Forma
Al, 20.04.2024, 01:09Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Xəbərlər [86]
kaleydeskop [3]
Qısa maraqlı məlumatlar
Texnika [10]
IT aləmindən xəbərlər
Müxtəlif [2]
Elan [4]
Müəllimlər üçün [8]
Bahar [2]
Jurnal, qazet,...
web design [0]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Ana səhifə » 2010 » İyul » 10 » Biomüxtəliflik üzrə BMT-nin Baş Assambleyasının növbəti sessiyasına hazırlıq
22:43
Biomüxtəliflik üzrə BMT-nin Baş Assambleyasının növbəti sessiyasına hazırlıq
Qabala_07072010
 
5-7 iyul tarixində Qəbələ rayonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının birgə təşkilatçılığı ilə Biomüxtəliflik üzrə BMT-nin Baş Assambleyasının növbəti sessiyasına hazırlıq məqsədi ilə "Bioloji müxtəliflik və minilliyin inkişaf məqsədlərinə nail olunması” mövzusunda beynəlxalq konfrans keçirildi. keçirilmişdir. 7 iyul-Biomüxtəliflik üzrə Avropa reqionu nazirlərinin görüşündə nümayəndə kimi biz də iştirak etdik və təşkil edilmiş Beynəlxalq sərgidə "Təbiət məharətlə yaradılmış həyat simfoniyasıdır” layihəsi əsasında hazırladığımız işlər (təqdimatlar, şəkillər, filmlər,...) çox böyük marağa səbəb oldu və yüksək qiymətləndirildi. Humanitar fənlər gimnaziyasının müəllimi (Xacay m.) Zaqatalanın görməli yerləri, təbiəti haqqında hazırladığı albom da konfrans iştirakçılarının çox xoşuna gəldi. Bu tədbir haqqında qısa xülasəni Sizə təqdim edirik, müxtəlif mənbələrdən götürülmüş bir qədər ətraflı məlumatı isə Məqalələr-Ekologiya bölməsində oxuya bilərsiniz. 7 iyul 2010-cu il tarixində Avropa ölkələrinin Ekologiya nazirləri Azərbaycanda toplanmış, "Bioloji müxtəliflik və minilliyin inkişaf məqsədlərinə nail olunması” mövzusunda beynəlxalq konfrans keçirilmiş, Avropa ölkələrinin bioloji müxtəlifliklə bağlı məsələləri Azərbaycanda müzakirə edilmişdir.
Konfransda Türkiyə,Gürcüstan, İngiltərə, Almaniya, Fransa, Serbiya, Moldova, Belarusiya, Qırğızıstan və Yunanıstanla yanaşı digər ölkələrin yüksək səviyyəli qonaqları da iştirak etdi.
Konfransı giriş sözü ilə açan Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov iştirakçılara Azərbaycanın biomüxtəlifliyinin inkişafı ilə bağlı məlumat verdi. Ekologiya naziri qeyd edib ki, Azərbaycanda bioloji müxtəlifliyin uzunmüddətli istifadəsi və saxlanılması üzrə Milli Strategiya və Fəaliyyət Planı qəbul olunub. "Biomüxtəlifliyin qorunmasına yatırılan sərmayələr gələcəkdə iqtisadiyyatın inkişafına şərait yaradacaq", - nazir əlavə edib. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa Bürosunun direktoru Kristof Buvye isə biomüxtəlifliyin qorunub saxlanmasında gələcək amillərin nəzərə alınmasının vacibliyini qeyd etdi.
"Hər bir ekoloji sistem gələcək nəsil üçün qorunub saxlanılmalıdır və onlar da öz növbəsində bu mirası dəyərləndirməlidirlər", - konfrans zamanı Kristof Buvye deyib. Onun sözlərinə görə, Qəbələdə konfrans zamanı müzakirə olunan məsələlərə Nyu-Yorkdakı biomüxtəliflik üzrə beynəlxalq konfransda baxılacaq. Konfransda BMT-nin Ətraf Mühit Proqramının Yaşıl Təsərrüfat üzrə qrup rəhbəri və biomüxtəliflik təşəbbüslərinin iqtisadiyyatı üzrə təlim rəhbəri Pavan Sudkevin video çıxışına baxıldı, eləcə də, BMT-nin Biomüxtəliflik Konvensiyasının icraçı katibi Əhməd Coqlafın videomüraciəti dinlənildi.
Daha sonra "Yaşıl iqtisadiyyat, ekosistemlərin iqtisadiyyatı və biomüxtəliflik”, "Xüsusi mühafizə olunan təbiət əraziləri və ekoloji şəbəkələr, ətraf icmalarda yoxsulluğun azaldılması”, "Biomüxtəliflik Konvensiyasının 2010-cu ildən sonrakı məqsədləri və strateji planı: Avropa regionu üzrə prioritetlər” mövzularında keçirilən dəyirmi masalarda biomüxtəliflik üzrə beynəlxalq ekspertlərin çıxışları dinlənildi.
Tədbir çərçivəsində konfrans iştirakçıları ETSN tərəfindən təşkil olunmuş Azərbaycan təbiəti, bioloji müxtəliflik, onun qorunması, öyrənilməsi, təbliği, artırılması, bərpası və davamlı inkişafı sahəsində dövlət və Qeyri Hökumət Təşkilatları tərəfindən görülən işlər və nailiyyətləri tərənnüm edən sərgi ilə tanış oldular. Bioloji Müxtəliflik Konvensiyası çərçivəsində görülmüş işlərin əməli nəticələrini özündə əks etdirən bannerlər və Azərbaycanın Milli Parkları haqqında bukletlər Avropa nümayəndələrinə nümayiş etdirildi.
Dəyirmi masalarda aparılan müzakirələrin yekunu olaraq konfransın sonunda Qəbələ Bəyannaməsi qəbul olundu.
Xatırladaq ki, konfransın məqsədi 2010-cu ilin sentyabr ayında Nyu-Yorkda təşkil olunacaq BMT-nin Baş Assambleyasına Avropa regionunun töhfəsinin verilməsidir.
Bölmə: Xəbərlər | Oxunub: 816 | Daxil edib: ztm | Teqlər: BMT, sessiyası, Biomüxtəliflik | Reytinq: 5.0/1
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar

************************

************************
Təqvim
«  İyul 2010  »
BiİkÜçBeAlBa
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: qlobus(66)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player