Forma
Dö, 25.04.2024, 13:55Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Xəbərlər [86]
kaleydeskop [3]
Qısa maraqlı məlumatlar
Texnika [10]
IT aləmindən xəbərlər
Müxtəlif [2]
Elan [4]
Müəllimlər üçün [8]
Bahar [2]
Jurnal, qazet,...
web design [0]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Ana səhifə » 2012 » Dekabr » 23 » BakuTel-2012”
07:54
BakuTel-2012”

"BakuTel-2012” sərgisi texniki tərəqqinin insanlara bəxş etdiyi imkanların tam spektrini nümayiş etdirir

Bu gün növbəti dəfə ölkənin və ümumilikdə Xəzər və Qafqaz regionunun informasiya və kommunikasiya texnologiyaları sahəsində əsas hadisələrdən biri olan 18-ci beynəlxalq "Telekommunikasiya və İnformasiya texnologiyaları” ("BakuTel-2012”) sərgisinin sonuncu iş günüdür. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, eləcə də Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) və Rabitə sahəsində Regional Birlik kimi bir sıra beynəlxalq təşkilatlar tərəfindən sərgiyə verilən dəstək və Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanı bu tədbirə xüsusi diqqət göstərilməsinə sübutdur.

"BakuTel-2012” sərgisini Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev ziyarət etdi. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən perspektivli sahələrindən biri olan İKT daim dövlət başçısının diqqət mərkəzindədir. Sərgi üzrə "VIP”-tur əsnasında ölkə prezidenti və onun xanımı Mehriban Əliyeva bir sıra milli stendlərə, o cümlədən xarici və yerli şirkətlərin stendlərinə baş çəkdilər. Burada onlar telekommunikasiya və genişzolaqlı internet, "elektron hökumət”, hava yollarının idarə edilməsi, ictimai təhlükəsizlik və nəqliyyat sistemlərinə dair layihələrlə, habelə bu sahənin digər yenilikləri ilə tanış oldular.

"BakuTel-2012” sərgisi Azərbaycanda Böyük Britaniyanın "ITE Group plc” şirkəti və onun tərəfdaşı "Iteca Caspian” MMC tərəfindən təşkil olunan sərgilər təqvimində ən məşhur və ən çox ziyarətçisi olan tədbirlərdən biridir. Bu isə təsadüfi deyil! Belə ki, informasiya və kommunikasiya texnologiyaları müasir cəmiyyətin gündəlik həyatının bütün sahələrinə sirayət edib. Sərgi həm sıravi ziyarətçilər, həm də bu sahənin peşəkarları üçün kifayət qədər maraqlı oldu - burada mobil telefonlardan tutmuş kosmik texnologiyalara qədər sahənin bütün istiqamətləri təqdim edilirdi (telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, simli və simsiz rabitə, teleradioyayım avadanlıqları və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları və s.).

"BakuTel-2012” sərgisində ilk dəfə olaraq əhaliyə göstərilən dövlət xidmətlərinin yeni keyfiyyətinin formalaşdırılması üçün nəzərdə tutulmuş "ASAN” mərkəzləri təqdim edildi. Azərbaycanda "elektron hökumət” məsələlərinə əvvəlki kimi böyük diqqət yetirilir ki, bu da sərgidə bir sıra iri xarici şirkətlərin təkliflərində öz əksini tapdı. "Azerspace” geostasionar rabitə peykinin işə salınması və idarə edilməsi üzrə layihəni həyata keçirən ölkənin milli peyk operatoru - "Azərkosmos” şirkətinin stendi, eləcə də rabitə peykləri və Yer kürəsinin məsafədən zondla tədqiq edilməsi peyklərini istehsal edən Ukraynanın "Yujnoye” konstruktor bürosunun stendi peşəkarlar tərəfindən böyük maraqla qarşılandı.

"BakuTel” sərgisi hər il innovasiyaların "paradı”na çevrilir və builki sərgidə istisna olmadı. Belə ki, sərgi ziyarətçiləri ilk dəfə olaraq "Microsoft Windows 8” əməliyyat sistemini sınaqdan keçirmək, "Windows Server 2012” əməliyyat sisteminin üstünlüklərini görmək, yeni "B.A.K.U.” antivirusu ilə tanış olmaq və Azərbaycanın ilk "Nexus Azpad Android” planşet kompüterinin təqdimat mərasimində iştirak etmək imkanı əldə etdilər.

Sərgi ilə bir meydançada müxtəlif ölkələrin nazirlikləri, beynəlxalq təşkilatlar, dünyanın ən iri internet şirkətlərinin nümayəndələri və telekommunikasiya ekspertləri də daxil olmaqla, yüz ölkədən 1.500-dən çox nümayəndənin iştirak etdiyi "IGF” ("Internet Governance Forum”) - İnternetdən istifadənin idarə olunması üzrə forumun 7-ci toplantısı keçirildi. Bu forumda internet məkanın tənzimlənməsi üzrə dövlət siyasəti, ictimai informasiyanın təqdim edilməsinə dair məsələlər, dövlət orqanlarının məlumatlarının yayılması və yeni məhsul və xidmətlərin inkişaf perspektivləri, habelə IPv6 protokolunun istifadəsi və yayılması, internet resurslarının, yuxarı səviyyəli  domenlərin (TLD) və beynəlxalq domen adları sisteminin (IDN) idarə edilməsi kimi mövzular müzakirə olundu.

Artıq əminliklə demək olar ki, 18-ci beynəlxalq "Telekommunikasiya və İnformasiya texnologiyaları” ("BakuTel-2012”) sərgisi texniki tərəqqinin insanlara bəxş etdiyi imkanların tam spektrini nümayiş etdirdi.

Bölmə: Xəbərlər | Oxunub: 850 | Daxil edib: Sprinq | Teqlər: nümayiş, 2012, Tərəqqi, BakuTel, spektr, insanlar bəxş, sərgi, texniki | Reytinq: 4.0/1
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar

************************

************************
Təqvim
«  Dekabr 2012  »
BiİkÜçBeAlBa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: arxideya(38)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player