Forma
Be, 29.03.2024, 14:21Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
"Kompüter aləmi" [19]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4324
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 2
Qonaqlar 2
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Məqalələrin kataloqu


Ana səhifə » Məqalələr » Informatikadan distant təhsil » "Kompüter aləmi"

Komputerlə tanışlıq
Komputerlə tanışlıq
 
Komputerlə tanış olmazdan əvvəl ilk növbədə informasiya anlayışı haqqında məlumatımız (informasiyamız) olmalıdır. İnformasiya latınca xəbər, məlumat, bilik nəyi isə şərh etmə, anlatma mənası verir. Bizim hər hərəkətimiz, gördüyümüz hər bir iş informasiya ilə bağlıdır. Kitab, qəzet oxuyanda, şəklə, televiziya verilişlərinə baxanda, təbiəti seyr edəndə informasiya toplayırıq və yadda saxlayırıq. Məktub yazarkən, telefonla danışarkən informasiyanı ötürmüş oluruq. Hər bir çətin məsələnin həllini tapmağa çalışarkən, müəllimin suallarına cavab axtararkən bizə məlum olan informasiyanı təhlil edir, yeni biliklər qazanırıq.
İnformasiyanın hər hansı şəkildə təhlili, onun üzərində hər hansı əməliyyatlar aparılması, informasiyanın emalı və ya işlənməsi adlanır. İnsan beyni ətraf aləmdən duyğu üzvləri (dad bilmə, eşitmə, görmə, hiss etmə, iy duyma) vasitəsilə informasiya alır və malik olduğu informasiya bazasına istinad edərək, əqli mühakimələr nəticəsində informasiya yaradır. Müxtəlif elmlər informasiyanın təsnifatını müxtəlif cür verir. Məsələn, filosoflar informasiyanı iki növə ayırırlar: obyektiv subyektiv informasiya.
  • Obyektiv informasiya təbiət və cəmiyyət hadisələrini təsvir edir.
  • Subyektiv informasiya isə insanlar tərəfindən yaradılır və onların obyektiv hadisələrə olan münasibətini əks etdirir.
Hüquqşünaslar informasiyaya faktlar kimi baxırlar. Fiziklər isə informasiya dedikdə  siqnalları  (səs, elektromaqnit, optik və s.) nəzərdə tuturlar. İnformatikada informasiyanın rəqəmlianaloq növlərinə ayrılıqda baxılır və müəyyən qurğulardan (modem, mikrofon, Web kamera, monitor və s.) istifadə etməklə bir növdən digərinə keçid təmin olunur.
 Hesablama texnikası vasitələri adətən rəqəmli informasiya növü ilə işləyir. İnsanlar isə ətraf aləmdən hiss orqanları, duyğu üzvləri vasitəsilə anaoq informasiyanı (daha dəqiq desək ınformasiyanı analoq infornmasiya şəklində) qəbul edirlər. İşıq, səs, istilik, təzyiq, ... – bunlar enerji siqnallarıdır, dad və iy isə kimyəvi birləşmələrin qarşılılı təsirinin nəticəsində alınmalarına baxmayaraq, onların da əsası enerji ilə bağlıdır.
 Biz bir ağacda bir-birinin tamamilə eyni olan iki yarpaq, ətrafımızda bir biri ilə mütləq mənada eyni olan iki səs tapa bilmərik. Bu – analoq inormasiyanın özünəməxsus xüsusiyyətidir.
Əgər müxtəlif rəngləri nömrələsək və ya müxtəlif səslərə notları uyğun qoysaq, onda analoq informasiyanı informasiyanın rəqəmli növünə çevirmiş olarıq. Eşitdiyim hər hansı bir musiqi analoq informasiya daşıyır, həmin musiqini notlarla yazdıqda isə o, informasiyanın rəqəmli növünə çevrilir. Hər hansı notun kağızda yazılışı, görünüşü heç vaxt dəyişmir, eyni cürdür, lakin həmin not udda və ya kamanda, fortepianoda və ya fleytada eyni səs vermir.
Analoq və rəqəmli informasiyanın əsas fərqi odur ki, onlardan birincisi kəsilməzdir, ikincisi isə diskretdir yəni, kəsiləndir. Məsələn mi və fa notları arasında başqa səs varmı? Yəqin ki var. Amma fortepianoda onu səsləndirmək mümkün deyil, çünki fortepianoda onun üçün klaviş yoxdur yəni mi notundan fa-ya keçid kəsiləndir. Amma kamanda və ya skripkada istənilən yüksəklikdə səs yaratmaq mümkündür. Bunu üçün əlin barmaqları azca sürüşdürmək yəni, yerini dəyişmək kifayətdir. Bu zaman səsin tonu (tezliyi) artacaq ya da azalacaq. Deməli pianodan fərqli olaraq,  kamanda və ya skripkada bir səs tonundan digərinə kəsilməz keçmək olur (yəni burada yumşaq keçidlər vardır).
İnsanın hiss orqanları elə qurulmuşdur ki, onlar analoq informasiyanı qəbul etmək, emal etmək, yadda saxlamaq qabiliyyətinə maikdir. İnsanın yaratdığı bir çox qurğular da analoq informasiya ilə işləyir. Televizor, telefon, radio, maqnitofon və s. analoq informasiya ilə işləyən qurğulardır. Məsələn, telefonla danışarkən nə qədər səsimizi qaldırsaq, bərkdən danışsaq, müsahibimizin eşitdyi səs o qədər yüksək olacaq. Fərdi komputerlər isə ancaq rəqəmli formada təsvir edilmiş informasiya ilə işləyir (buna görə məsələn, səsin rəqəmli formasında siqnalın amplitudasının səsin artmasına – azalmasına səbəb olmur, bu işi görmək üçün isə başqa metodlardan istifadə olunur).
İnformasiyanın bütün növlərinin (səs, təsvir, cihazların göstəriciləri və s.) hamısı kompüterdə emal olunmaq üçün rəqəmli formaya çevrilməlidir. Məsələn, səsi rəqəmli formaya çevirmək üçün: əvvəlcə onu mikrafonla analoq elektir siqnalına çevirmək, sonra isə xüsusi qurğular vasitəsilə kiçik zaman intervalında səsin intensivliyini ölçmək, hər dəfə nəticəni rəqəmli formada ifadə etmək lazımdır.
 


Mənbə: http://"Kompüter aləmi" kitabı
Bölmə: "Kompüter aləmi" | Daxil edib: Sprinq (14.06.2010) | Müəllif: Bahar İsmayilova
Oxunub: 3390 | Reytinq: 5.0/1
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!:
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player