Forma
Dö, 28.03.2024, 15:14Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
"Kompüter aləmi" [19]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4324
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Məqalələrin kataloqu


Ana səhifə » Məqalələr » Informatikadan distant təhsil » "Kompüter aləmi"

Klaviatura

Klaviatura

 

Kompüter AləmiKomputerə informasiya daxil etmək üçün müxtəlif vasitələrdən istifadə olunur. Qrafik informasiyanı daxil etmək proqramların qrafik interfeysi ilə işləmək əsasən maus (stolütü fərdi komputerlərdə) trekbol və ya tacpaddan (portativ komputerlərdən istifadə edilir) komputerə şəkil, mətn daxil etmək istədikdə xüsusi qurğudan skanerdən istifadə olunur. Müasir dövrdə rəqəmli kameralardan (fotoaparat və videokameralar) da istifadə edilir.
Səsli informasiyanın komputerə daxil etmək üçün səs platasına birləşdirilən mikrofondan istifadə etmək olar.
Komputer oyunlarını idarə etmək üçün xüsusi qurğulardan – coystiklərdən istifadə etmək münasibdir.
Ədədi, mətn informasiyanı, idarə etmə əmirlərini... komputerə daxil etmək üçün isə klaviaturdan istifadə olunur. Klaviatur verilənləri və əmirləri maşına daxil etmək üçün əsas vasitələrdəndir. Müsair standart klaviaturların 101 – 104 düyməsi düyməsi olur və onlar müxtəlif qruplardan ibarətdir.

Birinci qrupa daxil olan düymələr klaviaturun mərkəzində yerləşir. Onlar hərf və rəqəmləri, bir sıra digər simvolları maşına daxil etmək üçündür. O, adi yazı makinasının düymələrinə oxşayır. Hər hansı düyməni vurduqda ona uyğun simvol displeyin ekranında görünür.
 
İkinci qrupa idarəedici düymələr daxildir. Onlar birinci qrup düymələrinin sağ və solunda yerləşir. İdarəetmə funlsiyalarını yerinə yetirir.

Üçüncü qrup düymələr krusorun hərəkətini istiqamətləndirmək və ədədi simvollarla işləmək üçün nəzərdə tutulmuşdur. 10 rəqəmdən əlavə bu qrupa 4 hesab əməlinin işarələri və s. düymələri daxildir (mikrokalkultyatorda olduğu kimi). Bu da heasbi ifadələrin komputerə cəld daxil edilməsinə imkan yaradır. Qrupun düymələri iki rejimdə -rəqəm və idarəetmə rejimində işləyə bilir. Rejim "Num Lock" düyməsinin köməyi ilə seçilir. Rəqəm rejimində üzərindəki simvola uyğun olaraq qrupun düymələri "0 – 9” rəqəmlərini və onluq nöqtəni ".” daxil eməyə imkan verir. Qeyri – rəqəm rejimində isə düymələr əksər halada kursoru idatrə etmək üçün işlədilir.

Dördüncü qrup düymələr funksional dümələr adlanır. Obnların üzərində F1, F2, .....,F12 simvolları yazılmışdır. Bu düymələr istifadə olunan proqramlardan asılı olaraq müəyyən məsələləri daha tez həll etməyə və müxtəlif xüsusi funksiyaları yerinə yetirməyə imkan verir.
 
Ümumiyyətlə klaviaturanı yaxşı öyrənmək üçün komputerlə mümkün qədər çox işləmək lazımdır. Klaviaturla sürətlə, səhvsiz işləməyi (ingilis, rus dillərində) və s. öyrənmək üçün xüsusi proqramlar vardır. Məsələn, "aklenka”, "babytype”, "klaviatura” və s. Belə proqramlar vasitəsilə bir neçə həftə ərzində klaviatura baxmadan - "gözüuyumlu” çap etmək qabiliyyətinə yiyələnmək mümükündür. Bu vərdişə yiyələnmək qaydaları haqqında əlavələrdə bir qədər məlumat verilmişdir.
Birinci qrup düymələrinə diqqətlə baxın. Bu düymələrdən ikincisnin FJ- nin üzərində çıxıntı olduğunu görəcəksiz. Əslində bu çıxıntılar görmək üçün yox hiss etmək üçündür. Bu iki düymədən F sol əlin J isə sağ əlin göstərici barmağı üçün nəzərdə tutulmuşdur. Aydınlıq üçün başqa cür desək,F Düyməsi sol əlin, J isə sağ əlin göstrcisi (şəhadət) barmağı ilə sıxılmalıdır. Yazı yazmadığımız vaxtlarda da onun üzərinə durmalıdır. Hər iki əlin digər barmaqlarını uyğun olaraq sıra ilə yerləşdirsəniz, çeçələ barmaq a, adsız barmaq s, orta barmaq d, göstərici barmaq isə f hərfinin üzərində olacaq. Sağ əlin barmaqları isə, J, K, L, :   düymələrinin üzərində olacaq. GH hərfləri də göstərici barmaqlarla sıxılır. Baş barmaqlaın hər ikisi ancaq bir düyməni – boşluq düyməsini sıxmaq üçün istifadə olunur. Barmaqların xidmət etməli və hər bir dəfə üzərinə qayıtmalı olduğu bu düymələri baza düymələri adlandıracağıq. Qalan düymələr də hər barmağın uyğun olaraq yuxarı və aşağı sıxılmalıdır. Beləliklə düymələrin sıxılmasında hər barmağın öz xidməti zonası yaranmış olur. Baxmayaraq ki. istifadəçilərin çoxusu işləyərkən ancaq iki – üç barmaqdan istifadə edir, amma o çıxıntılar nahaq yerə qoyulamamışdır. Onlar işin sürətliliyini və gözəlliyini təmin edir. Rəqəm daxil etmə düymələrində də beşin üzərində çıxıntının olduğunu görəcəksiniz. Kalkulyatorlarda , telefonlarda olan düymələrin üzərində çıxıntılar da bu məqsədlə istifadə olunur. Bəzi düymələri ona görə çıxıntılı etmişlər ki, onları baza düymələri qəbul etməklə klaviatura baxımından həmin düymələrin ətrafında yerləşən düymələrin yerini yadda saxlamq la istənilən informasiayanı klaviatura baxmadan (gözüyumulu) daxil emək olsun.
Boş simvolu çap etmək mətində sözləri mətndə sözləri aralamaq üçün "boşluq” düyməsindən istifadə olunur. Bu klaviatura da ən böyük ən uzun düymədir.
Mətn, qrafik və s. redaktorlarda kursor (Cursor) displeyin ekranında yazılacaq dəyişiklik ediləcək simvolun və daxil ediləcək obyektin yerini göstərən işarədir.
Mausun kursoru mausla iş zamanı əlimizin "davamı” olub masusun hərəkətini "təqlid edən” ekranda əsasən öz şəklində olan və yerindən asılı olaraq formasını dəyişən proqramları işə salma və idarəetmə vasitəsidir.
ESC Escape sözündən götürülüb (keçid) deməkdir. Bu düymədən verilmiş əmri ləğv etmək üçün istifadə olunur.
TAB Tab düyməsi kursorun səkkiz mövqe sağa (sola) sürüşdürür. Ondan abzasların qoyulmasında istifadə olunur, Norton cədvəllərində sağ və sol keçidi idarə edir.
CTRL Control "idarəetmə nəzarət” deməkdir. Bu düymə adətən digər düymələrlə birgə işlədilir. Onun yerinə yetirdiyi funksiyalar müxtəlifdir. Bu funksiyalarla yeri gəldikcə tanış olacaqsınız.
SHİFT Shift düyməsindən klaviaturda iki dənədir. Onların əsas vəzifəsi, böyük hərfləri və xüsusi simvolları maşına daxil etməkdir.
ALT Alt "Alternativ dəyişiklik etmək” sözündəndir. "Ctrl” və "Shift” düymələri kimi o da başqa düymələrlə qoşa işlədilir. Müxtəlif proqramlarda müxtəlif işlər üçün istifadə olunur.
BACKPASE Backpase "geriqaytarma” mənasını verir. Bu düymə kursorda solda yerləşən simvolu silir. Bu zaman sətin həmin simvoldan sağda qalan hissəsi sola sürüşür.
ENTER Enter "daxiletmə" düyməsidir. Bu düymənin köməyi ilə əmrlər və verilənlər yaddaşa göndərilir. Abzasın sonunda bu düymə sıxılır.
CAPS LOCK Caps lock bu açar klaviaturu yuxarı reqistirlə iş rejiminə keçirir. ondan istifadə etdikdə böyük hərfləri yığmaq məqsədilə "Shift" düyməsini sıxıb saxlamğa ehtiyac qalmır. Lakin bu düymənin təsir dairəsi yalnız hərfləri əhatə edir. Yuxarı reqistrin digər simvollarını daxil etmək üçün "Shift" düyməsindən istifadə edilməlidir. Caps Lock düyməsini (bu düymə açar rejimində işləyir) təkrar sıxıldıqda o, klaviaturu əvvəlki iş rejiinə qaytarır və bu rejim dəyişməyini biz indiqator vasitəsilə görürük.
PRİNT SCREEN Print screen bu söz "kadrın çap edilməsi” deməkdir, təbii ki, çap qurğusu işə hazır vəziyyətdə olnmalıdır. Düymənin köməyi ilə Windows - da kadrın sürətini buferə müvəqqəti yaddaşa köçürmək, MS - DOS-da isə çap qurğusuna göndərmək olur.
NUM LOCK Num Lock "açarı” III qrup düymələrin iş rejimini dəyişdirir.
HOME Home burada ilkin başlanğıc vəziyyət mənasındadır. Bu düymə vasitəsilə bir başa kursorun olduğu səthin əvvəlinə gəlmək olur. "Ctrl" və ya "Shift" düymələri ilə birgə sıxıldıqda isə hansı funksiyanı yerinə yetirdiyini özünüz yoxlayın.
END  End  düyməsi vasitəsilə mətnin sətrinin sonuna keçmək olur.
"Ctrl" və ya "Shift" düymələri ilə birgə sıxldlqda isə başqa funksiyanı yerinə yetirir.
İNSERT İnsert əlavəetmə mənasındadır. Bu açarın köməyi ilə maşın (simvol əlavəetmə) rejiminə keçir və ya həmin rejimdə sıxır. Bu rejim klaviaturda daxil edilən hər bir simvol kursorun olduğu yerə yazılır və ondan sonra gələn simvollar sağa sürüşür.
DELETE Delete "yoxetmə", "silmə” mənasındadır. "Delete" düyməsini sıxmaqla üzərində kursor dayanan simvolu silmək mümükündür. Bu zaman sətrin həmin simvolda sağda qalan hissəsi sola sürüşür. Deməli bu düymə vasitəsilə yazılmış mətni hərf – hərf silmək olur.
PAGE UP Page Up əvvəlki səhifəni (ekranı tamamilə tutan kadrı) ekrana çıxarır. Kursorun əvvəlki yerində qalır.
PAGE DOWN Page down düyməsi ilə ekrana sonrakı səhifənin məzmununu çıxarır. Kursor əvvəlki yerində qalır.
Düymələri ilə mətn daxilində müvafiq istiqamətlərdə hərəkət etmək olar.


Mənbə: http://"Kompüter Ailəmi" C.Ağayev, B. İsmayılova
Bölmə: "Kompüter aləmi" | Daxil edib: ztm (20.06.2010) | Müəllif: C.Ağayev, B. İsmayılova E
Oxunub: 7294 | Teqlər: Komputer, kompüter, aləmi | Reytinq: 5.0/1
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!:
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player