Forma
Üç, 24.04.2024, 21:47Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Xəbərlər [86]
kaleydeskop [3]
Qısa maraqlı məlumatlar
Texnika [10]
IT aləmindən xəbərlər
Müxtəlif [2]
Elan [4]
Müəllimlər üçün [8]
Bahar [2]
Jurnal, qazet,...
web design [0]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 3
Qonaqlar 3
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Ana səhifə » 2010 » Noyabr » 22 » Yeni nəsil SİM-kartlar gəlir
15:15
Yeni nəsil SİM-kartlar gəlir

Dünyanın ən iri mobil rabitə operatorları simsiz GSM-kommunikasiyaların tətbiq sahəsinin genişlənməsinə dair yeni təşəbbüslə çıxış ediblər.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin verdiyi məlumata görə, operator-şirkətlərin təşəbbüsü bu kommunikasiyaların 2012-ci ildən etibarən adi mobil telefon və smartfonlardan başqa, naviqator, kamera, portativ oyun qurğuları, musiqi pleyerləri və mobil şəbəkələrlə işləmək imkanına malik bir sıra digər qurğular spektrində də tətbiq olunmasını nəzərdə tutulur.

Mobil operatorlardan ibarət "GSM Association” konsorsiumu mobil telefonlar sahəsindən başqa digər istiqamətlərdə də istifadə oluna biləcək yeni nəsil SİM-kartların yaradılmasına dair planları açıqlayıb. "GSM Association” çərçivəsində "AT&T”, "Verizon”, "Vodafone”, "China Mobile” və "Deutsche Telekom” kimi şirkətlərin təmsil olunduğu İşçi Qrupu yaradılıb. İşçi Qrupu SİM-kartların əvvəlcədən quraşdırılmış tətbiq sahəsi üzrə adaptasiyası ilə məşğul olacaq. Konsorsium nümayəndələrinin sözlərinə görə, müasir SİM-kartlar abunəçinin mobil şəbəkədə identifikasiyasını təmin edən və çıxarıla bilən çip rolunu oynayır. Quraşdırılmış SİM-kartlar isə məsafədən aktivləşdirilə bilən (misal üçün rəqəmli qurğunun ilk işə salınması və ya digər vacib əməliyyat həyata keçirilməsi zaman) qeyri-adi çip olacaq. Ekspertlər qeyd edir ki, hazırda GSM standartları artıq dünya üzrə səsli zənglərin böyük hissəsi, eləcə də şəbəkə trafikinin əhəmiyyətli seqmenti üçün bir bazaya çevrilib.

Yeni texnologiyanın yaradılmasında məqsəd isə mobil şəbəkələrin tətbiq imkanlarının daha da genişləndirilməsidir. Bu gün SİM-kartların tətbiqi demək olar ki, ənənəvi mobil telefon seqmentindən çıxmır. Bu baxımdan yalnız "Apple iPad” və "Samsung Galaxy Tab” internet-planşetləri, eləcə də yerin təyin olunması üçün nəzərdə tutulan kiçik peşəkar qurğular istisna təşkil edir. Buna görə də operatorların öz şəbəkələrinin istifadə əhatəsinin genişlənməsində və köməkçi servislərin tətbiqindən əldə olunan əlavə gəlirdə maraqları böyükdür. Analitiklər hesab edir ki, yeni texnologiya operator-şirkətlərin öhdəsinə də əlavə tələblər qoyur. Çox güman ki, quraşdırılmış SİM-kartlı qurğuların imkanları mobil şəbəkələr üzrə adi identifikasiya ilə məhdudlaşmayacaq. Burada şəbəkənin siqnalları informasiya mübadiləsi üçün istifadə olunacaq.

Hazırda bir çox operatorların şəbəkələrinin onsuz da yüklənmiş vəziyyətdə olması şirkətləri öz şəbəkələrini daha sürətlə və intensiv qaydada müasirləşdirməyə vadar edəcək. SIM-kartla təchiz olunmuş yeni qurğuların akkumulyator həcminə qarşı tələbatı da artacaq. "WiFi” və ya "WiMax” standartlarına əsaslanan mövcud həllər artıq akkumulyator enerjisini kifayət qədər yüksək göstəricilərlə istifadə edir, yeni informasiya mübadiləsi kanalının olması isə enerji sərfiyyatı tempini daha da artıracaq.

Bölmə: Texnika | Oxunub: 1073 | Daxil edib: GrandPP | Teqlər: Deutsche Telekom, Verizon, China Mobile, GSM, vodafone, AT&T, Mobil, Operator | Reytinq: 3.0/1
Şərhlər cəmi: 1
0  
1 ztm   (23.11.2010 07:33) [Material]
maraqlı məlumatdır! wink

Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar

************************

************************
Təqvim
«  Noyabr 2010  »
BiİkÜçBeAlBa
1234567
891011121314
15161718192021
22232425262728
2930
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!:
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player