələr yabançı və anlaşılmaz qüvvələr kimi onlarla qarşıdurmadadırlar. Lakin bu hadisələri açıqlayarkən Freyd diqqəti cəmiyyətin sosial təşkili üzərində deyil, insanın təcavüz və dağııcılığı olan təbii meyli üzərində cəmləşdirirdi.
Mahiyyət etibarı ilə Freyd psixologiyaya bir çox yeniliklər gətirmişdir. Ancaq onun insan psixikası və xüsusi ilə də psixikanın təhlilindən böyük uğurlar əldə etdiyi görünür. Freyd də Vitqeynşteyn və Şpenqler kimi şüurun mahiyyətini vəhşi adamlara-varvarlarla bilavasitə verilməsinə, onların bu fenomendən mədəni adamlara nisbətən daha yaxşı baş çıxarmasına inanırdı.
XX əsrdə psixologiyada yaranmış cərəyanlar içərisində freydizm cərəyanı xüsusi yer tutur. Cərəyanın banisi psixologiya elmində özünə məxsus yeri olan, haqqında bəhs etdiyimiz Ziqmund Freydin adı ilə adlandırılmışdır. Bu cərəyan XIX əsrin sonu XX əsrin əvvəllərində meydana gəlmişdir və qısa bir müddət ərzində qərb ölkələrində incəsənətə, ədəbiyyata, insanla bağlı müxtəlif elm sahələrinə, xüsusilə təbabət, antropologiya, sosiologiya, mədəniyyət tarixinə, pedoqogika və s. sahələrə geniş nüfuz etmişdir. Freydin özü isə bu cərəyanı «psixoanaliz» adlandırırdı.
Freyd əvvəlcə praktik həkim-nevropotoloq və psixiatr kimi fəaliyyətə başlamışdır. Bu sahədə bir sıra maraqlı faktlar müəyyən etmiş, indi də psixologiyada geniş işlənən müxtəlif anlayışlar və terminləri işlətmişdir. Bunlara misal olaraq «frustrasiya», «identifikasiya» və s. kimi termin və anlayışları göstərmək olar. Freydə görə insan davranışı ictimai inkişaf qanunları ilə deyil, irosional (latın sözü olub-irrationalis-ağılla idarə olunmayan deməkdir) şüursuz psixi qüvvələr tərəfindən idarə olunan insan guya öz mühiti ilə həmişə gizli müharibə vəziyyətində olur.
İntellekt-bu təhtəlşüuru qüvvələri, instiktiv meylləri başqalarından gizlətmək üçün aparatdı. İnsanın bütün hərəkətlərini, bütün tarixi və ictimai hadisələri Freyd şüursuz meyllərin, hər şeydən əvvəl isə seksual meyllərin təzahürü kimi təhlil edirdi. Freydin fikrincə insanın ruhi həyatının hərəkət verici qüvvəsi seksual (cinsi) başlanğıcdan-libidodan ibarətdir.
Seksual əsasların davranışda qəribə hərəkətlərin, cəhətlərin əmələ gəlməsi haqqında fikirlər, bu barədə mülahizələr nevrologiyada hələ Freyddən əvvəl məlum idi. Freyd Parisdə məşhur fransız nevroloqu Şarkonun laboratoriyasında işləyərkən tanış olduğu bu faktlara xüsusi əhəmiyyət verməyə və onları əsaslı surətdə öyrənməyə başladı. Hər şeydən əvvəl Freyd nevrozda cinsi meyllərin rolunu fizioloji amillərlə izah edirdi. Lakin sonralar psixoanaliz tarixinə Anna adı ilə daxil olmuş bir pasiyentin əhvalatları ilə bağlı olaraq Freyd fikirlərini əsaslı surətdə dəyişdi. Freyd pasiyenti məşhur nevroloq Breyerlə birlikdə malicə edirdi. Anna isteriya simptomlarından çox əzab çəkirdi. Belə ki, onun görməsi, nitqi, hərəkətləri pozulmuşdur. Breyer belə hesab edirdi ki, qeyd olunan siptomlar özünütəlqin efektidir. Anna xəstə atasına kömək edə bilmədiyi üçün özünü günahkar hesab edir və o, öz hisslərini bildirməmək üçün onları gizlətməyə çalışır. Hiptoz şəraitində Anna «ürəyini boşaltmağa» çalışırdı. Həkimlər onun bu hərəkətəlrini katirsis-əzabı hislərdən azad olmaq meyli kimi qiymətləndirirdilər.
Lakin bu zaman gözlənilməz və çox qəribə hadisə baş verdi: belə ki, xəstə qız həkim Breyerə aşiq olmuşdur. Hadisənin bu cür gedişi Breyeri çaşdırdı və o sonrakı müalicədən imtina etdi. Freyd isə Annanın davranışı haqqında ətraflı öyrənməyə başladı. Əvvəllər xəstələiyin gedişini fizioloji amillər ilə (sinir enerjisinin zəifləməsi ilə) izah edirdi. Ancaq psixi xəstənin davranışını öyrəndikcə Freyddə də yeni fikirlər yaranmağa başlamışdı. O, belə bir nəticəyə gəldi ki, xəstə guya əvvəl öz valideyinlərinə bəslədiyi məhəbbət hissini həkimin üzərinə yönəltmişdi. Freydizmin sonrakı təkamülü prosesində bu nəticə əsaslandırılmış və onun əsas müddəalarından biri kimi irəli sürülmüşdür.
Freydizm baxımından insan assosialdır. Mahiyyət etibarı ilə bütün xüsuiyyətlərinə və ya bir çox cəhətələrinə görə heyvana bənzərdir. İnsanın davranışı iki prinsipə - «zövq prinsipinə» (burada başlıca olaraq heyvan instinqtlərini eyni olan cinsi həvəsin təzahürləri nəzərdə tutulur) və «reallıq prinsipinə» (cəmiyyətin tələblərinə müvafiq olaraq seksual həvəsi boğmaq zərurətinə) tabedir. «Zövq prinsipi» ilə «reallıq prinsipi»nin toqquşması nəticəsində «təmin olunmuş seksual həvəs» də məhz bu sahədə insanın davranışını idarə etməyə başlayır. Deməli insan davranışında şüurun rolu azaldılır.
Freyd bir çox maraqlı psixoloji məsələlərə diqqəti cəlb etsədə, onları elmi şəkildə sonadək izah edə bilmədi. Bu da ondan irəli gəldi ki, Freyd insanı ictimai varlıq kimi təlim etmirdi. Məhz bunlara görə də Freyd tənqid nöqtəsinə çevrilmişdir. Onun ilk tənqidçiləri isə öz tələbələri olan K.Yunq və A.Adler oldular.
Freydizm cərəyanının hərəkət tarixinə diqqət yetirsək, freydizmin çiçəklənməsi dövrünün indi arxada qaldığının görərik. 70-ci illərin əvvəllərindən etibarən, hətda freydizmin nümayəndələri və tərəfdarları içərisində də onun böhranları haqqında geniş söhbətlər gedirdi. Buradan da belə nəticəyə gəlmək olar ki, artıq freydizm tənəzzül dövrünü yaşayırdı. XXIX Beynəlxalq psixoanalitik konqresdə (London 1975), Z.Freydin qızı-xarici ölkələrdə özünün psixodoji tədqiqatları ilə məşhur olan A.Freyd freydizmin böhran, özünə məxsus xəstəlik dövrünü keçirdiyini təsdiq etmişdir. Məşhur ingilis psixoloqu X.Ayzenk də 1978-ci ildə «psixoanilz-elm və ya mövhümat?» sərlövhəli məqaləsində Karl Popper, Corc Kelli və başqa görkəmli psixoloq, psixiatr və alimlər kimi freydizmi ciddi tənqid atəşinə tutmuşdur.
Z.Freyd digər bir fenomen olan «Yuxu» haqqında da özünəməxsus fikirləri liə elmə yeniliklər gətirmişdir. Freyd yuxu haqqında kitabında yazırdı: «Təəssüflər olsunki hər dəfə mən praktikada yəqin etdim ki, yuxugörmənin həqiqətini anlamağa mövhumatın astanasında dayanan profan daha çox yaxındır, nəyin ki, müasir elmi-psixoloji praktika». XIX əsrin axırlarında psixoloji-fenomenlərə diqqət artırıldı. Eksprimental psixologiya meydana gəldi. Lakin əsrin ruhu insanla birlikdə psixologiyaya olan tələbatı «dəfn etdi» desək yanılmamış olarıq. Psixologiya-ruhilik haqqında elmdir.
Psixi enerji «qəlbin odu» sonsuz iradə qüvvəsinin mənbəyidir. Buna görə də əsl ruh fəlsəfəsi və psixologiya elmi təfəkkürün əsasına çəkilməlidir. Elə ona görə də XX əsrin sonları və XXI əsrin əvvəlləri psixologiya elminin mnkişafına və bu dövrün pixologiya əsri elan edilməsinə gətirib çıxardı.
Ümumiyyətlə, psixologiyanın inkişaf tarixinə nəzər saldıqda psixoloji biliklər hələ bizim eramızdan neçə min əvvəl qədim şərq ölkələrində təşəkkül etmişdir. Onun inkişafı fəlsəfə və təbiətşünaslığın inkişafı ilə bağlı olmuşdur. Təsadüfi deyildi ki, lap əvvəldən psixologiya elmi materializm və idealizmin mübarizəsi meydanı olmuşdur. Ruh haqqında problem psixologiyada kəskin ideya toqquşmasının mərkəzi problemi idi. Hətta orta əsrlərdə universitet tələbələri ilk mühazirədə professorun mövqeyini qiymətləndirmək istədikdə deyirdilər: «Bizə ruh haqqında danışın».
Buradan da aydın görünür ki, psixologiya elmi də digər elmlər kimi çox enişli, yoxuşlu yollar keçmişdir. O, da nəzəri cəlb edir ki, ruh, şüur, idrak və s. psixologiyada mühüm mövzuları təşkil edir.
Əlbəttə ki, Ziqmund Freydin fikirləri, onun yazdığı əsərlər, elmə yeniliklər gətirən müxtəlif cərəyanları, anlayışları psixologiya elminin inkişafına öz təsirini göstərmişdir. Elə bunun nəticəsidir ki, Z.Freyd «Nobel» mükafatçılar sırasında sıralama zamanı aparılmış sosialoji sorğular nəticəsində ikinci yeri tutmuşdur. Bu da Z.Freydin psixologiyada həqiqətin özünəməxsus yerinin olmasının baris nümunəsidir.
Bölmə: Pisxologiya | Daxil edib: janset (06.05.2013)
Oxunub: 3050 | Şərhlər: 1 | Reytinq: 4.3/3
Şərhlər cəmi: 1
0  
1 ztm   (06.05.2013 20:00) [Material]
Çox sag olun!

Mənbəni göstərsəniz yaxşı olar!!!

Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: arxideya(38)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player