Forma
Dö, 25.04.2024, 03:35Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
İnformatika [10]
Riyaziyyat [0]
Ədəbiyyat [1]
Fizika [0]
Kimya [0]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Məqalələrin kataloqu


Ana səhifə » Məqalələr » Dahilər, alimlər » Ədəbiyyat

bilirsinizmi?
Bilirsinizmi?
 
Dahi Azərbaycan bəstəkarı, görkəmli publisist,.... Ü.Hacıbəyov Qori seminariyasını bitirdikdən sonra bir müddət riyaziyyat müəllimi işləyib. Onun 1907-ci ildə nəşir etdiyi "Hesab məsələləri” kitabında ardıcıl olaraq 352 məsələ var idi. Məsələlərin əksəriyyəti zəhmətkeşlərin həyatından, məktəb həyatından götürülmüşdür. Məsələləri oxuduqda o zaman Azərbaycanda yaşayan 8-9 yaşlı şagirdlərin mühitini və yaş xüsusiyyətlərini dərk edirsən. Müəllif yazır: "Mənim ümdə qəsdim şagirdlərimizi məsələ həllində və mübahisəyə adət etdirməkdir. Çünki, çox vaxt müsəlman şagirdləri hesab məsələlərini "neyçün” və "çünki”-siz həll edib dəlil və sübutlar gətirilməyə aciz olurlar. Həmin kitabdan başqa Ü.Hacıbəyovun daha 5 hesab məsələləri kitabı nəşir olunmuşdur (inşallah gələcəkdə o kitablardan da məsələlər dərc etməyə çalışacağıq)
 
1. Bakı quberniyasında 6 min müsəlman öldürülmüş və hər bir müsəlmanın öldürülməsinə əqəllən 200 man pul sərf olunubdur. Sual olunur ki, bunların hamısına neçə dana "Tərəqqi”-yə müştəri yazdırmaq olardı?
 
2. Cəmi dünyada 100 minə qədər qəzetə verilir, 6 miliyon Qafqaz müsəlmanlarının da bir dənə qəzeti var.Əgər cəmi dünya Qafqaz kimi olsaydı, qəzetlərin sayı nə qədər olardı?
 
 3. İran məclisi il yarım davam etdi, bu müddət ərzində İran şahı 30 dəfə qurana and içib sındırdı. Əgər İran məclisi 5 il davam etsəydi, Məmmədəli şah neçə dəfə qurana and içib sındırardı?
 
 4. Bir dənə Lyaxovun köməyi ilə 50 min iranlı qırıldı. Bütün iranı qırmaq üçün neçə dənə Lyaxov lazımdır? (İranda 10 miliyon adam var)
 
5. Hər bir müsəlman şagirdi sutkada 4 saat tərbiyə alıb, 8 saat da yuxu yatır, qalan saatları tərbiyəsiz qalır. 35 yaşında müsəlman şagirdi necə il tərbiyəsiz qalmış olur?
 
6. Hər 100 nəfər bakı müsəlmanlarının 25 nəfəri qoçudur. Bakıda 70 min müsəlman var. O surətdə neçə dənə qoçumuz olar?
 
7. Bir müsəlman birinin 150 manatlıq paltarını oğurlayıb bir necə manata satdı. Paltar sahibi oğrunu görüb dedi:satdığın paltardan aldığın pulu məndən istəsəydin, məni bir də 142 man. 3 abbası zərərə salmazdın. Müsəlman qardaş paltarı neçəyə satmışdı? .
 
 
 
 
Riyaziyyat təkcə hesablamalara aid deyil. Yaşadağımız hər saniyə riyazi ifadələr deyilmi?
* * *
Evlənmək-toplama, ölmək-çıxma, aşiq olmaq-vurma, vərəsəlik-bölməyə bənzəyir.
* * *
Ağacdələn zərbədən təsirlənmədən dimdiyini 20-22 dəfə ağaca vura bilir.
* * *
Dostluğun riyazi teoremi-ürəyi sənin üçün sevinclə vuran, bəzən keçmişi çıxan, gələcəyi toplayan, qəlbinin dərinliyindəki ehtiyacı hesablayıb və hər zaman bütün parçalardan daha böyük olan, işi qurtarandan sonra səni qalıq kimi bir tərəfə atmayan ən yaxın insana dost deyilir.
* * *
Alyaskanın bayrağını 13 yaşlı uşaq hazırlayıb.
 * * *
1kq bal hazırlamaq üçün bir arı 2miliyon gülə qonmalıdır.
* * *
Kişilərin 37%-i, qadınların 42%-i gün ərzində yığılan qıcığı öz sevgilisinə püskurdür.
* * *
İnsan ömrü boyu 64000 litir su içir.İnsan bir il ərzində təxminə 1460 yuxu görür.
* * *
Amerikada hər saat 40 nəfər xərçəng xəstəliyindən ölür.
* * *
Dünyadakı heyvanların 86%-i altı aylıqdır.
* * *
Sıfır riyazi mənada heçə bərabərdir, saymada işlənən bir rəqəm olmayan sıfrın həyatımızdakı ən ilahi qüvvəylə, sevgiylə oxşarlığını gözdən keçirək:
* * *
1 gün 1 filim izləyirdim mən
Kiçik 1 dialoq eşitdim birdən
Sən demə hər rəqəm 1 həyat imiş
Rəqəmlər sözləri əvəzlər imiş
Məsələn sıfıra deyilən sözlər 
Hər kəsə heyranlıq gətirə bilər
"0” bir rəqəm olsa da belə
Sevgi hissinə bənzəyir o da
Riyazi mənada heçə bərabər
 
Saymağa işlənən bir rəqəm deyil
Bir rəqəm yanına gəldiyi zaman
Böyük məna kəsb edir onda o zaman Eləki "0”-lar çoxaldığı an
Rəqəmin dəyəri böyüyür o an
Sevgi hissidə girəndə qəlbə
İnsanda mənəvi bir hiss yaranır.
Heç bir ölçüyə sığmayan sevgi
Böyük bir güclü eşqi yaradır.
Sevginin gücü artiqca onu
İfadə etmək mümkün olmayır.
 Necəki "0”lar çoxaldığı vaxt,
Hesaba salmaq mümkün olmayır.
 
 
Topladı və təqdim etdi: Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialının II qrup tələbəsi Afət Fətəliyeva
 
Bölmə: Ədəbiyyat | Daxil edib: Sprinq (24.05.2010) | Müəllif: Topladı:Afət Fətəliyeva
Oxunub: 1085 | Şərhlər: 3 | Reytinq: 4.0/4
Şərhlər cəmi: 3
0  
3 ztm   (05.12.2010 16:45) [Material]
Çox sğolun!!! smile
Sizin özüzdə maraqlı məlumatlarla bölüşə bilərsiz!

+1  
2 nemo   (27.05.2010 15:25) [Material]
super məlumatlardır. Çox xoşuma gəldi. smile

+1  
1 FERO   (25.05.2010 15:41) [Material]
cox maraqlidir biggrin

Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: arxideya(38)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player