Forma
İk, 16.04.2024, 23:59Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
"Kompüter aləmi" [19]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4324
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Məqalələrin kataloqu


Ana səhifə » Məqalələr » Informatikadan distant təhsil » "Kompüter aləmi"

Fiziki və Məntiqi disklər
Fiziki və Məntiqi disklər
İstifadəçi informasiyanı müxtəlif informasiya daşıyıcılarında saxlayır. Bütün fayllar disketlərdə, lazer disketlərdə  "vinçester"də  və s. saxlana bilər. Diskləri bir – birindən fərqləndirmək üçün onların hər birinə ad verilir. Qeyd etmək lazımdır ki, əməliyyat sistemini yüklənməsi adətən "C" diskindən olur. (MS DOS kimi ƏS – ləri isə A diskindən də yüklənə bilər).
Komputerdə işləyən hər bir istifadəçi sərt diskə işçi sahəni qiymətləndirməyi bacarmalıdır. Diskin həcmi nə qədər böyük olsa oraya o qədər çox faydalı, maraqlı proqram və s. yazmaq olar. Digər tərəfdən gördük ki, diskin həcmi böyüdükcə faylların yerləşdirmə sistemində (FAT) asılı olaraq bəzi itkilərə rast gəlirik. Buna görə də xüsusi proqramalar vasitəsilə sərt diski bir neçə hissəyə bölürlər. Məsələn. Həcmi 2 Qbayt olan vinçesteri Hər biri 0.5 Qbayt olan 4 hissəyə bölmək olar. Hər bir hissəyə müsəqil məntiqi sərt disk kimi baxmaq olar. Sərt disk fiziki qurğudur. Onu çıxarmaq və ya yerləşdirmək mümükündür (Aydındır ki, bu işi ancaq mütəxəssis görə bilər). Məntiqi disk isə əslində yoxdur. O, fiziki diskin bir hissəsidir. Hər bir məntiqi diskin özünəməxsus faylların yerləşmə cədvəli (FAT) Yəni öz ünvanlama sistemi var. Bunun nəticəsində də klastrın həcminə görə olan itkilər azalır.
Komputerdə olan hər bir disk (fiziki, məntiqi və s. olmasından asılı olmayaraq) inghilis əlifbasının bir hərfi ilə içarə olunur və həmin hərfdən sonra cüt nöqtə yazılır, məsələn, A:, F: və s. A: ilə floppi diski, C: ilə sərt diski işarə edirlər. Məntiqi disklər CD ROM, strimer, fləş və s. isə E: , D:, F: və s. (hər sonrakı diskin adını yazdıqda axırıncı işlənmiş hərfdən sonrakı hərf götürülməklə) kimi işarə edilir.
Sərt disk informasiyanı müvəqqəti və daimi yadda saxlamaq üçün çox gözəl vasitələrdir, amma çox zaman bu da az olur. Sərt disk nə qədər böyük olursa olsun bəzən çox böyük həcmdə informasiyanı saxlama istədikdə diskdə yer kifayət etmir. Bundan başqa çox mühüm zəruri informasiyanı hər hansı qəzadan qorunmaq üçün onun sürətini çıxarıb kənarda saxlamaq məsləhətdir.
Böyük həcmə malik verilənləri saxlamaq üçün strimer adlana informasiya daşıyıcılarından da istifadə olunur. Strimer - "komputer maqnitofonudur” Ondan proqram və verilənləri (və ya onların surətini) uzunmüddətli yadda saxlamq üçün istifadə olunur. O, həm quruluşuna, həm də iş prinsipinə görə adi maqnitofona oxşayır. Modeldən asılı olaraq bir kasetdə saxlanılan informasiyanın həcmi 120 Mbaytla - 10 Qbayt arasında dəyişir. Onun nöqsanı, çatışmamazlığı işləmə sürətinin aşağı olmasıdır.
Komputerlər arasında böyük həcmdə informasiya mübadiləsi aparmaq üçün lazer – optik (kompakt) disklərdən də istifadə edirlər. Lazer diskləri CD - ROM (Compakt Disk Read Only Memory – si - di – rom) adlana xüsusi disk qurğusuna yerləşdirilir. Müasir CD - ROM disk qurğuları sərt disk kimi sürətli işləyir , informasiyanın oxunması lazer şüalarını köməyi ilə olur və belə disklərdə 650 , 700, 900, 1000 Mbayt həcmində informasiya (70, 80, ... dəq. Musiqi. Video WİVE, MPEG, ... - CD formatlarında MP3 formatlarında isə daha çox) saxlamaq mümükündür. Diskin qalınlığı 1, 2 mm, diametri 12 sm - dır. Onun məntiqi sturukturunun təşkili haqqında onu deyə bilərik ki, baza informasiya vahidi- kadrda (frame) 558 bit 24 * 17 + 180 bit 180 bit səhvlərin düzəldilməsi üçün) informasiya olur. Kadrlar sektorları və blokları əmələ gətirir, sektorda 3234 bayt (2352 bayt informasiya qalanları səhvlərin bərpası üçün) informasiya vardır. Belə mürəkkəb sistem informasiayanın kifayət qədər yüksək keyfiyyətlə oxunmasını təmin edir, on milyardlarla bitdən ancaq biri səhv oxuna bilər, bu yanlışlıq da diskdə olan kodlaşdırılmış informasiyanın hesabına düzəldilir. Diskin səthi məntiqi olraq üçü hissəyə bölünmüşdür.
Giriş direktoriyası – bu diskin mərkəzinə yaxın 4 mm enliyində halqadır, burada diski tanımaq üçün xidməti informasiya (diskin adı yazılmış informasiyanın həcmi, yazıların ünvanları və s. olur.) .
Verilənlər sahəsi - burad yazılmış informasiya saxlanılır.
Çıxış direktoriyası - diskin sonu – nişanı olan cığır
Adında göründüyü kimi (CD – ROM – READ ONLY MEMORY - ANCAQ OXUNMAQ ÜÇÜN YADDAŞ) bu diskdə olan informasiyanı ancaq oxumaq, köçürmək mümükündür. İndi isə elə qurğular var ki, informasiyanı CD disklərinə yazıb oxuya bilir (CD – R) və informasiyanı həm yaza, həm silə, həm də oxuya bilir – (CD – RW)
CD – R- Diski (istifadəçilər onu "balvanka” kimi tanıyırlar) İnformasiyanı ancaq "bağlanana” qədər yazmaq imkanına malik diskdir.
CD – RW - isə informasiyanı dəfələrlə yazmaq imkanına malik disk qurğusudur. Bu qurğu CD – R – dən fərqli olaraq tanmamilə başqa prinsiplərlə işləyir və tamamilə disklərdən istifadə edir. Hər bir istifadəçi öz komputerinə CD, DVD disklərini yazan qurğu əlavə etməklə lazımı informasiyanı (musiqi, video, verilənlər bazası və s.) bu disklərə yazıb saxlaya qoruya bilər.
Floppi disklərdən və steremetrlərdənm fərqli olraq lazer disklərində saxlamaq daha etibarlıdır. Son illərdə DVD disklərdən də istifadə olunur (di – vi – di Digital Video Disc -  rəqəmli video disklər ona görə belə adlanır ki, onlar ancaq video informasiyanı saxlamaq üçün yaradılımışdır. İndi isə həmin disklərədə istənilən növ informasiyanı saxlamaq olur).
Bir belə diskə bir neçə Qbayt (Ən azı 4, 7 – 8 Qbayt) informasiya saxlamaq olur. Xarici görünüşünə və informasiya yazma metoduna görə adət etdiyimiz CD – ROM dan azca fərqlənir. DVD diskləri DVD - ROM disk qurğusunda yerləşir. DVD - ROM disk qurğusu həm DVD, həm də CD formatlı diskləri oxuyur. DVD – nin üstünlüyü onun informasiya tutumunun böyüklüyündədir. Amma CD – ROM daha etibarlıdır. Nəyə görə?
Bölmə: "Kompüter aləmi" | Daxil edib: ztm (18.06.2010) | Müəllif: ZTM E W
Oxunub: 2430 | Şərhlər: 1 | Reytinq: 4.0/1
Şərhlər cəmi: 1
0  
1 ztm   (23.06.2010 18:46) [Material]
Bu şərhin məqalə ilə nə əlaqəsi var?! surprised
Bəlkə saytınızı dost saytlar sırasında yerləşdirək?
ZTM

Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: nika07(31)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player