Forma
Üç, 24.04.2024, 12:51Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
"Kompüter aləmi" [19]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Məqalələrin kataloqu


Ana səhifə » Məqalələr » Informatikadan distant təhsil » "Kompüter aləmi"

Informasiya tutumu vahidləri
Informasiya tutumu vahidləri
 
Komputerin yaddaşının tutumunu göstərmək, informasiyanın rabitə kanalları ilə ötürülmə sürətini ölçmək , ... üçün informasiyanın ölçü vahidlərindən istifadə olunur.
 Komputerlər bir birindən həm də yaddaşının tutumuna görə fərqlənirlər.
 Siz artıq bilirsiniz ki, komputer analoq informasiya deyil, informasiyanın rəqəmli növü ilə işləyir. Çünki rəqəmli informasiyanı çox münasib şəkildə kodlaşdırmaq, deməli həm də yadda saxlamaq və emal etmək olar. Komputer hər hansı informasiya ilə " Parçala və hökm sür!” prinsipinə görə işləyir. Əgər bu informasiya kitabıdırsa onu fəsillərə, bəndlərə, abzaslara, cümlələrə, sözlərə, hərflərə ( daha doğru desək , simvollara ) bölür və hər bir simvolla ayrılıqda iş görür. Əgər bu informasiya şəkildirsə, onda komputer, onda komputer bu şəklin hər nöqtəsi üzərində ayrıca iş aparır. Belə sual oluna bilər: informasiyanı hara qədər parçalamaq bölmək mümükündür? İnformasiyanın ən kiçik hissəsi hərfdirmi? Yox! Bilirik ki, hərflər çoxdur və komputerin onları ayırması üçün hərfləri kodlaşdırmaq lazımdır. Məsələn, teleqraf əlifbasında hərfləri nöqtə və tirelərin köməyi ilə kodlaşdırırlar. İnformatikada isə nöqtə və tirelərin yerinə 0 və 1-dən istifadə olunur. Bu ikilik kod adlanır. İngilis dilində ikilik kod binary digit adlanır. Buna qısaca bit ( binary digit ) deyilir.1 bit 1 ikilik mövqeyin daşıdığı informasiyanın miqdarıdır.
Bit informasiyanın ən kişik ölçü vahidi olub 0 və ya 1 ( məntiqi olaraq hə va ya yox ) qiymətini alır. Komputerə daxil edlən hər hansı bir informasiya xüsusi proqramların köməyi ilə 0 və 1 – lərə çevrilir. Biz elə bilirik ki, komputer mətn informasiya, qrafik və ya musiqi ilə işləyir. Əslində o. Ancaq 0 və 1 lər üzərində iş görür, çünki komputerin yaddaşında saxlanılan bütün informasiya 0 və 1- lər şəklidədir.
Bit komputerdə informasiyanı saxlamaq üçün münasib , emal etmək üçün isə münasib olmayan vahiddir. Məsələn, biz mağazadan çörək aldıqda satıcı hər batonu ayrı – ayrılıqda büküb verə bilər. Əgər fındıq alırıqsa onda yəqin ki, dənə ilə yox, kilo ilə alırıq. Bit informasiyanın çox kiçik vahididir. Hər bitlə ayrı ayrılıqda işləmək münasib deyil. Komputerdə prosessor adlanan xüsusi mikrosxem informasiyanı emal edir. Bu mikrosxem (chip) elə qurulmuşdur ki, bitlər qrupunu eyni vaxtda ( paralel ) emal edir. 70- ci illərin əvvəllərində hələ fərdi komputerin olmadığı vaxtlarda kalkulyatorlar ( cib elektron hesablama maşınları ) eyni vaxtda 4 bitlə işləyən( buna görə də dörddərəcəli adlanan ) prosesora malik idi. İlk fərdi komputerlərdən olan ALTAİR – 1974 səkkizdərəcəli prosessora malik idi yəni o, səkkiz bit həcmində informasiyanı paralel olaraq emal edə bilirdi.( uşaqların yaxşı tanıdığı " Dendi – 8 bit”, " SEGA – 16 bit”, " SonyPS – 32 bit” oyun komputeri də bina misal ola bilər.) Bu isə 8 dəfə daha sürətli işləmək demək idi. Buna görə də hesablama texnikasında informasiyanın yeni vahidi yarandı. Bayt 8 bitdən ibarət bir qrupdur.
Bir bayt səkkiz ikilik rəqəmə - səkkiz bitə bərabərdir.
 " Dendi – 1 bayt”, " SEGAN – 2 bayt”, "SonyPS – 4 bayt” İlk baxışda belə görünə bilər ki, bir bayt 8 bitə bərabər olduğu üçün bir baytda saxlanılan informasiya 1 bitdəki infoermasiyadan 8 dəfə çox olmalıdır. Amma belə deyil. Məsələ ondadır ki, bir baytda olan bitlərin qiymətini ( 0 və ya 1) dəyişməklə ( 0000 0000 – dan 1111 1111 - ə qədər ) 2 = 256 ədəd müxtəlif kodlaşdırılmış informasiya ala bilərik. Aşağıda gördüyünüz ədədlərdən bərabərlikdən sol tərəfdə yerləşənlər ikilik say sistemində, sağ tərəfdə yerləşənlər isə onluq say sistemində təsvir olunmuşdur.
Bunu başa düşmək üçün belə bir müqayisə aparaq: 723 və 732 ədədlərində rəqəmlərin yerini dəyişməklə müxtəlif ədədlər ala bilərik. Yəni mövqeli say sistemində ədədin qiyməti ona daxil edilən rəqəmlərin durduğu yerdən mövqedən asılıdır. İkilik, onluq, səkkizlik, onaltılıq say sistemləri də mövqelidir.
Qeyd: Mövqesiz say sisteminə misal olaraq Roma say sistemini misal göstərə bilərik. Tanıdığımız rum rəqəmlərindən olan V harada yerləşməsindən aslı olmayaraq həmişə 5 qiymətini göstərir. Məsələn, XV, V, XXXVII və s.
 1 Kbit( bir kilobit ) = 1024 bit
 İnformasiyanı ölçmək üçün daha böyük vahidlərdən : Kbayt, Mbayt, Qbayt, Tbayt - dan istifadə olunur.
 
1 Kbayt ( bir kilobayt ) = 2 bayt = 1024 bayt
1Mbayt ( bir meqabayt ) = 2 bayt = 1024 Kbayt
1 Qbayt ( bir qeqabayt ) = 2 bayt = 1024 Mbayt
1 Tbayt ( bir terabayt ) = 2 bayt = 1024 Qbayt
 
Əgər bir vərəqdə 2500 işarə varsa, bir simvol bir bayt olduğuna görə bir vərəqdə olan informasiyanın tutumu 2500 bayt , 400 vərəqin informasiya tutumu 400 * 2500 = 1000 000 bayt olacaq. Bu da təqribən 1 Mbayt ( 1 Mbayt = 1024 Kbayt = 1024 * 1024 bayt = 1 048 576 bayt ) informasiyaya bərabərdir. 400 min vərəqdə olan informasiyanın həcmi isə təqribən 1 Qbayta bərabərdir.
Komputerlə işləyən mütəxəssislər üçün( məsələn bir başa ünvanlarla işləyənlər ) 0 və 1 – lərlə işləmək, onları yadda saxlamaq ayırmaq çətinli9k törədir. Əgər siz 0, 1 - lərin müxtəlif kombiunasiyalarından əməl gəlmiş ədədləri yadda saxlamaq istəsəniz bu çətinliyi özünüz də hiss edəcəksiniz. Doğrudur , burada müəyyən qanunauyğunluq var. Amma yenə də müxtəlif məsələlərin həllində çətinlik törədir. Buna görə də komputerlərdə 16 – lıq say sistemində istiufadə olunur. Bu say sistemi ilə işləyərkən müəyyən qədər məşqdən sonra ədədlərin yadda saxlanılması bir qədər asanlaşır.


Mənbə: http://"Kompüter aləmi" kitabı
Bölmə: "Kompüter aləmi" | Daxil edib: Sprinq (14.06.2010) | Müəllif: Cavanşir Ağayev, Bahar İsmayılova
Oxunub: 10441 | Reytinq: 5.0/1
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!:
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player