Forma
Be, 29.03.2024, 14:00Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
"Kompüter aləmi" [19]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4324
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 2
Qonaqlar 2
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Məqalələrin kataloqu


Ana səhifə » Məqalələr » Informatikadan distant təhsil » "Kompüter aləmi"

Komputerdə informasiyanın emal edilməsi

Komputerdə informasiyanın emal edilməsi

Kompüter Aləmiİnformasiyanın emal edilməsi komputerin əsas funksiyalarındandır. Komputerdə informasiya emalı ilə prosessor adlanan ən böyük mikrosxem məşğul olur. Prosessor sözü "emaledici” mənasını verir. O çoxlu ayaqcıqları olan tekstolit və ya başqa izoləedici  lövhənin (sahəsi 25 kv. sm və daha çox ola bilər) üzərində yerləşən bir - iki kv. sm böyüklüyündə olan informasiyanı (ədədi, mətn, qrafik, video, səsli və s.) emal edən elektron sxemdir. Qeyd etdiyimiz kimi informasiyanın bütün növləri 0 və 1 - lərin ardıcıllığı ilə -- elektrik impulsları şəklində kodlaşdırılır (impuls varsa 1, impuls yoxdursa 0). Verilənləri emal etmək üçün onlar müvəqqəti olaraq əməli yaddaşa köçürülür. Prosessor komputerin "beynidir". O, verilənləri diskdən əməli yaddaşa çağırır və oradan götürərək, emal edir. Sonra yenidən əməli yaddaşa göndərir və sərt diskdə fayllar şəklində yadda saxlayır.
Prosessor ana platanın (əlavə/ şəkil 2,3) üzərində quraşdırılır. Hal hazırda müxtəlif növ prosessorlar mövcuddur – İntelliun, Pentium IV, Pentium III, Pentium II, Celeron, XEON, Pentium Pro, AMD, Surix, İBM və s. Fərdi komputerlərin prosessorları İntel firması tərəfindən qoyulmuş vahid standartlarla hazırlanır. Komputerin işləmə keyfiyyətin əsas göstəricisi prosessorun markası, həm də döyünmə tezliyidir. Bu haqda bir qədər sonra danışacağıq.
Hesab və məntiq əməllərinin yerinə yetirilməsi, verilənlərin, əmirlərin yaddaşa yazılması və oradan oxunması, maşının bütün qurğularının işinin əlaqələndirilməsi, prosessorun funksiyalarına daxildir. Prosessorun tərkibi hesab – məntiq qurğusundan, idarəetmə qurğusundan və yüksək sürətli yaddaşdan ibarətdir.
Prosessor da, yaddaş kimi oyuqlardan ibarətdir, amma bu oyuqlarda informasiya saxlanmır, emal edilir. Prosessorun oyuqları registr adlanır. Prosessorun müxtəlif oyuqlarının müxtəlif funksiyaları var. Ümumi təyinatlı oyuqlardan verilənlər üzərində aparılan əməliyyatlar zamanı istifadə olunur. Ünvan reqistri adlanan oyuqalarda isə ünvanlar saxlanılır. Bəzi xüsusi reqistrlərdən isə prosessoru yoxlamaq üçün istifadə olunur. Bayraqcıq reqistrləri və s. da vardır. Hər növ prosessorun öz reqistr tərkibi var və hər reqistrin də özünəməxsus funksiyası olur. Müasir komputerlərin prosessorlarında onlarla reqistr vardır.
Əvvəlki mövzulardan birində şinlər bütün qurğular arsında informasiya qəbul edən və ötürən maqistral yollara bənzətmişdik. Prosessorla əməli yaddaşı birləşdirən şin əsasən iki hissədən ibarətdir (bu fikri prosessorun başqa qurğularla əlaqəsinə də şamil etmək olar). Hissələrdən bir ilə ünvan haqqında informasiya o birisi ilə verilənlər ötürülür. Şinlərlə prosessorun reqisrlərinə yaddaşın oyuqlarının məzmunu ötürülür. Verilənlər şini iki istiqamətlidir: Onların vasitəsilə verilənlər prosessora həm daxil olur, həm də emalın nəticələri yenidən yaddaşa ötürülür.
Prosessorun bir saniyədə yerinə yetirdiyi əməliyyatların sayı onun döyünmə tezliyi adlanır və gegaherslə (Ghs ) ölçülür. Bir hers saniyədə 1 dəyişiklik, 1 hadisədir.

Bir Ghs=1 000 Mhs = 1 000 000 Khs = 1 000 000 000 hs, yəni bir gega hers -- 1 saniyədə milyard takt (döyünmə) deməkdir. Prosessorun tezliyi (1 saniyədə apardığı sadə əməliyyatların sayı nə qədər çox olarsa o, daha sürətlə işləyər. Prosessorun daxilində əməliyyatlar çox böyük sürətlə aparılır. Ona görə də əməli yaddaşla aparılan informasiya mübadiləsi prosessor üçün qeyri – münasib olur. Prosesorun əməli yaddaşla işini asanlaşdırmaqdan ötrü onun daxilndə yaddaş üçün 256 , 512 , 1024, ... Kb həcmində informasiya yerləşdirələcək sahə ayrılır. Bu "yüksək sürətli” yaddaş – keş (Ches) adlanır. O, verilənlərin prosessor və əməli yaddaş arasında ötürülməsinin sürətləndirilməsini təmin edən bufer rolunu oynayır. Prosesor hər hansı, verilənlər üçün əməli yaddaşa müraciət etdikdə onları yeni zamanda keş yaddaşa da yazır. Bu verilənlər bir daha lazım olduqda prosessor artıq onları keş yaddaşdan götürür. Tez – tez işlənən verilənlərin yüksək sürətli yaddaşda saxlanması verilənlərin keşləşdirilməsi adlanır. Bu üsuldan informasiya mübadiləsinin sürətləndirmək üçün başqa yaddaş qurğularında da istifadə olunur. Məsələn, sərt disk, CD – ROM və s. də keşləşdirilə bilər.


Mənbə: http://"Komüter Ailəmi" C.Ağayev, B. İsmayılova
Bölmə: "Kompüter aləmi" | Daxil edib: nuna (19.06.2010) | Müəllif: C.Ağayev, B. İsmayılova W
Oxunub: 26098 | Teqlər: Komputer, kompüter, aləmi | Reytinq: 3.3/3
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!:
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player