Forma
Al, 20.04.2024, 11:58Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Xəbərlər [86]
kaleydeskop [3]
Qısa maraqlı məlumatlar
Texnika [10]
IT aləmindən xəbərlər
Müxtəlif [2]
Elan [4]
Müəllimlər üçün [8]
Bahar [2]
Jurnal, qazet,...
web design [0]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Ana səhifə » 2013 » Dekabr » 11 » Azərbaycanın təhsil sistemində şok dəyişikliklər
21:54
Azərbaycanın təhsil sistemində şok dəyişikliklər
  Azərbaycanın təhsil sistemində şok dəyişikliklər



Təhsil Nazirliyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan əsas hədəflərin həyata keçirilməsi və bu məqsədlə geniş ictimaiyyətin məlumatlandırılması üçün təhsilin bütün pillələri - məktəbəqədər, ümumi, ilk-peşə ixtisas, orta ixtisas, ali təhsil və diplomdan sonrakı təhsillə bağlı hər il növbəti il üçün prioritetləri elan edəcək.

Avropa.info  Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində həyata keçiriləcək islahatların əsas prioritetləri təqdim edir:

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ümumi təhsil sistemində aktual problemlərin həllinə istiqamətlənmiş islahatyönlü tədbirlər planı hazırlanmışdır. Həmin tədbirlərin keçirilməsində əsas məqsəd məktəblərdə sağlam və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəbin idarə olunmasının müasir tələblər səviyyəsinə çatdırılmasından ibarətdir.

İslahatların çoxməqsədliliyinin onların eyni vaxtda və keyfiyyətlə həyata keçirilməsinə mənfi təsir göstərə biləcəyini nəzərə alaraq, bu tədbirlərin bəziləri ilkin mərhələdə yalnız Bakı şəhərinin məktəblərində keçiriləcəkdir. Bakı şəhərində ölkə üzrə ümumtəhsil məktəblərinin sayca 8 faizi yerləşsə də, şagirdlərin sayı baxımından şagird kontingentinin 28 faizi əhatə olunub. Şagirdlərin sayı, idarəetmə heyətinin və müəllimlərin nisbi peşəkarlığı, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mövcudluğu həmin yeniliklərin tətbiqi üçün Bakı şəhərinin seçilməsini şərtləndirib. 

Qeyd olunanlara əsasən Təhsil Nazirliyi növbəti tədris ilində aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:

1. Məktəb rəhbərlərinin səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə onlar üçün peşə standartları əsasında təlimlərin keçirilməsi;

2. Keyfiyyət sertifikatı almış məktəb direktorlarının əmək haqqına əlavələrin edilməsi;

3. Hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi prinsiplərinin tətbiq edilməsi yolu ilə məktəblərin idarə edilməsində şəffaflığın və aşkarlığın artırılması;

4. Korrupsiyaya qarşı tədbirlərin sistemli və davamlı aparılması, korrupsiya halları ilə mübarizə nəticəsində cəmiyyət və məktəb, cəmiyyət və müəllim arasında sağlam münasibətlərin bərqərar olunması;

5. Təhsil sahəsində innovativ ideyaların, o cümlədən "Ən yaxşı ümumtəhsil məktəbi” və "Ən yaxşı müəllim” müsabiqələrindən qaynaqlanan müasir yanaşma və layihələrin dəstəklənməsinə şəraitin yaradılması;

6. Dərsliklərin və müəllimlər üçün metodik vəsaitlərin təkmilləşdirilməsi ilə bağlı onların müəlliflərinə təlimlərin keçirilməsi;

7. Fənn kurikulumlarının mahiyyətinin valideynlərə çatdırılması üçün maarifləndirmə işlərinin gücləndirilməsi;

8. Şagirdlərin tədris proqramlarını səmərəli mənimsəməsi məqsədilə ilə illik dərs müddətinin 2 - 3 həftə artırılması (2014-2015-ci tədris ilində bütün ölkə ərazisini əhatə etməklə);

9. Yuxarı siniflərdə şagirdlərin həftəlik dərs yükünün azaldılması, onların meyl və maraqlarını nəzərə alaraq, məcburi və seçmə fənləri əhatə edən tədris planlarının tətbiqi;

10. Ümumi təhsil müəssisələrinin dövlət standartlarına cavab verən qida məhsulları və iaşə xidməti ilə təmin edilməsinə nail olunması;

11. Məktəblilərin sağlamlığının qorunmasına və fiziki tərbiyəsinə diqqətin artırılması yolu ilə onların pis vərdişlərdən çəkindirilməsinə və sağlam böyümələrinə şəraitin yaradılması
Bölmə: Xəbərlər | Oxunub: 1185 | Daxil edib: Sprinq | Teqlər: Cabbarov, Mikayıl, Təhsil | Reytinq: 3.4/5
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar

************************

************************
Təqvim
«  Dekabr 2013  »
BiİkÜçBeAlBa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: qlobus(66)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player