Forma
Dö, 18.04.2024, 19:03Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Xəbərlər [86]
kaleydeskop [3]
Qısa maraqlı məlumatlar
Texnika [10]
IT aləmindən xəbərlər
Müxtəlif [2]
Elan [4]
Müəllimlər üçün [8]
Bahar [2]
Jurnal, qazet,...
web design [0]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4324
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Ana səhifə » 2010 » İyun » 30 » SİNAM şirkəti İT-həllərini Qırğızıstanın Dövlət Vergi Xidmətində tətbiq edəcək
14:43
SİNAM şirkəti İT-həllərini Qırğızıstanın Dövlət Vergi Xidmətində tətbiq edəcək
Azərbaycanın SİNAM şirkəti Qırğızıstan Respublikasının Dövlət Vergi Xidmətində (DVX) inteqrasiya olunmuş vergi inzibatçılığı sisteminin proqram təminatının işlənib hazırlanması və tətbiqi üzrə elan olunmuş beynəlxalq tenderin qalibi elan olundu. Proqram təminatının tətbiqi Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən "Vergi inzibatçılığında islahat və modernləşdirmə" layihəsi çərçivəsində həyata keçiriləcək.
Tenderin şərtlərinə əsasən, proqram təminatı Qırğızıstanın Dövlət Vergi Xidmətinin mərkəzi aparatında və ölkənin bütün rayon vergi müfəttişliklərində quraşdırılacaqdır. Tətbiq edilən informasiya sistemi 11 komponentdən ibarət olacaq ki, onların hər birisi bir istiqamət üzrə yüksək funksionallığı təmin edəcək.

Vergi inzibatçılığı üçün işlənib hazırlanmaqda olan proqram təminatının tərkibinə vergi ödəyicilərinin qeydiyyatı, gəlirlərin uçotu, bəyannamələrin işlənməsi, audit, borcların məcburi tutulması, apelyasiya, üçüncü tərəfin məlumatları modulları və güclü korporativ sayt daxil olacaq. Proqram təminatı Dövlət Vergi Xidmətinin mərkəzi aparıtını, iri vergi ödəyicilərilə iş üzrə idarəni və 55 rayon müfəttişliyini vahid informasiya sistemi çərçivəsində birləşdirməyə imkan verəcək və avtomatlaşdırılmış hesabatların hazırlanması üçün imkan yaradacaq. Bundan əlavə, hökumətin digər maliyyə qurumları ilə məlumat mübadiləsi və verilənlər bazalarının sinxronlaşdırılması da təmin olunacaq. Vergi ödəyicilərilə işi daha da yaxşılaşdırmaq məqsədilə Call-mərkəzi (call-centre) sistemi tətbiq olunacaq.

Proqram həllərinin tətbiqi Qırğızstanın vergi orqanlarına vergi yığımı prosesini daha səmərəli şəkildə idarə etməyə imkan verəcək və dövlət büdcəsinə vergi yığımının səviyyəsini artıracaq.

Qeyd etmək lazımdır ki, tenderin final mərhələsində SİNAM şirkəti e-hökumət üçün nəzərdə tutulmuş analoji sistemlərin işlənib hazırlanmasında dünyanın aparıcı şirkətlərindən olan FreeBalance (Kanada) şirkətinə qalib gəldi.

Tenderdə iştirak etmək üçün proqram təminatını hazırlayacaq şirkət qarşısında bir neçə təsnifat tələbi var idi: Asiya İnkişaf Bankınının üzvü olan ölkəyə mənsubiyyət, 2007-2009-cu illərdə minimal illik dövriyyənin 3 milyon ABŞ dollar olması, proqram təminatının işlənin hazırlanması üçün ISO9001 sertifikatına malik olma. Bundan əlavə, 2005-2009-cu illərdə hər birinin dəyəri 2 milyon ABŞ dolları və ya daha çox olan proqram təminatının hazırlanması və tətbiqi sahəsində iki oxşar layihənin yerinə yetirilməsi təcrübəsinin olması zərur şərt idi.

SİNAM şirkətinin prezidenti Elçin Əliyevin sözlərinə görə xarici ölkədə keçirilən tenderdə qalibiyyət azərbaycanlı proqramçıların yüksək səviyyəsinin bir sübutudur. “Son illər ərzində Azərbaycanda dövlət idarəetmə sistemində informasiya-kommunikasiya texnologiyaların tətbiqi sahəsində bir neçə iri layihə həyata keçirilib. Regiounun aparıcı sistem inteqratorlarından birisi kimi SİNAM şirkəti Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Mərkəzi banı, Gənclər və idman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları nazirliyi, Çaliyyə Nazirliyi və s. kimi qurumların layihələrində iştirak etmişdi. Dövlət başçısı Azərbaycanda İKT sektoru prioritet elan etmişdir və bizim məqsədimiz dövlət strategiyasını rəhbər tutaraq xarici bazarlara çıxmaqdan ibarətdir. Bunun üçün şirkətimizin Azərbaycanda qazanılmış nadir təcrübəsi və mütəxəssislərdən ibarət komandası var”, deyə E.Əliyev qeyd etdi

Oxunub: 654 | Daxil edib: GrandPP | Teqlər: Qırğızıstan, SİNAM, Vergi, Dövlət, Xidməti | Reytinq: 4.0/1
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar

************************

************************
Təqvim
«  İyun 2010  »
BiİkÜçBeAlBa
 123456
78910111213
14151617181920
21222324252627
282930
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!:
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player