Özümüzə qayıdaq.
Zaman-zaman özümüzdən uzaqlaşırıq. Bu uzaqlaşmanı əlbət ki, hiss etmirik, anlamırıq. Hiss etsək, özümüzü "kənardan görə bilsək” idarə edərdik vəziyyəti.
Uzaqlaşma yaxşılığa doğru olarsa, nə gözəl. Qoy davam etsin nə qədər istərsə. Ucal ucaldığın qədər! Çox təəssüf ki, bəzən əks istiqamətdə də olur. Bəzən tez, bəzən isə çox gec anlayırıq bu uzaqlaşmanı. Ya dost danlağı, ya nə isə bizi "oyandırır”, özümüzə kənardan, başqalarının gözü ilə baxa bilirik. Hardansa bir qığılcım, bir işıq düşür beynimizə, ürəyimizə, ruhumuza. Ona sığınıb onunla birgə böyüyürük, "özümüzə qayıdırıq”.
O işığımızı Allah-Taala kəsməsin, bol eləsin! Hamımıza gözlərimizi çaşdırmayacaq qədər gur işıq arzulayırıq!
Dünyada bir həqiqət var: Gözəllik. Bu gözəlliyi Qurani-Kərimdə, elmdə axtaraq! Aralıq mərhələlərdə qazandığımız, ətrafımızdan bizə keçən, xoş olmayan bəzi xüsusiyyətləri itirmək yollarını Qurani-Kərimdə axtaraq, elm öyrənək!
Doğmaları, bizə ürəyiyananları anlamağa çalışaq, onların qədrini bilək, onları qoruyaq, onları itirməməyə çalışaq!
Yaşamaq özü bir elmdir, bu elmi öyrənməyə çalışaq! Müdriklərdən, kamil insanlardan öyrəndiklərimiz, öyrənəcəklərimiz həmişə faydaıdır. Belə insanların içində, üzündə olan işıq bizim də yollarımızı nurlandırır.
Yollarmız açıq, işıqlı, nurlu olsun!
|