Forma
Dö, 25.04.2024, 06:55Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
riyaziyyat [7]
Lirika [18]
bilirsinizmi? [18]
müxtəlif [6]
Qurani-Kərimin möcüzələri [15]
101 hədis [8]
Müdrik kəlamlar [4]
Gözəl sözlər [3]
Testlər(müxtəlif fənlərdən) [1]
materiallarımız artdıqca hər fənnə aid ayrıca bölmə yaradacağıq
GMO [4]
Pisxologiya [1]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Məqalələrin kataloqu


Ana səhifə » Məqalələr » istifadəçilər üçün » Lirika

Mugamlar
Muğamlar
 

Mahur muğamı : Strukturuna və melodik quruluşuna görə ən qədim muğamlardandır. Burada konkret insan həyatı ümumbəşəri mütləq başlanğıcla vəhdətlə götürülür. Bu insan şəxsiyyətini mütləq başlanğıcla ümumbəşəri sevgini və inamın daşıyıcısı kimi təsbit edən bir eşqin vəhdətidir. Burada söhbət sırf fərdi arzulardan, kiçicik bir "mən” in hissiyatından, öz şəxsi məqasədlərinə çatmaq üçün səylərindən gedə bilməz. Muğamı bütün şöbələrində fərdin ruhi səyləri bəşəri şəxsiyyət və mütləq mədəniyyət səviyyəsində ümumləşdirilir.

Nəva. Bu muğam, əslində, meydana çıxmanın və dünyadan getmənin (doğulmanın və ölümün) səbəblərini axtaran vahid insan səsinin musiqili melodiyasıdır. Bu ruhaniliyə, mənəviyyata, özünü dərkə çağırış nidasıdır. İnsanlar nəsil-nəsil bir- birini əvəz edir, ali başlanğıca və kamil mənəviyyata çağıran bu nida isə dünyanın özü kimi əbədidir. Insanın ruhən dəyişməsi onun bu musiqili çağırışından başlayır.

Duğah özünü axtaran insanın dərin kədərlərə çulğaşmış qəmi-qüssəsidir. Elə bu tənhalığın içində mənəvi ucalıq və ruhi əzəmət üçün bitib- tükənməz bir nəfəs var. Sakit məhrəm melodiyalarla verilən bu musiqili durum günəşin qüruba getməsini və sirli əzəmətli bir gecənin yaxınlaşmasını xatırladiır. Öz-özü ilə baş-başa qalan insan sükuta və dərin düşüncəyə qərq olur. Biliklərin zəngin xəzinəsinə necə yol taparsan, cahilikdən yaxanı necə qurtararsan?
Şur- insanın öz-özünü həqiqət kimi tanımasının böyük sevinci və təntənəsidfir. Bu, musiqi dilində ifa olunan ilahi vəcd hadisəsidir.

Segah- ilahi eşqin tərənnümüdür. Bu muğamda ruhi əzablara insanın daimi canatımı ifadə edilir.

Rast-öz ruhi qüvvəsinin dərkindən və insanın özünü mütləq şəxsiyyət kimi anlaya bilməsindən doğan təntənədir. Rast həmdə elə bir əqidənin daşıyıcısıdır ki, mütləq rahatlığın tapılması ölçməzliyə, insanın xeyirxah başlanğıcına inam doğurur. Bu təntənə insan şəxsiyyətinə əxlaqi əzəmətindən yaranır. Bu mənada Rast həm də həqiqəti görən və dərk eləyən insanın hekayətidir.

Rahab-özünədalmadır, fərdi təşəbbüskarlığını və mənəvi kamilləşmənin boy göstərməsidir. Rahab həqiqətə, gözəlliyə və xeyirxahlığa aparan yoldur. Elə buna görə də muğamda kəskin təzadlar yox dərəcəsindədir, musiqi dərin bir sükutu və rahatlığı əks etdirir.

Cahargah-insanın özü, öz fərdiyyəti üzərində qələbədir. Bu, elə bir vəziyyəti əks etdirir ki, burada insan qəmsizdir, əzabsızdır, arzusuz ---- niyyətsizdir, bir sözlə bütün hissi ehtiraslardan tam azaddır.
Əraq-- qəhrəmanlıq muğamıdır, həyat və ölüm qarşısında qorxmazlıqdır. Bu insanın bütün daxili qorxulardan təmizlənməsi, bütün maneələri dəf edib, həqiqətə çatmasıdır.

Humayun-- ölməzliyə və azadlığə çevrilərək  muğamda insanın varlığı və fərdi " mən” i mütləqə qayıdır. Bu, nurlanma vəziyyətindədir ki, inamın və bilginin vəhdəti kimi tərənnüm olunan ruhi azadlıqdan doğur.

Bayatı-Qaçar- mərhəmətdir, ilahinin iradəsinə uyğun şəkildə xeyirxahlıq göstərməkdir. Bu mərhələdə Insan dupduru bir idrak sahibinə çevrilərək öz kamilliyini dərk edir.

Bayatı-İsfahanda -- insanın elə bir mənəvi vəziyyəti əks olunur ki, burada o, xeyir barədə bilgi qazanır. Muğamda müxtəlif musiqi variasiyaları vasitəsilə " xeyirxahlıq- insan həyatının başlıca qayəsidir”, - fikri təsdiq olunur.

Aydın görünür ki, muğamları anlamağın yolu, bu sirli xəzinənin açarı zəngin Şərq dünyagörüşünə sahib olmaqdır. Azərbaycan xalqı isə zaman - zaman bu açarı ən qiymətli bir irs kimi nəsildən-nəsilə ötürüb.
Bölmə: Lirika | Daxil edib: nuna (03.07.2010)
Oxunub: 1819 | Reytinq: 3.8/4
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: arxideya(38)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player