Forma
Be, 29.03.2024, 05:17Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
[ Yeni məlumatlar · İştirakçılar · Forumun qaydaları · Axtar · RSS ]
  • Страница 1 из 1
  • 1
Модератор форума: GrandPP  
forum » Compüter » Prossesor » Prossesor (Prossesorlar haqqında maraqlı məlumatlar)
Prossesor
SprinqTarix: İk, 06.12.2011, 10:45 | Məlumat # 1
Майор
Qrup: Administratorlar
Məlumatlar: 5
Reputasiya: 10
Status: Oflayn
Prosessorlar müəyyən nömrələrlə nişanlanırlar. Bu nömrələr vasitəsilə onların texniki parametrləri haqqında məlumat əldə etmək olur.
Prosessorun əsas xüsusiyyəti onun takt tezliyi, keş yaddaşın tutumudur.
Takt tezliyi - prosessorun saniyə ərzində yerinə yetirdiyi əməliyyatların sayıdır. Takt tezliyi meqahertz (MHz) kəmiyyəti ilə ölçülür. Məsələn, 1 QHz tezliyə malik prosessor saniyə ərzində 1 milyard əməliyyat yerinə yetirir. Eyni model prosessorlar müxtəlif takt tezliyinə malik ola bilərlər. Prosessorun takt tezliyi nə qədər yüksəkdirsə, işləmə sürəti də bir o qədər yüksək olur (qiyməti də həmçinin).
Takt tezliyinin 2 tipi (növü) var: daxili və xarici takt tezliyi.
Daxili takt tezliyi - prosessorun daxilində gedən əməliyyatların takt tezliyidir.
Xarici takt tezliyi və ya sistem şininin tezliyi - prosessor ilə əməli yaddaş arasındakı informasiya mübadiləsinin takt tezliyidir.
1992-ci ilə kimi prosessorlarda daxili və xarici takt tezliyi uyğun gəlirdi (bərabər idi). 1992-ci ildə isə Intel kompaniyası 80486DX prosessorunu təqdim etdi, hansında ki daxili və xarici takt tezliyi müxtəlif idi: daxili takt tezliyi xaricidən 2 dəfə yüksək idi. 25/50 və 33/66 MHz takt tezlikləri olan 2 belə prosessor istehsal edilmişdi. Sonradan Intel kompaniyası daxili takt tezliyi xarici takt tezliyindən 3 dəfə yüksək olan 80486DX4 prosessorunu istehsal etdi.
Müasir prosessorlarda, məsələn 3 QHz takt tezliyi olan prosessorlarda sistem şininin tezliyi (xarici takt tezliyi) 800 Mhz-dir.
Prosessorun sürətindən danışarkən daxili keş yaddaş da əsas götürülür. Daxili keş yaddaş vasitəsilə prosessor bir neçə dəfə sürətlə işləyir və bu ilk dəfə olaraq 486 prosessorlarında tətbiq edilmişdir.
2010-cu ilin ən güclü prosessoru Intel kompaniyasının istehsal etdiyi Intel Core i7-980x Extreme Edition olmuşdur.

Prosessorun xüsusiyyətləri aşağıdakılardır:
3,33 QHz takt tezliyi (hər bir nüvə üçün);
Intel Turbo Boost texnologiyası əsasında takt tezliyinin 3,6 QHz-ə yüksəldilməsi;
6 nüvəli olması;
12 MB keş yaddaş;
3 kanallı DDR3 yaddaşı 1066 MHz;
32 nanometr istehsal texnologiyası.
 
ztmTarix: İk, 06.12.2011, 10:55 | Məlumat # 2
Майор
Qrup: Administratorlar
Məlumatlar: 3
Reputasiya: 10
Status: Oflayn
Prosessorun əsas xüsusiyyəti onun takt tezliyi, keş yaddaşın tutumudur.
Bunu belə yazmaq daha düzgün olardı
Prosessorun əsas xüsusiyyəti onun takt tezliyi və keş yaddaşın tutumudur.
 
forum » Compüter » Prossesor » Prossesor (Prossesorlar haqqında maraqlı məlumatlar)
  • Страница 1 из 1
  • 1
Поиск: