Forma
Be, 19.04.2024, 23:34Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Qapalı [1]
Yada düşər xatirələr [1]
eko [1]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4325
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Fayllar kataloqu


Ana səhifə » fayıllar » TƏQDİMATLAR » Yada düşər xatirələr

Yada düşər xatirələr...
[ · Uzaqdan yüklə () · Skrinşot ] 10.05.2010, 18:20
Yada düşər xatirələr...
 
Asudə vaxtı əsl sərvət adlandırırlar. Asudə vaxtın faydalı, mənalı təşkili məktəblilərə, gənclərə çox böyük təsir göstərir, onların gələcək sənət, peşə seçiminə kömək edə, fayda verə bilir.

Müəllimlik fəaliyyətinə başladığım ilk illərdən şagirdlərin asudə vaxtının səmərəli təşkili məsələsi məni həmişə maraqlandırıb. On ildən artıq bir müddətdə şəhər 1 saylı orta məktəbdə əvvəllər mənim müəllimim olan direktorumuz, Zaqatalada, eləcə də rayonumuzdan kənarlarda, çox uzaqlarda, xaricdə də onu tanıyanların yaddaşında həmişə əsil Müəllim, Qabaqcıl Təhsil işçisi, tələbkar, fədakar, mütəxəssis, haqqında saatlarla danışılsa belə fəaliyyətinin təsvir edilməsi qeyri-mümkün olan şəxsiyyət, .... kimi yaşayan Kamal Bağmanovun məsləhəti ilə yaratdığım "Çiçək” qızlar klubunun rəhbəri olmuşam. Klubun üzvləri ilə məktəblilərin hərtərəfli inkişafına azacıq da olsa kömək etməyə, şagirdlərin asudə vaxtını səmərəli, məqsədyönlü təşkil etmək üçün müxtəlif istiqamətli işlər görməyə çalışır, vaxtaşırı "Qız ləyaqəti”, "Yaxşı dost arxandır, həm dayağındır, sənin həm gözündür, həm çırağındır!” və s. mövzularda ədəbi-bədii gecələr, disputlar və s. keçirirdik.
 

1988-ci ilin mart ayında şəhər 1 saylı orta məktəbdə 50-dən artıq gül növü ilə bəzədilmiş otaqda rayonda ilk dəfə olaraq "Çiçək” qızlar klubunun üzvlərinin hazırladığı Gül sərgisi, qızların əl işlərindən ibarət sərgi və Şagird yarmarkası açıldı, klubun bacarıqlı qızlarının hazırladığı 15 növ məhsul satışa verildi. Qızlar qazandıqları pulun, hazırladıqları məhsulların bir qismini uşaq bağçasına bağışladılar. Sonrakı illərdə də bir neçə dəfə belə tədbirlər keçirildi. Şəhər 1 saylı orta məktəbinin qabaqcıl iş təcrübəsi, klubun fəaliyyəti haqqında "Zaqatala” və "Azərbaycan müəllimi” qəzetində məqalələr dərc olunmuş, respublika televiziyası ilə veriliş efirə verilmişdir. İndi o vaxtki şagirdlərin övladlarına dərs deyirəm. Valideyinlər və şagirdlərlə birgə gələn dərs ilində inşallah belə bir tədbir keçirməyi planlaşdırmışıq.
Bölmə: Yada düşər xatirələr | Daxil edib: Sprinq
Oxunub: 900 | Yüklənib: 376 | Reytinq: 4.0/2
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!: storm(30), zaqatala(30)
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player