Forma
Üç, 24.04.2024, 00:47Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Xəbərlər [86]
kaleydeskop [3]
Qısa maraqlı məlumatlar
Texnika [10]
IT aləmindən xəbərlər
Müxtəlif [2]
Elan [4]
Müəllimlər üçün [8]
Bahar [2]
Jurnal, qazet,...
web design [0]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Ana səhifə » 2012 » Dekabr » 23 » Lütfi Zadənin elmi irsinə həsr olunmuş II ümumdünya konfransı işə başlayıb
08:07
Lütfi Zadənin elmi irsinə həsr olunmuş II ümumdünya konfransı işə başlayıb
 
Dekabrın 3-də Azərbaycan Texniki Universitetində (AzTU) dünya şöhrətli alim Lütfi Zadənin elmi irsinə həsr edilmiş, Soft Computing (Yumşaq hesablama) üzrə ikinci Beynəlxalq elmi konfransın açılış mərasimi olub.
 
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının institut və təşkilatlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, ABŞ, Kanada, Rusiya, Ukrayna, Türkiyə, Yaponiya, Portuqaliya, Polşa, Macarıstan, İtaliya, İspaniya, İran, Finlandiya, Çexiya, Hindistan, Fransa, Braziliya və Belçikadan 60-dan çox nüfuzlu alim iştirak edib.
 
Əvvəlcə iştirakçılar universitetin foyesində Lütfi Zadənin AzTU-nun kitabxanasına hədiyyə etdiyi dörd mindən artıq kitab və jurnaldan ibarət sərgi ilə tanış olublar. Universitetin akt zalında davam edən tədbir böyük alimə həsr olunmuş "Bizim Lütfi Zadə” adlı qısametrajlı filmin nümayişi ilə başlayıb.
 
AzTU-nun rektoru, professor Havar Məmmədov tədbiri açaraq, rəhbərlik etdiyi ali təhsil müəssisəsində plenar iclası keçirilən konfransın əhəmiyyətindən danışıb. Rektor bildirib ki, hazırda informasiya cəmiyyətinin qurulması ilə əlaqədar dünyada və Azərbaycanda mühüm işlər görülür. İnformasiya-kommunikasiya texnologiyalarının həyatımızın hər bir sahəsində, xüsusən elmdə, təhsildə geniş tətbiqi Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu əsas istiqamətlər üzrə həyata keçirilir. Buraya təhsilin informasiyalaşdırılması, orta məktəblərin kompüterləşdirilməsi və digər vacib məsələlər daxildir. Ölkəmizdə bununla bağlı bir sıra Dövlət proqramları qəbul edilib. On il əvvəl başlanmış proses bu gün də böyük sürətlə davam etdirilir.

Rektor vurğulayıb ki, bu cür mötəbər konfransın açılışının AzTU-da keçirilməsi heç də təsadüfi deyil. Çünki bu gün AzTU Azərbaycanda informatika, kompüter texnikası, telekommunikasiya üzrə kadr hazırlığı işini uğurla həyata keçirir.
 
Lütfi Zadənin elmi irsinin əhəmiyyətindən danışan H.Məmmədov deyib ki, dünya şöhrətli alim qeyri-səlis məntiq nəzəriyyəsini yaradıcısı kimi çox böyük işlər görmüş, beynəlxalq elmi ictimaiyyətin nüfuzunu qazanıb. Alimin zəngin elmi irsi sonrakı nəsil alimlər üçün sanballı mənbədir.

Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov bildirib ki, L.Zadənin elmi irsinə həsr olunmuş birinci konfrans 2011-ci il mayın 24-dən 26-dək ABŞ-ın San-Fransisko şəhərində keçirilib. Bakıda təşkil olunan tədbir həmin konfransın davamıdır. Ə.Abbasov Lütfi Zadənin elm və texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi görkəmli xidmətlərinə görə 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dostluq” ordeni ilə təltif edildiyini, ABŞ-da keçirilən konfransın həmin mükafatın təqdimatı ilə əlaqədar təşkil edildiyini diqqətə çatdırıb.

Lütfi Zadənin elmi yaradıcılığının əhəmiyyətindən söz açan Ə.Abbasov bildirib ki, artıq ömrünün 92-ci ilini yaşayan alim bütün mənalı həyatını elmin inkişafına həsr edib. Professor Lütfi Zadə yaşının bu müdrik çağında da böyük əzmlə çalışır. Konfransda onun elmi tədqiqatları, əldə etdiyi uğurlu nəticələr, yaratdığı elmi məktəbin yeni istiqamətləri, alimin tələbələri və həmkarları tərəfindən əldə olunmuş yeni elmi nəticələr geniş müzakirə olunacaq. Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz mövcuddur. O, NASA-nın və NATO-nun aparıcı mütəxəssisidir.

Tədbirdə L.Zadənin tələbəsi, Nyu-Yorkdakı İona Kollecinin professoru Ronald Yaqer, Texasdakı San-Antonio Universitetinin professoru Məhəmməd Cəmşidi, Kanadanın Toronto Universitetinin professoru Burhan Türkşən Azərbaycanın bu məşhur alimi ilə tanışlıqlarından, onunla birgə fəaliyyətlərindən, alimin elmi irsinin əhəmiyyətindən danışıblar. Natiqlər L.Zadənin elmi yaradıcılığının araşdırılması üçün uzun illərin tələb olunduğunu vurğulayıblar.

Tədbirdə dünyanın alim və tədqiqatçıları arasında konfrans ərəfəsində keçirilmiş müsabiqənin 12 qalibinə "Best Paper” mükafatı təqdim edilib. Dekabrın 5-dək "Kempinski Badamdar” mehmanxanasında davam edəcək tədbirdə dünyanın bir sıra ölkələrindən 13 alimin məruzəsi dinləniləcək.

Bölmə: Xəbərlər | Oxunub: 772 | Daxil edib: ztm | Teqlər: Zadə, Konfrans, elmi, ii, Lütfi, Ümumdünya, irsi | Reytinq: 5.0/1
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar

************************

************************
Təqvim
«  Dekabr 2012  »
BiİkÜçBeAlBa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!:
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player