Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. Bu gün
birinci Azərbaycan telekommunikasiya peyki orbitə çıxarıldı. Bu tarixi hadisə
münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir.
Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli
inkişaf edir və biz artıq kosmik klubun üzvüyük.
Bu hadisə münasibətilə bu işdə iştirak etmiş bütün qurumlara, bütün insanlara,
ilk növbədə Azərbaycan mütəxəssislərinə minnətdarlığımı bildirmək istəyirəm. Bu
gün bu salonda əyləşən gənc mütəxəssislərimiz artıq peşəkar mütəxəssislərdir,
bizim fəxrimizdirlər. Mən çox şadam ki, bu gözəl idarəetmə mərkəzində çalışan
işçilərin böyük əksəriyyəti Azərbaycan vətəndaşlarıdır".
Dövlət başçısı bildirib ki, peykin orbitə çıxarılması beynəlxalq əməkdaşlıq çərçivəsində
mümkün olub. Bu, Amerikanın "Orbital” və Fransanın "Arianespace” şirkətlərinin
köməyi, dəstəyi, fəaliyyəti nəticəsində mümkün olmuşdur. Beynəlxalq əməkdaşlıq
bütün sahələrdə inkişaf edir, artır. Biz kosmik sənayedə də bu əməkdaşlığın gözəl
nəticələrini görürük.
Azərbaycan uğurla inkişaf edir. Ölkəmizdə böyük quruculuq işləri aparılır.
"Ölkəmizin beynəlxalq nüfuzu artır. Azərbaycan bu gün dünyanın birinci
beynəlxalq qurumunun – BMT Təhlükəsizlik Şurasının üzvüdür. Azərbaycan
iqtisadiyyatı mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən rəqabət qabiliyyətliliyinə
görə MDB məkanında birinci, dünya miqyasında isə 46-cı yerdədir. Ölkəmizdə çox
uğurlu iqtisadi islahatlar aparılır və yeni texnologiyaların,
informasiya-kommunikasiya texnologiyalarının inkişafı bu gün Azərbaycanı fərqləndirən
cəhətlərdən biridir. Təsadüfi deyil ki, 2013-cü il Azərbaycanda mənim Sərəncamımla
"İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. Əminəm ki, biz
bu il və bundan sonrakı illərdə informasiya-kommunikasiya texnologiyaları sahəsində
daha da böyük nailiyyətlərə çatacağıq.
Birinci peykin orbitə çıxarılması əlbəttə, çox əlamətdar tarixi bir hadisədir.
Biz bu işə beş il bundan əvvəl başlamışıq. 2008-ci ildə mənim tərəfimdən Azərbaycan
peykinin orbitə çıxarılması haqqında qərar verilmişdir. 2009-cu ildə Dövlət Proqramı
qəbul edilmişdir. 2010-cu ildə "Azərkosmos” Səhmdar Cəmiyyəti yaradılmışdır və
artıq Azərbaycan kosmik klubun üzvünə çevrilib.
Biz gələcəkdə də yeni peyklərin orbitə çıxarılması istiqamətində fəal işləyirik
və buna nail olacağıq. 2015-ci, 2016-cı illərdə əlavə iki peyk orbitə
buraxılacaq və artıq Azərbaycanda kosmik sənayenin inkişafı üçün çox gözəl
imkanlar yaranacaq.
İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim uğurlu gələcəyimizi
müəyyən edəcək, təmin edəcək. İnformasiya-kommunikasiya texnologiyaları sahəsi
həm bilik, zəka, intellekt, eyni zamanda, biznes sahəsidir. Peykin fəaliyyəti nəticəsində
Azərbaycan dövləti, eyni zamanda, maliyyə məsələlərini həll edəcək. Yəni, bu
peykin fəaliyyəti iqtisadi cəhətdən də səmərəli olacaq. Eyni zamanda,
informasiya-kommunikasiya texnologiyalarının inkişafı ümumən hər bir ölkənin
inkişafını müəyyən edir. Gələcəkdə bu sahənin hər bir ölkə üçün nə qədər vacib
olduğunu, əminəm ki, hər kəs görəcək. Hər bir ölkənin uğurlu, dayanıqlı
inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol
oynayacaqdır. Mən buna əminəm. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri
planlı, məqsədyönlü şəkildə aparırıq. Bütün addımları atırıq ki, ölkəmiz daha
da güclənsin, Azərbaycan daha da müasir dövlətə çevrilsin. Bu yaxınlarda
İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında imzaladığım sərəncam
dediyim sözlərin təsdiqidir.
Bir daha bütün Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə ürəkdən təbrik
etmək istəyirəm. Bu gün – 8 fevral 2013-cü il Azərbaycan tarixində qalacaq.
Əminəm ki, bundan sonrakı illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcək.
Əziz həmvətənlər, sizi bu tarixi hadisə münasibətilə bir daha ürəkdən təbrik
edirəm. Eşq olsun Azərbaycana!" //anspress
|